Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7326/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X5 Səfiyeva İddiaçı cavabdeh Sumqayıt «ASAN xidmət» mərkəzi Notariat Kontoruna qarşı miras kütləsində payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinə 27 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Sumqayıt «ASAN xidmət» mərkəzində Notariat Kontoruna qarşı miras kütləsində payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, X2 vəfatindan sonra açılmış, ünvan 1 ünvanda yerləşən ev şəklində mirasın miras hüququnun ona aid olduğunun hesab edilməsi barədə qətnamə qəbul edilməsini, X2 vəfatindan sonra açılmış, ünvan 2 ünvanda yerləşən evin miras hüququ haqqında şəhadətnaməni ona verməyi Bakı Sumqayıt "ASAN xidmət" mərkəzində Notariat kontoruna tapşırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İddia ərizəsinə əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən və iddiaçı tərəfindən məhkəməəyədək prosedur qaydasına əməl etmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1 və 152.1.6.-cı maddələrinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 01.11.2021-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda onun şikayət ərizəsinə cavab olaraq bildirilir ki, 01.08.2019-cu ildə ölmüş X2 vərəsəlik işində onun və birgə nikahdan olan övladları X6 və X3 12.09.2019-cu il il tarixdə təsdiq edilmiş mirasın qəbul edilməsi barədə ərizələri işə əlavə edilmişdir. Odur ki, onun və övladları X6 və X4 01.08.2019-cu ildə ölmüş X1 miras qalmış əmlakın onlara çatası hissəsinə dair notariat ofisinə müraciət etdiyi halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Deməli,Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 01.11.2021-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, 01.08.2019-cu ildə ölmüş X2 vərəsəlik işində iddiaçının və birgə nikahdan olan övladları X6 və X3 12.09.2019-cu il il tarixdə təsdiq edilmiş mirasın qəbul edilməsi barədə ərizələri işə əlavə edilmişdir. Miras qalmış əmlakın onlara çatası hissəsinə dair notariat ofisinə müraciət etdiyi halda ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarından göründüyü kimi iddiaçının miras qalmış əmlakın onlara çatası hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat ofisinə ərizə ilə müraciət etməmiş və bu barədə imtina cavabı iş materiallarında yoxdur. Göründüyü kimi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 01.11.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubu ilə əslində iddiaçının nə etməli olması ona izah edilmiş, iddiaçı isə buna əməl etmədən birbaşa məhkəməyə müraciət etmişdir.Odur ki, məhkəmə hesab edir ki, iddiaçı miras əmlakın onlara çatası hissəsinə vərəsəlik şəhadətnaməsi verilməsi üçün ilkin olraraq notariat ofisinə müraciət etməli, imtina edildiyi halda, notariatın hərəkətindən şikayətə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdeh Sumqayıt «ASAN xidmət» mərkəzində Notariat Kontoruna qarşı miras kütləsində payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçi yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-7326/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7326/2021
27.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver