Məhkəmə qərarları › İş №2(008)-3329/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3329/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3329/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X2 28 mart 2023-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X5 28 mart 2023-cü il tarixdə vəfat etmişdir və dəfn edilmişdir. Həmin tarixdə dəfn mərasimi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur. Qeydiyyat şöbəsi cavab mətubu ilə ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparıldığı üçün ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdü. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 64 yaşlı X5 28 mart 2023-cü il tarixdə həkimə qədər ölüm qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 22 №li Şəhər Poliknikası tərəfindən verilmiş 66 nömrəli, 29 mart 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşamış, xx.xx.2023-cü il tarixdə işdə qəflətən rəhmətə getmiş, xx.xx.1958-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar 22 nömrəli Şəhər Poliknikasına müraciət etməmişdir. 2 saylı Təcili və X4 Stansiyasının çağırışçı həkimi M.Əkbərov tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 07:43 radələrində Ölüm haqqında Xbərdarlıq vərəqəsi “Həkimə qədər kişi cinsli meyid” aşkar edilmişdir. Ölümün səbəbi onlara məlum olmadığı üçün. Ona 22 nömrəli Şəhər Poliknikasını tərəfindən “Ölüm haqqında tibbi Şəhadətnamə forma 106” verilməsi mümkün deyildir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli aktdan görünür ki, X6 28 mart 2023cü il tarixdə Bakı şəhəri, Sabuçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlığda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 3-165/8-10-493/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasına dəvət olunmuş şahid X1 ifadəsində bildirmişdir ki, mərhum qonşumuzdur. Ali Məhkəmədə sürücü işləyirdi. Qızı gəldi dedi ki, iş yerindən zəng vurublar və mərhumun öldüyünü deyiblər. Məhkəməyə ilk o çatdı. Onun maşını ilə dəfn olunmağa aparılmışdır. Məhkəmə iclasına dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, mərhum qayınatasıdır. 28 mart 2023-cü il tarixdə vəfat etmişdir. Arablinka deyilən yerdə gölün yanındakı qəbirstanlıqda dəfn olunub. Dəfndə və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin əridir. O, xx.xx.2023-cü ildə iş yerində Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar