Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3557/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «ASAN Xidmət» X6nə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «ASAN Xidmət» X6nə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürajiət edərək məhkəmədən oğlu X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X5 24 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və dəfn edilmişdir. Həmin tarixlərdə dəfn mərasimi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişdir. O, ölüm haqqında şəhadətnaməsi verilməsi üçün 4 saylı Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin məktuba əsasən qeydiyyat orqanına ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparıldığı üçün ölüm faktının müəyyən edilməsi ücün məhkəməyə müraciət edilməsi məsləhət edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı «ASAN Xidmət» X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında 4 saylı Bakı «ASAN Xidmət» X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Təcili və X3 Stansiyası tərəfindən verilmiş sorğuya cavab ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə çağırışa gələn zaman həmin ünvanda X4 məxsus meyid aşkar edilmişdir. - 31 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 40 saylı arayışından görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X5 xəstəxananın ərazisində qeydiyyatda olmadığından ölüm haqqında şəhadətnamənin verilməsinə imtina olunmuşdur. 4 saylı Bakı Asan Xidmət Qeydiyyat Şöbəsinin vermiş olduğu AZ İV 689932 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X2r Məhkəmə iclasına dəvət olunmuş Şahid ifadəsində bildirmişdir ki, o ərizəçinin anasıdır. Quliyev Hüseyn onun nəvəsidir. Uşağ ekiz tayı olmuşdur. Lakin Hüseyn zəif uşağ idi. xx.xx.2022-ci il tarixdə səhər ana uşağı yedizdirməyə götürəndə uşağın öldüyünü görmüşdür. Tez həkim çağırmışlar, hakim onlara artıq Hüseynin öldüyünü demişdir. Onların evı Bakı şəhərindədir, uşaqda məhz həmin evdə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin oğludur. O, xx.xx.2022-ci ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi oğlu vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə doğulmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3557/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3557/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver