Məhkəmə qərarları › İş №2(008)-3407/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3407/2023

09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3407/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il təvəllüdlü anası X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası X8 xx.xx.1935-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Mərhum anası bir neçə xəstəliklərdən əziyyət çəkmişdir. xx.xx.2023-cü il tarixdə növbətçi həkim gələnədək anası vəfat etmiş və buna dair arayış verilmişdir. Mərhum Maştağa qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Ölümün qeydə alınması ilə bağlı Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində bununla bağlı qeyd aparılmaqdan imtina edilmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum X8 onun anası olmuşdur. Təsdiq edir ki, xx.xx.2023-cü il tarixdə, günorta saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əbdülkərim küçəsi, döngə 7 ünvanında yerləşən 4 saylı evdə qəflətən vəfat etmişdir. Həmin vaxt yanında gəlini olmuşdur. Anası Maştağa qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, mərhum Şəfiqə Məhərrəmovanın gəlini olmuşdur. Onunla Maştağa qəsəbəsində yerləşən eyni fərdi yaşayış evində qalmışdır. xx.xx.2023-cü il tarixdə evdə vəziyyəti qəflətən pisləşmiş, təcili tibbi yardım çağırsalar da, həkim briqadası gələnə qədər artıq keçinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum Şəfiqə Məhərrəmova onun nənəsi olmuş və onlarla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə anası nənəsinin vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Evə təcili tibbi yardım çağırsalar da, lakin həkimlər gələnə qədər keçinmişdir. Elə həmin tarixdə Maştağa qəsəbəsindəki qəbirstanlıqda dəfn etdilər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE 04735757 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1935-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materialları ilə müəyyən edilir ki, X1 Nugbər Şirməmməd qızının anasıdır. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 21 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, X5 terapiya şöbəsinə müraciət olmadığı üçün ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 14 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, X2 qəsəbəsi, “Seyidlər” qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X5 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1935-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar