Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3619/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi Balaağa oğlunun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1888-ci il təvəllüdlü Əminəxanım Cavad qızının 21 yanvar 1973-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki "X10"nda dəfn edilmiş Əminəxanım Cavad qızının ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1888-ci il təvəllüdlü anası, Əminəxanım Cavad qızı 21 yanvar 1973-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki "X10"nda dəfn edilmişdir. xx.xx.2023-cü il tarixdə Ərizəçi mərhum anası, Əminəxanım Cavad qızının ölüm haqqında akt qeydinin verilməsinə dair Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə verdiyi arayışında 21 yanvar 1973-ci il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi, " X10"nda dəfn edilmiş anası, Əminəxanım Cavad qızının barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında AKT qeydinin aşkar olunmaması səbəbindən ölümün qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunub. Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X25" məscidinin İmam Axundu tərəfindən 01 yanvar 2023-cü il tarixdə verilmiş /Q/A 2004 № li arayışda göstərilir ki, Ərizəçi mərhum anası, Əminəxanım Cavad qızı (1888 - xx.xx.1973) Maştağa qəsəbəsində " X10"nda dəfn edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 7 № li BŞX-nın 13 aprel 2023-cü il tarixli, 108 № li arayışına əsasən 21 yanvar 1973-cü il tarixdə vəfat etmiş Əminəxanım Cavad qızının ölümündən 50 il keçdiyinə və tibbi sənədlərin saxlanma müddəti 25 il olduğundan ölüm haqqında AKT qeydinin aşkar olunmamasına dair müvafiq məlumatın verilməsinin mümkün olmaması bildirilmişdir. Ərizəçi TDK № 372509 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, «atası» qrafasında X20, «anası» qrafasında isə Əminəxanım Cavad qızı qeyd edilmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1888-ci il təvəllüdlü X1 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Balaağa oğlunun nümayəndəsi X8 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-3xx-xx/2023 nömrəli, 07 mart 2023-cü il tarixli məktubuna əsasən təqdim etdiyi sənədlər arasında ölüm faktı təsdiq edən tibb müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə müraciət etməli oluğu qeyd edilmişdir. Maştağa “X25” Məscidin xx.xx.2023-cü il tarixli, Q-A 004 nömrəli arayışdan görünür ki, məzar daşının Əminə xanım Hacı Cavad qızına aiddir və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Məmmədbağır qəbristanlığında yerləşir. “X23” X24 7 nömrəli Birləşmiş Xəstəxananın xx.xx.2023-cü il tarixli, 108 nömrəli ölüm haqqında şəhadətnamənin müəssisədə saxlamaq müddəti 25 il olduğundan, xx.xx.1973cü ildə (50 il) vəfat edən Əminəxanım Cavad qızının polklinikada ölüç haqqında şəhadətnamənin alınması haqqında məlumat verilməsinin mümkün olmadığı bildirmişdir. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosunun ИЖ seriyalı, 372509 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Balağa oğlu xx.xx.1938ci il tarixdə doğulmuşdur. X12, anası isə Əminəxanım Cavad qızıdır. XV-ЛС seriyalı, 590503 nömrəli pasportdan görünür ki, X6 1888-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, Əminəxanım Hacıcavad qızı 1888-ci il tarixdə doğulmuş, xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıdır. Onların nənələrinin Əminəxanım olmuşdur. Nənələri rəhmətə gedən zamanı onun 17 yaşı olmuşdur. Nənələri minəxanım 1973-cü il tarixdə ölmüşdür. Ölüm yeri onların Maştağada yerləşən evlərində olmuşdur. Məmmədbağır qəbirsanlığında da dəfn edilmişdir. . Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıdır. X2r. Nənəsi Əminəanıç 1973-cü il tarixdə vəfat etmişdir. O rəhmətə gedən zaman onun 9 yaşı olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əminəxanm Cavad qızı ərizəçinin anası olmuşdur. O, xx.xx.1973-cü ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmiş və Maştağa qəbirstanlığında dəfn edilmişdir. Tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1888-ci il tarixdə doğulmuş Əminəxanım Cavad qızının xx.xx.1973-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3619/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3619/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver