Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3071/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və Bakı şəhəri 35 saylı notariat ofisi) iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mirasdan pay əldə edilməsində mirası qəbul etmənin əhəmiyyəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və Bakı şəhəri 35 saylı notariat ofisi) buraxılmış müddətin bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, Cavabdeh və üçüncü şəxs X7 qardaşdırlar.
2. Onların atası X3 13 may 2019-cu il tarixdə, anası X10 09 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Tərəflərin anaları X10 xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını övladı Cavabdeh vəsiyyət etmişdir. X2 ünvan 29 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.m olan mənzil miras qalmışdır. 3. 09 mart 2022-ci il tarixdə C avabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə müraciət edərək əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
4. X7 23 fevral 2022-ci il tarixdə ərizə yzaraq, anası X4 qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir.
5. Cavabdeh 11 aprel 2022-ci il tarixdə yazdığı ərizədə anasının başqa vərəsəsinin olmadığını bildirmiş, həmin mənzilə dair gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürmüşdür. 6. 11 aprel 2022-ci il tarixdə Cavabdeh anası X4 qalan miras əmlakdan ½ hissədə pay alması barədə Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd olunmuşdur ki, miras əmlak ünvan 29 (yeni qa ydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.m olan mənzildən ibarətdir.
7. Eyni zamanda həmin tarixdə Cavabdeh anası X4 qalan miras əmlakdan ½ hissədə pay alması barədə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsinə 51,3 kv.m olan mənzildən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, Bakı şəhəri 35 saylı notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi, qətnamənin icrasının Bakı şəhəri 35 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət edərək, mərhum anası X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin yalnız özünün adına rəsmiləşdirilməsinə dair vərəsəlik şəhadətnaməsi almışdır. Hesab edir ki, həmin şəhadətnamə ləğv edilməli, sözügedən miras əmlakı iki vərəsə arasında payı müəyyənləşdirilərək bölünməlidir. Çünki Cavabdeh onun qanun üzrə vərəsə olmağını və eyni zamanda hə min notariusa 9 aprel 2022-ci ildə müraciət etməsi nəzərə alınmadan mülki qanunvericiliyin tələblərini pozmaqla belə bir şəhadətnamənin əldə edilməsinə nail olmuşdur. Sözügedən mirasın qəbul edilməsi məqsədi ilə 9 aprel 2022-ci il tarixdə qızı ilə birlikdə Bakı şəhəri 35 saylı Notariat ofisinə o da müraciət etmişdir. Həmin vaxt notariat kontorunun əməkdaşları sənədlərinə baxaraq bildirmişlər ki, arasında doğum haqqında şəhadətnaməsini də təqdim etməlidir. Ancaq doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itdiyi üçün onu həmin gün notariusa verə bilməmişdir. Bu səbəbdən də həmin sənədin dublikatının əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edərək, onu 12 aprel 2022-ci il tarixdə əldə etmişdir. 13 aprel 2022-ci il tarixdə sözügedən notariusa bütün sənədləri ilə birlikdə mürac iət edəndə məlum olub ki, cavabdeh miras əmlakının özünün xeyrinə tam şəkildə əldə edilməsi barədə vərəsəlik şəhadətnaməsi almışdır. Onu da qeyd edir ki, hazırkı vərəsəlik işinin məhz Bakı şəhəri 35 saylı Notariat ofisində açılmasını yaşadığı Sabunçu rayonu ərazisində olan notariusa müraciət edərkən bilmişdir. Cavabdeh qanunun vicdanlılıq prinsipinə zidd olaraq miras əmlakının qəbulu prosesini bilərəkdən əmlakın yerləşdiyi Sabunçu rayon ərazisindən kənarda, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan notariusda edərək çaşqınlıq yaratmışdır. Bu hal da ona mirasın vaxtında qəbul etməyinə ciddi çətinliklər yaratmışdır.
10. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən, reyestrdən 2V-58 nömrə ilə qeydə alınan, 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhum X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş, eyni zamanda iddiaçının qeyd edilən miras əmlakında yaşamadığını, hətta anaları öldükdən sonra onun yasında iştirak etmədiyini, bütün xərcləri özünün çəkdiyini bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbinin rədd edilməsini xahiş edərək, iddiaçının miras əmlakda bu vaxtadək yaşamadığını, ümumiyyətlə iddiaçının anaları ilə maraqlanmadığını, analarının yasında iştirak etmədiyini, miras əmlakın bütün xərclərini digər qardaşı olan Rizvanın çəkdiyini, analarının yas mərasimi xərcinin də Rizvan tərəfindən ödənildiyini bildirmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)3263/2022 nömrəli qətnaməsi ilə (hakim: N.A.Cəfərli) iddia rədd olunmuşdur.
14. Məhkəmə müəyyən etmişdir ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, mənzil 4 yeni qaydalarla ünvan 3 ünvanında yerləşən ümumi sahəsinə 51.3 kv/m olan miras əmlakı, onun öldüyü məqa mda sağ olan 3 övladına miras qalmışdır. Qeyd edilən miras əmlakdan vərəsələrdən biri olan X9 xx.xx.2022-ci il tarixdə notarusda ərizə yazaraq imtina etmişdir. Digər vərəsə olan Cavabdeh Qəhraman oğlu isə mirasın açıldığı gündən 6 ay ərzində yəni xx.xx.2022- ci il tarixdə ərizə yazaraq, mirası qəbul edilməsinə diar fikrini ifadə etmişdir. Hazırkı mülki iş üzrə iddaçı olan digər vərəsə İddiaçı Qəhraman oğlu isə mirasın açıldığı gündən 6 ay ərzində mirasın qəbul etmək barədə notariat kontoruna müraciət etmiş, mirası faktiki qəbul etməmişdir. Mirasının açıldığı gündən 6 ay sonra yəni xx.xx.2022-ci il tarixdə isə notariat kontoru qanunvericiliyin tələblərinə uyğun olaraq mirası qəbul etməkdə maraqlı olan vərəsəyə yəni, Cavabdeh Qəhraman oğluna həm qanun üzrə, həmdə vəsiyyət üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamə vermişdir.
15. İddiaçı yalnız bundan sonra yəni, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, miras əmlakını qəbul etməkdə maraqlı olduğunu, qanunvericiliklə nəzərdə tutulmuş 06 ay ərzində yəni, xx.xx.2022-ci il tarixdə notariusa şifahi müraciət etdiyini, lakin onun doğum haqqında şəhadətnaməsi olmadığından onun müraciəti qeydiyyata alınmadığını, yalnız xx.xx.2022-ci il tarixdə doğum haqqında şəhadətnamə aldığdan sonra yenidən müraciət etmiş olduğunu bildirərək, qeyd edilən halların nəzərə alaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edərək, həmin müddətin uzadılmasını məhkəmədən xahiş etsə də, məhkəmə araşdırılması zamanı qeyd edilən halları təsdiq edəcək sübutları yəni, iddiaçının rəsmi müraciətlərini, xx.xx. 2022-ci il tarixdə notariusa rəsmi müraciəti, doğum haqqında şəhadətnamənin dublikatının alınması, ona hansı səbəbdən miras əmlakdan payın verilməsindən imtina olunmasına dair cavabları məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə araşdırması zamanı iddiaçının mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edə biləcək hallar müəyyən edilməmişdir.
17. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən miras əmlakını faktiki qəbul edilməsnə dair də hər hansı bir aktiv hərəkət etməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1,1. 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1322-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilk dəfədir ki, vərəsəlik işi ilə rastlaşır və bununla bağlı qanunvericlikdə nəzərdə tutulmuş prosedurlardan və müddətlərdən təbii ki, tam xəbərdar deyildir. Məhz ona görədir ki, mübahisəli iş üzrə notariusa müraciət edilməli son gün olan 11 aprel 2022-ci il tarixə 2 gün qalmış, yəni 09 aprel 2022-ci il tarixdə mirasın qəbul edilməsi məqsədi ilə qızı ilə birlikdə Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmişdir. Həmin vaxt notariusun əməkdaşları iddiaçının sənədlərinə baxaraq bildirmişlər ki, təqdim olunacaq sənədlər arasında doğum haqqında şəhadətnamə də olmalıdır. İddiaçı da doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itdiyi üçün onu həmin gün notariusa verə bilməmiş, bu səbəbdən də həmin sənədin dublikatının əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edərək, onu 12 aprel 2022-ci il tarixdə əldə etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 179378 saylı iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin dublikatının verilmə tarixi 12 aprel 2022-ci il qeyd olunmuşdur. Bundan sonra, 12 aprel 2022-ci il tarixində notariusa bütün zəruri sənədləri təqdim edərkən notariat ofisində cavabdehin miras əmlakının özünün xeyrinə tam şəkildə əldə edilməsi barədə vərəsəlik şəhadətnaməsi aldığı səbəbindən həmin sənədlərin qəbulundan imtina edilmişdir. Odur ki, “iddiaçının mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyy ən olunan müddətin gecikdirilməsini üzrlü hesab edə biləcək halları müəyyən edə bilməməsi barədə” məhkəmənin qənaəti tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, vərəsəliklə bağlı müraciət olunduqda notariat ofisləri həmin şəxsin miras qoyanla qohumluq əlaqələrinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin müvafiq elektron reyestrində miras qoyanın ailə tərkibi barədə zəruri məlumatları axtarırlar. Notariat kontoru “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri” informasiya sistemindən istifadə etməmiş, bilərəkdən və məqsədyönlü şəkildə iddiaçının mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxılmasına şərait yaratmağa cəhd etmişdir. Bundan əlavə, şəxsin vərəsəliklə bağlı notariat ofisinə etdiyi müraciət rəsmi müraciət hesab olunur və notarius tərəfindən yazı lı ərizə formasında rəsmiləşdirilir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 98-ci bəndinə əsasən mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Həmin Təlimatın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı, qeyd edildiyi ki mi, 09 aprel 2022-ci il tarixində mirasın qəbul edilməsi məqsədi ilə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət etmişdir. Onun bu müraciəti 35 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirməmişdir. Doğum haqqında şəhadətnamənin mövcudluğunun vərəsə kimi qeydiyyata alınması zamanı zəruri sənəd olduğu qəbul edilsə belə, iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Mirasın qəbul edilməsi üçün müddətin son günü 11 aprel 2022-ci ildir. 11 aprel 2022-ci il isə həftənin 1-ci günü olduğundan 35 saylı Notariat ofisinin istirahət gününə düşür. İddiaçı həm də özündən asılı olmayan bu səbəbdən notariusa müraciət edə bilməzdi. İddiaçı 35 saylı Notariat ofisinin ilk iş günü olan 12 aprel 2022-ci il tarixində doğum haqqında şəhadətnaməsi ilə müraciət etmişd ir və odur ki, həmin müddət də ötürülmüş hesab edilə bilməz. Məhkəmə o halı da nəzərdən qaçırmışdır ki, cavabdeh mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 09 mart 2022-ci il tarixdə 35 saylı Notariat ofisinə müraciət etmişdir. Yalnız bundan sonra notariat ofisi vərəsəlik icraatı üzrə iş açmalı və müvafiq notariat hərəkətləri etməyə başlamalı idi. Lakin notarius özünün 02 noyabr 2021-ci il tarixli sorğusu ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək, icraatında vərəsəlik işinin olduğunu bildirmişdir. Lakin məhkəmə, notariat ofisinin digər mümkün vərəsələrə münasibətdə obyektiv və qanunauyğun mövqe tutub-tutmamasının müəyyən edilib qiymətləndirilməsi üçün çox vac ib olan bu hala da diqqət yetirməmiş, onu araşdırmamışdır. Mirasın açıldığı yer üzrə notariat ofisi Bakı şəhəri Sabunçu rayonunda yerləşən notariat ofislərindən biri olmalıdır. Lakin məhkəmə bu işlə bağlı cavabdehin notariat əməliyyatlarının aparılması üçün niyə Bakı şəhəri Sabunçu rayonunda yerləşən notariat ofisilərindən birinə deyil, məhz ünvan 4 ünvanında yerləşən 35 saylı notariat ofisinə müraciət etməsi faktına diqqət yetirməmişdir. Notarius cavabdehin ondan başqa hər hansı bir vərəsənin olmadığı barədə açıq-aşkar yalan məlumatını əsas götürmüşdür. Bundan əlavə, məhkəmə iddiaçının etirazına baxmayaraq cavabdehin vəsatəti ilə X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir. Halbuki mirasda olan payından imtina etməsi barədə ərizə verdiyi ndən və beləliklə də, mirasda payın bölünməsinin nəticələrinin X7 üçün maraq kəsb etmədiyindən onun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb edilməsi məhkəmə üçün hər hansı bir əhəmiyyət daşımırdı.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)-3263/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi tələbinə dair iddiası rədd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin mübahisəsiz hallarından görünür ki, X10 09 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. V.A.Quliyeva sağlığında ona məxsus olan bütün əmlakını 07 yanvar 2020-ci il tarixdə Cavabdeh vəsiyyət etmişdir. Onun ölümündən sonra Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti, ev 70, mənzil 4 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən ümumi sahəsinə 51,3 kv.m olan miras əmlakı qalmışdır. Həmin əmlakın ½ hissəsinə dair Cavabdeh 11 aprel 2022-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, digər ½ hissəsinə aid isə eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İddiaçının mübahisələndirdiyi də məhz 1 1 aprel 2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədir. İddiaçının tələbini əsaslandırdığı hal da ondan ibarətdir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürmüşdür.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Bu konteksdə qeyd edilməlidir ki, hazırkı tələb üzrə iddianın faktiki əsasını təşkil edən hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan formada qiymət verilə bilməzdi.
25. Mülki Məcəllənin 1133.2-ci maddəsinin imperativ göstərişinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırkı halda isə mübahisəli miras əmlakın mərhum tərəfindən bütövlükdə Cavabde h vəsiyyət edilməsi işin mübahisəsiz halıdır.
26. Yəni, bu halda vərəsəlik predmeti əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik qüvvədə olduğundan, ümumiyyətlə qanun üzrə vərəsəlik açıla bilməzdi. İddiaçının isə mövcud situasiyada seçimi qanunla müəyyən edilmiş məcburi pay hüququnun tanınması, vəsiyyətnamənin mübahisələndirilməsi və s. istiqamətdə tələb irəli sürmək olardı.
27. Hazırkı iddiada isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələb olunur və əsas kimi müddətin keçməməsi, iddiaçının qanun üzrə vərəsə kimi olması qeyd edilir. Yuxarıda qeyd olunduğu kimi vəsiyyətnamənin mövcud olması artıq qanun üzrə vərəsəliyi istisna edir və iddiaçının irəli sürdüyü əsaslarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi mümkünsüzdür. Buna görə də məhkəmə kollegiyası həm in əsas mövcud olduğundan apellyasiya şikayətinin digər dəlillərinə qiymət verilməsinə zərurət görmür.
28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1133, 1134, 1145, 1146, 1151, 1159, 1193, 1196, 1243, 1246, 1248, 1322-ci maddələrinə, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 9, 14, 53, 77, 106, 217, 218, 384, 385, 386-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnaməni n ləğv edilib iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının istəyi, həmin istəyin hansı formada və əsasla ifadə edilməsindən asılı olmayaraq, anasından miras qalmış əmlakdan ona məxsus olan payının alınmasıdır. Odur ki, iddia tələbinin düzgün olmayan vərəsəlik üzrə verildiyi ilə əsaslandırılması iddiaçını ümumiyyətlə mirasda olan məcburi paydan məhrum etmir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini mirasda məcburi paya münasibətdə təmin edə bilərdi. İşdən göründüyü kimi, mirasın hansı əsasla, istər vəsiyyət, istərsə də qanun üzrə bölünməsindən asılı olmayaraq, iddiaçının məqsədi ona vərəsəliklə bağlı düşən payı almaqdır. Hansı vərəsəlik üzrə keçməsindən asılı olmayaraq, iddia predmetinin mahiyyətini miras əmlakda olan pay təşkil edir. Həmin payın qanun üzrə pay və ya vəsiyyətnamə üzrə məcburi pay olması isə işin formal tərəfidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi prosessual qənaət baxımından iddia tələbini qanun üzrə pay miqdarında deyil, vəsiyyət üzrə vərəsəliklə iddiaçıya çatası məcburi pay miqdarında təmin edə bilərdi. Əks halda, bu yeni tələblə bağlı əlavə iddia ərizəsinin verilməsinə və izafi məhkəmə çəkişmələrinin yaranmasına səbəb olacaqdır ki, bu da arzu edilən deyil. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələbini mirasda məcburi paya münasibətdə təmin etməsi, iddia tələindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi sözügedən mübahisə üzrə iki vərəsəlik şəhadətnaməsinin olduğu, “... vərəsəlik predmeti olan əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik qüvvədə olduğundan, ümumiyyətlə qanun üzrə vərəsəlik açıla bilməzdi... (qətnamənin 31-cı bəndi) qənaətinə gəlsə də, 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə Cavabdeh miras əmlakdan ½ hissədə pay hüququnun tanındığına hər hansı bir münasibət bildirməmiş və ona hüquqi qiymət verməmişdir. Halbuki, bu halda barəsində məhkəmə qaydasında münasibət bildirilməyən qanun üzrə şəhadətnamənin hüquqi qüvvəsi qalmaqda davam edəcəkdir. Belə olan halda, nə qədər ki, qanun üzə vərəsəlik şəhadətnaməsi qüvvədədir, iddiaçının da qanun üzrə vərəsəlik hüququ olacaqdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi qanun üzə vərəsəlik şəhadətnaməsini qüvvədə saxlamaqla və eyni zamanda, iddiaçının bu predmet üzrə iddia tələbi irəli sürə bilməsin in yolverilməz olduğu qənaətinə gəlməklə ziddiyyətli mövqe tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
34. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
35. Maddə 1145. Miras fiziki şəx sin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
38. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.
39. Maddə Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
40. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun ü zrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
41. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
42. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
44. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə if adə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
45. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
46. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
47. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vard ırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Qanun
48. Maddə
55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlid ir.
58. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz faktik halları bu qərarın 1-7-ci paraqraflarında əksini tapmışdır.
59. İddiaçı hazırki məhkəmə mübahisəsində anasından miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və mirası qəbul etmək üçün müəyyən edilmiş müddəti ötürdüyünə görə aşağıdakı tələbləri irəli sürür:
1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü hesab edilərək, həmin müddətin uzadılması;
2. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş, reyestrdə 2V-58 nömrə ilə qeydə alınmış 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi;
3. X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdehlə onun arasında bölünməsi.
60. Nəzərə alınmalıdır ki, mirasın bölünməsi barədə iddiaların həlli zamanı birinci addım olaraq vərəsənin mirası qəbul edib etməməsi araşdırılmalıdır.
61. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, «Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəb ul edilməsi, imtina olunması və s.).
62. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.
63. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).
64. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçi rməmişdirsə həmin hüququ itirir.
65. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir».
66. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın həllinə iddiaçının mirası qəbul etmə müddətinin üzürlü sayılması üçün əsasların araşdırılmasından başlamış və işin həqiqi halları əsasında o qənaətə gəlmişdir ki, buraxılmış müddətin üzrlü sayılması və uzadılması üçün əsaslar yoxdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş bu halı, sonrakı araşdırma aparılmadan iddianın bütövlükdə rədd olunması üçün kifayət idi. Yəni, məhkəmə vərəsənin mirası qəbul etmədiyinə görə mirasdan pay almaq üçün iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəldikdə, onun mirasdan pay almaq üçün hansı iddianı – qanun üzrə vərəsə kimi mirasdan bərabər payın müəyyən edilməsi və ya məcburi payın verilməsi barədə iddia verməli olduğunu araşdıra bilməzdi.
67. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının miras əmlakdan payın ayrılması üçün subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin qənaətinə əhəmiyyət vermədən hesab etmişdir ki, «iddianın faktiki əsasını təşkil edən hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan formada qiymət verilə bilməzdi».
68. Məhkəmə daha sonra qeyd etmişdir ki, «mövcud situasiyada seçimi qanunla müəyyən edilmiş məcburi pay hüququnun tanınması, vəsiyyətnamənin mübahisələndirilməsi və s. istiqamətdə tələb irəli sürmək olardı».
69. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşmır. Əvvəla, mövcud vəziyyətdə iddiaçı mirası qanunla müəyyən edilmiş 3 ay müddətində qəbul etmiş olsaydı, iddia tələbi vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə ilə müəyyən edilmiş payın deyil, məhz 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməklə, həmin şəhadətnamədə göstərilən ½ hissəsinin bölünməsi ilə yekunlaşacaqdı. Hazırki halda birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mirası 3 ay müddətində qəbul etməmişdir.
70. Bundan başqa, iddia tələbində «mərhum X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs əbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi, qətnamənin icrasının Bakı şəhəri 35 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılması» xahiş edilmişdir. Yəni, iddia tələbində mirasın vəsiyyətnamə üzrə və ya qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə konkret tələb irəli sürülməmişdir. Bu halda, iddiaçının mirası vaxtında qəbul etdiyi təsdiq olunduğu təqdirdə mirası qanun üzrə və ya vəsiyyətnamə üzrə vərəsəlik əsasında bölmək məhkəmənin səlahiyyətidir. Başqa sözlə, iddianın düzgün verilmədiyi barədə məhkəmənin mövqeyi əsassızdır.
71. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və y enidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
72. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən ba xılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.