Məhkəmə qərarları › İş №2(105)-171/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-171/2024

25.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-171/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X5 oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs X5 oğluna qarşı “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4044/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X5 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs X5 oğluna qarşı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfindən 06 dekabr 2021-ci il tarixdə Muradov Əliheydər Xəsi oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1, onun və iş üzrə digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı1 Heybər qızı və İddiaçı2 tərəfindən “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfindən 06 dekabr 2021-ci il tarixdə X5 oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Lakin iddia ərizəsinin “xahiş edirəm” hissəsində texniki yanlışlığa yol verilərək “X5 oğlu” əvəzinə onun atası “Muradov Əliheydər Xəsi oğlu” qeyd edilmişdir. Bu səbəbdən yol verilmiş texniki səhvin düzəldilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edilməsini zəruri sayır. Sadalananlara əsaslanaraq iddia ərizəsinin “xahiş edirəm” hissəsində göstərilmiş “Muradov Əliheydər Xəsi oğlunun” sözlərinin “X5 oğlunun” sözləri kimi oxunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırılmışlar ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi 06 oktyabr 1998-ci il tarixli vəsiyyətnamə əsasında mülkiyyət hüququ ilə ona məxsus olan Muradov Əliheydər Xəsi oğlu tərəfindən birinci iddiaçı olaraq İddiaçı1 vəsiyyət edilmişdir. 29 yanvar 2001-ci il tarixdə Muradov Əliheydər Xəsi oğlu vəfat etmişdir. Bundan sonra İddiaçı1 Sumqayıt şəhər 2 saylı DNK-da 10 sentyabr 2001-ci il tarixdə 2V2/87 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər ləğv edilmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona- İddiaçı1 miras əmlakın 1/2 hissəsinə Qeydiyyat Vəsiqəsi verilmiş, 1/2 hissədə isə məcburi pay nəzərə alınmaqla açıq saxlanılmışdır. Belə ki, mübahisələndirlən mirasın mülkiyyətçisi olmuş Muradov Əliheydər Xəsi oğlunun övladlığa götürdüyü X5 oğlu uzun illərdir Azərbaycandan kənarda yaşadığından, vərəsə olaraq mirası qəbul etməmiş və mirasın qəbul edilməsi üçün ərizə ilə notariat orqanına müraciət etməmişdir. Muradov Əliheydər Xəsi oğlunun Azərbaycanda yaşamadığını və atası ölərkən belə dəfnə gəlmədiyini, eləcə də Muradov Əliheydər Xəsi oğlunun mülkiyətində olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evini tam şəkildə o, İddiaçı1 vəsiyyət etdiyini nəzərə alaraq, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış əmlakın tam şəkildə mülkiyyətinə keçirilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2- 382 saylı qətnaməsi ilə iddia tələbi təmin edildikdən sonra mübahisəli fərdi yaşayış evi tam şəkildə onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanılmış 4Ə-1194 saylı,06 iyul 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi onun tərəfindən ikinci iddiaçı olaraq X4 bağışlanmış və onun adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək bu barədə 10 iyul 2018-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Lakin 2018ci ildə üçüncü şəxs X5 oğlunun adından hərəkət edən qohumları Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2-382 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onu mübahisələndirmiş və məhkəmə proseslərinin nəticəsi olaraq həmin qətnamə ləğv edilərək iş üzrə icraat xitam verilmişdir. Hal-hazırda da adı çəkilən şəxsin adından iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və "Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanılmış 4Ə-1194 saylı, 06 iyul 2018-ci il tarixli bağışlanma müqaviləsinin qismən etibarsız sayılması, X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10 iyul 2018-ci il tarlxli, ********** saylı Çıxarışın ləğvi xahiş edilmişdir. Adı çəkilən məhkəmə işinin gedişatında təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofısinin xüsusi notariusu B.Əhmədli tərəfindən mirasın açıldığı gündən 20 il keçdikdən sonra 06 dekabr 2021-ci il tarixdə X5 oğlunun adına "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamə verilmişdir. Halbuki, X5 oğlu nə qanunverciliklə müəyyən edilmiş müddətdə mirası qəbul etdiyinə dair notariat ofisinə ərizə verməmiş, nə də mübahisələndirilən miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlayaraq bununla da mirası qəbul etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, mübahisələndirilən miras əmlak olan fərdi yaşayış evi 2001-ci ildən onların faktiki istifadələrindədir və Muradov Əliheydər Xəsi oğlu bir gün belə həmin evdə yaşamamış, 30 ilə yaxındır ki, Azərbaycandan kənarda yaşamaqdadır. Notariat ofisi tərəfindən Muradov Əliheydər Xəsi oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamədən məlumatları olmamış və bu hal onlara hal-hazırda gedən məhkəmə prosesində məlum olmuşdur. Hesab edirlər ki, Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfindən mirasın açıldığı gündən 20 il keçdikdən sonra tamamilə qanunsuz olaraq mübahisələndirilən fərdi yaşayış evinə dair X5 oğlunun adına "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamə verilmişdir. Halbuki, yuxanda göstərdikləri kimi Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair İddiaçı1 Sumqayıt şəhər 2 saylı DNK-da 10 sentyabr 2001-ci il tarixdə 2V2/87 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər ləğv edilmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 miras əmlakm 1/2 hissəsinə Qeydiyyat Vəsiqəsi verilmiş, 1/2 hissədə isə məcburi pay nəzərə alınmaqla açıq saxlanılmışdır. Belə olan halda notariat orqanında X6 oğlunun mərhum Muradov Əliheydər Xəsi oğlunun hüquq varisi olmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etdiyinə dair məlumat mövcud idi və həmin müddətin ötürülməsindən xəbərdar idi. Təəssüf ki, notariat orqanında bu hal nəzərə alınmadan mübahisəli fərdi yaşayış evinə dair əsassız şəkildə vərəsəlik sənədləri tərtib olunmuşdur. Bütün bu halları nəzərə alaraq onlar pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Belə ki, X6 oğlunun mərhum Muradov Əliheydər Xəsi oğlunun adına şəhadətnamənin verilməsi üçün təkcə atasının qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1ci maddəsi mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ‘"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193- cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin 1 və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair" 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən,dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüqüqu itirir (Konstitusiya Məhkəməsainin ''G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı). Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Sadalananlardan da görünür ki, qanunvericiliyə əsasən vərəsənin miras qoyanın övladı, valideyni, əri (arvadı) olması onun adına vərəsəlik sənədinin verilməsi üçün kifayət deyildir. İşdə olan sənədlərdən də aydın olur ki, X5 oğlu mərhum atası Muradov Əliheydər Xəsi oğlunun hüquq varisi olmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə mirası atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır. Belə olan halda notariat orqanının onun adına vərəsəlik hüququna dair şəhadətnaməni qanunvericiliklə müəyyən edilmiş müddət bərpa edilmədən verməsi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə dair ona 1998-ci ildə vəsiyyətnamə verilmişdir. Əmisi ona qulluq edəcəyi təqdirdə evi ona verəcəyini bildirmiş və belə də etmişdir. Əmisinin övladı olmayıb, üçüncü şəxs övladlığa götürülüb. 1997-ci ildə Tofikin anası, 2001-ci ildə isə atası rəhmətə getmişdir. Lakin Tofik onların heç birinin dəfnində iştirak etməmişdir. Tofik 30 il sonra vərəsəliklə bağlı mübahisə yaradır. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı1 və iş üzrə digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə dair digər ½ hissə məcburi pay kimi açıq qalıb. Üçüncü şəxs - Tofik Muradov həmin vaxt burada olmayıb, hətta atasının dəfn mərasimində də iştirak etməyib. İddiaçı1 mənzilə dair tam şəkildə mülkiyyət hüququ əldə edə biləcəyini hesab edib və bununla bağlı məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə qətnamə qəbul edilib. Sözügedən qətnamədən Tofik Muradov tərəfindən üçüncü şəxs qismində apellyasiya şikayəti verilib. Prosessual tələblərə riayət olunmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və həmin iş üzrə icraata xitam verilib. Bildirmişdir ki, X8 Federasiyasında yaşayır, həmin vaxtdan miras əmlak üçüncü şəxs tərəfindən nə faktiki, nə də hüquqi olaraq qəbul edilməyib, bir sözlə şəxsin vərəsə olması üçün qanunda nəzərdə tutulan faktiki hərəkətlər yerinə yetirilməlidir. Bu gün belə sözügedən evdə iddiaçılar yaşayır. Bu məsələdə ən maraqlı hissə notariusun hərəkətidir. Belə ki, notarius belə olan halda müddətin ötməsi əsası ilə tərəfə imtina məktubu ünvanlayır. Lakin bu dəfə bilinməyən səbəbdən şəxsə vərəsəlik şəhadətnaməsi verilib. Hazırda onlar məhz həmin şəhadətnamənin ləğvini istəyirlər. Belə ki, notarait orqanı müddətlə bağlı tələblərə riayət etmədən şəxsə vərəsəlik şəhadətnaməsi verib. Hesab edir ki, 20 il sonra əmlaka dair şəhadətnamə alınması düzgün deyil. Həmçinin ½ hissədə payın açıq qalması şəhadətnamə verilməsi üçün əsas deyil. Payın açıq qalması istənilən adamın istənilən vaxt onu qəbul edə biləcəyi mənasına gəlmir. Onu da məhkəmənin nəzərinə çatdırmışdır ki, üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verəndə belə şəhadətnamə üçün müraciət etməmişdir, halbuki bununla bağlı hansısa məhdudiyyət yox idi. Apellyasiya şikayətinin təmin olunmasının səbəbi isə iddia tələbinin düzgün qoyulmaması idi. Tofik ilk dəfə 2018-ci il və ya 2019-cu ildə məsələni məhkəmə qaydasında mübahisələndirib. Birinci instansiya məhkəməsinin qərarı işə məhkəmədə baxılmalı olmadığından ləğv olunmuşdur. Məlum olduğu kimi hətta 3 ay müddət keçdikdən sonra Asan Xidmətin imtina etdiyi hallar olub, burada isə 20 il sonra şəhadətnamə verilib. Hesab edir ki, bu qədər il sonra şəhadətnamə verilməməli idi. Qanun üzrə vərəsə olmaq mirası qəbul etmək üçün müddət ötürülməsinə əhəmiyyət verilməməsi üçün əsas deyil. Onu da məhkəmənin nəzərinə çatdırmışdır ki, əslində Tofik Muradovun şəxsi marağı yoxdur, qohumlar onun adından etibarnamə alaraq hərəkət edirlər. Onu da bildirmişdir ki, Tofik Muradovun mənzilə qeydiyyatda qalması miras əmlakı faktiki qəbul etməsini ifadə etmir. Şəxsin miras əmlakda –mənzildə yaşaması həmin əmlakı qəbul etməsini bildirir. Bundan başqa şəxsin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün sübyektiv hüququ vardır. Əmlak hazırda bölünməyib, tam paydadır. Birinci instansiya məhkəməsində iştirak edən üçüncü şəxs X5 oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıya mübahisəli mənzilə dair ½ hissədə qeydiyyat vəsiqəsi verilib. İddiaçı 2003-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmlakın tam mülkiyyətə keçməsini xahiş etmiş, onun iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Daha sonra birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası tərəfindən işdə yol verilmiş pozuntularla əlaqədar ləğv olunmuş, Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. ½ hissədə Tofik Muradovun mirasda payı var, məhkəmə qərarları ilə həmin hissədə onun hüquqları tanınıb. Bildirmişdir ki, Tofik Muradov qətnamələrdən sonra mübahisəli mənzilə dair payı üzrə şəhadətnamə alıb. Xüsusilə qeyd etmişdir ki, mərhumun birinci dərəcə vərəsəsi məhz Tofik Muradovdur. O, ömrü boyu Rusiya Federasiyasında olub, hadisələrin gedişindən xəbəri olmayıb. Baş verən hadisələrdən məlumatlı olduğu anda- 2018-ci ildə məhkəməyə müraciət edib. Qeyd etmişdir ki, Tofik Muradov övladlığa götürülsə də, digər vərəsələrlə bərabər hüquqludur. Bundan başqa şəhadətnamənin ləğvi üçün müddət məsələsi əsas gətirilə bilməz, şəhadətnamənin alınmasında heç bir qanun pozuntusu yoxdur. İddiaçı tərəfin əsas məqsədi birinci dərəcə vərəsə kimi Tofik Muradovu miras əmlakdan məhrum etməkdir. Şəhadətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Mülkiyyət hüququ olan şəxsin şəhadətnamə alması tam qanunidir. İddiaçı ata sağ olanda Tofik Muradovu məcburi pay hüququndan məhrum edə bilərdi. Hesab etmişdir ki, iddia tamamilə əsassızdır. Mülki Məcəlləyə əsasən miras üçün vərəsə yoxdursa, əmlak dövlət mülkiyyətinə keçir. Mərhumun başqa uşaqları yoxdur, yalnız Tofik Muradov var. Bu şəhadətnamənin ləğv edilməsi qarşı tərəfə nə qazandırdığı sual doğrurur. Şəhadətnamə ləğv olunacağı halda belə iddiaçı mübahisəli mənzili tam şəkildə mülkiyyətinə keçirə bilməyəcək. Bu səbəbdən hesab edir ki, əslində heç iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa Tofiq Muradov mübahisəli mənzildə qeydiyyatdadır. Onun həmin mənzilə qeydiyyatda olması belə həmin əmlakın faktiki qəbul edilməsini bildirir. Tofik Muradov öz payına - 1/2 hissədə şəhadətnamə almış, qarşı tərəf öz paylarına münasibətdə heç şəhadətnamə də almamışdırlar. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4044/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən, yəni yalnız İddiaçı1 münasibətdə təmin edilməsi, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfındən 06 dekabr 2021-ci il tarixdə X5 oğlunun adına verilmiş "məcburi paya vərəsəlik hüququ haqqında" şəhadətnamənin ləğv edilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan üçüncü şəxs X5 oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4044/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Üçüncü şəxs X5 oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(060)-4044/2023 saylı qətnaməsi ilə iddia qismən, İddiaçı1 münasibətdə təmin olunmuşdur. Muradov Əliheydər Xəsi oğlu ( Muradov Tofiqin doğma atası) oğlu mübahisəli fərdi yaşayış evinə dair xx.xx.1998-ci il tarixdə İddiaçı1 adına vəsiyyətnamə qoymuşdur. Miras qoyan şəxs 2001-ci ildə vəfat etdikdən sonra cavabdeh İddiaçı1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən (hazırda DƏDRX-nin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi) cavabdeh İddiaçı1 miras əmlakın ½ hissəsinə qeydiyyat vəsiqəsi verilmiş, ½ hissədə isə məcburi pay nəzərə alınmaqla (ona çatası pay) açıq saxlanılmışdır. Qeyd: İddiaçı1 bu qeydiyyat vəsiqəsini mübahisələndirməmişdir. Bir müddət keçəndən sonra İddiaçı1 miras qalmış əmlakın tam şəkildə adına keçirilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh notariat orqanından miras əmlaka dair aldığı vəsiyyətnamə üzrə şəhadətnaməni ( ½ hissədə) və çıxarışı (½ hissədə) məhkəməyə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-382 saylı qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilmiş, əmlak tam şəkildə İddiaçı1 adına keçmiş, miras əmlaka dair tam payla mülkiyyət üzrə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin zaman keçirilmiş məhkəmə mübahisəsindən X5 oğlunun xəbəri olmamışdır. X5 oğlu 2018-ci ildə pasport qeydiyyatından çıxarılmağını, məhdudiyyət olduğunu bildiyi zaman məhkəmə qətnaməsini əldə etmiş və qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(105)-3863/2018 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-382 saylı qətnaməsi ləğv edilmiş, haqlı olaraq iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya bildirilmişdir ki, sən əmlakı tam olaraq adına keçirmək üçün müvafiq qaydada notariat kontoruna müraciət olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X5 oğlu məhkəmə qətnaməsi ilə ləğv olunmuş rəsmi qeydiyyatını bərpa etmiş, lakin miras qalmış əmlaka məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi alıb, açıq qalmış ½ hissəyə dair çıxarış almaq istədikdə, məlum olmuşdur ki, cavabdeh İddiaçı1 Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evini tam şəkildə adına keçirmiş, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 4Ə-1194 nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı2 bağışlamışdır. Qeyd: 2018-ci ildə yəni məhkəmə prosesləri gedişində, 2003-cü ildə tam mülkiyyət hüququ ilə adına keçən əmlakı 15 il sonra oğlunun adına keçirərək başqasına məxsus, daha dəqiq desək İ növbəli vərəsəyə məxsus payı da mənimsəməyə cəhd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edildiyi zaman, cavabdeh İddiaçı1 məhkəmədə iştirak etməsinə baxmayaraq əmlakın bağışlanmasını həm X5 oğlundan, həm də məhkəmədən gizlətmişdir. X5 oğlu öz payına dair çıxarış almaq üçün əvvəlcə notariat kontoruna müraciət edərək xx.xx.2021-ci il tarixdə məcburi paya dair şəhadətnamə aldıqdan sonra öz payına dair hissədə çıxarış alması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki İddiaçı1 nəinki özünə, hətta özünə aid olmayan payı da oğlu İddiaçı2 bağışlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1932/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, İddiaçı2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı bu miras əmlakına dair ½ hissədə məcburi paya malikdir və cavabdeh tərəfindən həmin əmlak tam şəkildə, yəni onun payı da daxil olmaqla bütünlükdə bağışlanılmışdır. Bu hal isə iddiaçının vərəsəlik, eləcə də qanuni əsaslarla gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli əmlakın özünə məxsus hissəsini bağışlamaq hüququ olduğundan, cavabdehə aid pay daxil edilmədən də əqd bağlana bildiyindən sözügedən müqavilənin qismən etibarsızlığı əsaslı və qanuna uyğundur. Kəsici müddətə münasibətdə isə məhkəmə mükəmməl bir şəkildə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, daşınmaz əşya fərdi-müəyyən xarakteri daşıdığından və üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilmədiyindən, beləliklə də əsassız varlanmaya səbəb olmadığından kəsici müddət daşınmaz əşya ilə bağlı əqdlərin etibarsızlığına dair tələblər üçün keçərli deyildir. İstinad olunan Qərarda göstərilmişdir ki, fərdi-müəyyən əşyalar daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə X5 oğlu öz payına dair çıxarış almaq üçün notariat kontoruna müraciət edərək xx.xx.2021-ci il tarixdə məcburi paya dair aldığı şəhadətnamə hazırki iş üzrə iddiaçıların hüquqlarına toxunmur. Belə ki, həmin şəhadətnamə mübahisələndirilən əmlakın ½ hissəsinə dair verilmiş, iddiaçıların hüquqlarına toxunmamışdır. İddiaçıların ½ hissədə məcburi paya dair şəhadətnaməni həmin əmlak onlara məxsus olmadığı üçün- mübahisələndirmək hüququ belə yoxdur. Göründüyü kimi, həm Sumqayıt Apellyasiya Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərardadı, həm Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1411/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarı, həm də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1932/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırki iş üzrə 3-cü şəxs X5 oğlunun hüquqlarının hazırki iş üzrə iddiaçılar tərəfindən kobud şəkildə pozulduğu müəyyən olunmuşdur. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Bildirilmişdir ki, məhkəmə qeyd olunan bu maddədəki halı tamamilə nəzərdən qaçırmışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(105)-3863/2018 saylı qərardadında qeyd olunmuşdur ki, hazırki iddianın mahiyyəti vərəsəlik hüququ ilə bağlı olduğundan iddiaçı ilkin olaraq notariat orqanına müraciət etməlidir. Göründüyü kimi, İddiaçı1 2003-cü ildən bu yana notariat orqanına müraciət etməmişdir. Hətta xx.xx.2018-ci il qərardadından sonra da bunu etməmişdir. Hazırda 2023-cü ildir. Qərardadın qəbul edilməsindən də düz 5 il keçir. Əgər müddət Tofik Muradova münasibətdə ötürülübsə, belə çıxır ki, İddiaçı1 münasibətdə də ötürülmüşdür. Əgər onların apellyasiya şikayəti əsasında 15 ildən sonra qətnamə ləğv edilibsə hesab edirlər ki, İ dərəcəli yeganə vərəsə kimi Tofik Muradovun da mirası qəbul etməsi üçün hüquqi əsas həmin məhkəmə aktlarına əsasən yaranmışdır. Əks halda Tofik Muradovun neçə ildir ata yurdu uğrunda apardığı mübarizənin mənası nə idi ki? Həmçinin məhkəmə nəzərə almamışdır ki, X8 Federasiyasında yaşayır. Olub bitəndən çox sonralar xəbər tutmuşdur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, miras əmlak dövlətə keçməlidir. Belə ki, fərz etsələr ki, İddiaçı1 mirası faktiki qəbul etdiyini əsas gətirərək digər ½ hissənin də ona aid olduğunu iddia edir, artıq onun belə bir hüququ qalmamışdır. Belə ki, o qanuni yol ola-ola, qanunsuz yollara baş vuraraq ona məxsus olmayan miras əmlakı mənimsəmək istəmişdir, bu da onun mənimsəmə niyyətini ortaya çıxarmışdır. Mənimsəmə niyyətinin olmasının özü də bütün baş verənlərin Tofik Muradovdan gizlədilməsinə birbaşa əsaslı şübhələr yaradır. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bildirilmişdir ki, birinci instansiya məhkəməsi bu maddənin tələblərini də nəzərə almamışdır. Qeyd etmişlər ki, Tofik Muradovun vəsiyyətnamədən və evdən qeydiyyatdan çıxarılmadan xəbəri belə olmamışdır. O, düşünmüşdür ki, evdə qeydiyyatda olan və yeganə sağ qalan vərəsə odur. İddiaçı1 və ailəsinin də həmin evdə yaşamasına humanizm göstərərək göz yummuşdur. Düşünmüşdür ki, onsuz da özü Rusiyada yaşayır. Yəni nəinki mövcud olan vəsiyyətnaməni ondan gizlətmişlər, hətta xəbərsiz şəkildə qanunsuz olaraq evdən də qeydiyyatdan çıxarmışlar. Belə ki, miras qoyan şəxs 2001-ci ildə vəfat etdikdən sonra cavabdeh İddiaçı1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən (hazırda DƏDRX-nin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi) cavabdeh İddiaçı1 miras əmlakın ½ hissəsinə qeydiyyat vəsiqəsi verilmiş, ½ hissədə isə məcburi pay nəzərə alınmaqla (Tofikə çatası pay) açıq saxlanılmışdır. (Qeyd: İddiaçı1 bu qeydiyyat vəsiqəsini mübahisələndirməmişdir). Bir müddət keçəndən sonra İddiaçı1 miras qalmış əmlakın qanunsuz olaraq tam şəkildə adına keçirilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı1 notariat orqanından miras əmlaka dair aldığı vəsiyyətnamə üzrə şəhadətnaməni ( ½ hissədə) və çıxarışı (½ hissədə) məhkəməyə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsi də qanunsuz olaraq xx.xx.2003-cü il tarixli, 2-382 saylı qətnaməsi ilə İddiaçı1 iddiasını təmin etmiş, əmlak tam şəkildə İddiaçı1 adına keçirmiş, miras əmlaka dair tam payla mülkiyyət üzrə qeydiyyat vəsiqəsi verilmiş, hətta məhkəmə iddia tələbindən kənara çıxaraq X5 oğlunu pasport qeydiyyatından da çıxarmışdır. Həmin zaman keçirilmiş məhkəmə mübahisəsindən və bütün bu olanlardan Rusiya Federasiyasında olduğu üçün X5 oğlunun xəbəri olmamışdır. İddiaçı1 etdiyi qanunsuzluqlar bəs deyilmiş kimi, mübahisəli evin özünə məxsus olmayan hissəsini 06 iyul 2018-ci ildə oğlu İddiaçı2 bağışlamışdır. Məhkəmə prosesləri gedişində isə bu halı Sumqayıt Apellyasiya Məhkəməsinin işə baxan hakimlərindən gizlətmişdir. Qanunsuzluqlara bir daha nəzər salınsa: 1) evi tam mülkiyyət hüququ ilə qanunsuz olaraq ələ keçirməyə çalışmaq, 2) özünə məxsus olmayan payı mənimsəmək 3) şəxsi qanunsuz olaraq pasport qeydiyyatından çıxarmaq, 4) məhkəmə prosesi gedişatında mübahisəli evin özünə məxsus olmayan hissəsini oğluna bağışlamaq 5) qanunsuz bağışlamanı məhkəmə prosesləri gedişatında gizlətmək hazırda qanunvericiliyin tələblərinə kim riayət etməmişdir? Müddəti ötürdüyü iddia edilən, Rusiya Federasiyasında yaşadığı üçün hər şey gizlədilən Tofik Muradovmu? Yoxsa başqasına məxsus əmlakı bütün qanunsuz yollarla ələ keçirməyə çalışan İddiaçı1mı? Qeyd etmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsi tərəflərindən təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsi onlar tərəfindən təqdim olunmuş sübutları sanki “görməzdən” gəlmişdir. Bu da 3-cü şəxs Tofik Muradovun hüquq və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuşdur. Həmin maddəyə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Qeyd: İş materiallarından görünür ki,maddi hüquq normaları pozulmuş, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq edilməmiş və əvəzində tətbiq olunmuş maddi hüquq norması səhv təfsir və yanlış tövsif olunmuşdur. İş materiallarından açıq-aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir. 2) Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Qeyd: İş materiallarından görünür ki, məhkəmə işdə olan yazılı sübutlara düzgün hüquqi qiymət verməmiş, çoxsaylı mötəbər dəlillər təqdim etməklərinə baxmayaraq iddianın rədd olunması qənaətinə gəlmişdir. 3) Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi. Qeyd: İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 4) Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçıların mövqeyi ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmiş və əsassız olaraq onun ziyanına qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bildirilmişdir ki, məhkəmə kobud prosessual pozuntuya yol verərək iddianı qismən təmin etdiyini elan etsə də, elektron sistemə iddianı tam təmin etdiyini göstərmişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi deməkdir. MPM-nin 214.1-ci maddəsinə əsasən, qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir. İşdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 216.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Yalnız onların müraciətindən sonra elektron sistemdə dəyişiklik edilərək iddia təmin edilsin sözləri, “iddia qismən təmin edilsin” kimi göstərilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq işlərinin çox olması səbəbindən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi Sumqayıt şəhər XMSİK-nin 13 nömrəli, 1954-cü il tarixli protokolu əsasında Muradov Əliheydər Xəsi oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 025024 nömrəli tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Muradov Əliheydər Xəsi oğlu xx.xx.2001-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 216 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Muradov Əliheydər Xəsi oğlu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi İddiaçı1 tərəfindən İddiaçı2 bağışlanmışdır. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına 33 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X5 oğlu atası Muradov Əliheydər Xəsi oğlundan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin suətindən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlunun vərəsəsi X5 oğludur və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 12 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlundan miras qalmış əmlaka dair vərəsəsi oğlu - X5 oğluna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci “Vərəsə mirasın açıldığı yer üzrə notariat ofısinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır.” maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə, 2V-1688 reyestr nömrəsi ilə təsdiq edilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə, Sumqayıt şəhəri, 11-ci məhəllə, 87/4 saylı evin tam şəkildə Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 adına qeydə alınması, X7 oğlunun Sumqayıt şəhəri, 11-ci məhəllə, 87/4 saylı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin evdən pasprot qeydiyyatından çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən sxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1932/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilmiş, İddiaçı2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Muradov Əliheydər Xəsi oğlu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmiş, nəticədə İddiaçı1 mənzilin ½ hissəsinə xx.xx.2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilin digər ½ hissəsi də İddiaçı1 mülkiyyətinə verilmiş, X5 oğlunun şikayəti əsasında həmin qətnamə ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə X5 oğluna xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlundan miras qalmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinin ½ hissəsinə dair məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçılar həmin şəhadətnaməni mübahisələndirirlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfındən 06 dekabr 2021-ci il tarixdə X5 oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsini qət etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, hazırki halda cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi X5 oğluna mərhum Muradov Əliheydər Xəsi oğlunun ölümündən təxminən 20 il sonra - xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinin ½ hissəsinə dair məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə mülki qanunvericiliyin tələblərini pozmuş, mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsinə əhəmiyyət verməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Məhkəmə qətnaməsində onu da qeyd etmişdir ki, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə X5 oğluna atası - xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlundan miras qalmış əmlaka - Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair verilmiş və 2V-1688 reyestr nömrəsi ilə təsdiq edilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməldir. Eləcə də məhkəmə hesab etmişdir ki, İddiaçı1 iddiası təmin edilsə də, İddiaçı2 iddiası təmin edilməməlidir. Belə ki, hazırda mübahisələndirilən şəhadətnamə mübahisəli mənzilin açıq qalan digər ½ hissəsinə verildiyindən məhkəmə hesab etmişdir ki, İddiaçı2 həmin şəhadətnaməni mübahisələndirmək hüququna malik deyil. Birinci instansiya məhkəməsi üçüncü şəxsin nümayəndəsinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə T.Muradovun miras əmlakda ½ hissədə pay hüququnun olmasının tanınması barədə iddia tələbinə etirazının dəlilləri ilə razılaşmamışdır. Belə ki, nə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarının məzmununda X5 oğlunun mübahisəli miras əmlaka vərəsəlik hüququnun olub-olmamasına hər hansı hüquqi qiymət verilməmiş, iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Üçüncü şəxs X5 oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edərək şikayətini– vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payının olduğu, bu payın qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısının (məcburi pay) təşkil etməsi, İddiaçı1 etdiyi qanunsuzluqların bəs deyilmiş kimi, mübahisəli evin özünə məxsus olmayan hissəsinin 06 iyul 2018-ci ildə oğlu İddiaçı2 bağışlaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin əvvəllər qüvvədə olmuş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli ilduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçıların iddia tələbi həmin maddə üzrə əsaslandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2032/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs X5 oğluna qarşı “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılanadək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçıların öz iddia tələbinin hüquqi əsası kimi istinad etdikləri maddi hüquq norması öz hüquqi qüvvəsini itirdiyindən və bu səbəbdən iddia tələbi əsaslı olmadığından apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4044/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs X5 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4044/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 və İddiaçı2 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs X5 oğluna qarşı “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar