Məhkəmə qərarları › İş №2(008)-3391/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3391/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3391/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 13.02.1961-ci il təvəllüdlü X1 Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X2 13.02.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əri qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkmiş, mütəmadi olaraq xəstəliyə qarşı müalicələr almışdır. 17.04.2020-ci il tarixdə ərinin səhhəti pisləşdiyindən təcili tibbi yardıma zəng vurmuş, lakin həkim gələnə kimi əri vəfat etmişdir. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum ərinin ölümü haqqında şəhadətnamə tələb olunur. Bu səbəbdən də ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs imtina məktubunda əri X1 ölüm haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmiş və qanunvericiliyin tələbinə əsasən müvafiq sənədi almaq üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-JQ seriyalı 418395 №-li doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuşdur. İş materiallarında olan AZE seriyalı ******** №-li vəsiqənin sürətindən görünür ki, X5 oğlu 13.02.1961-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, X2 Ərizəçi əri olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası sahə həkimi üçün 17.04.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, 17.04.2020-ci il tarixdə X5 oğlunun adına çağırış daxil olmuş, çağırışı 14 saylı KYS-nin təcili tibbi yardım birqadası yerinə yetirmişdir.. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 11.09.2020-ci il tarixli 336 №-li arayışından görünür ki, X5 oğlu 18.04.2020-ci ildə Bilgəh qəbiristanlığında dəfn olunmuşdur. Hazırda ərizəçi əri 13.02.1961-ci il təvəllüdlü X1 Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 15.09.2020-ci il tarixli məktubla təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı 13.02.1961-ci il təvəllüdlü X1 17.042020-ci il tarixdə ölməsi faktı ərizəçinin izahatı, Bilgəh Bələdiyyəsinin 11.09.2020-ci il tarixli 336 №-li arayışı ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X1 haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 13.02.1961-ci il təvəllüdlü X1 Bakı şəhərində ölməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 13.02.1961-ci il təvəllüdlü X1 Bakı şəhərində ölməsi müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar