Məhkəmə qərarları › İş №2(008)-3756/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3756/2024

26.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3756/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/6-00584 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Rəsmi nikahdan bir uşaqları - xx.xx.2007ci il təvəllüdlü X7, nikahları pozulduqdan sonra isə daha bir uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X10 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2465/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, xx.xx.2007-ci il təvvəllüdlü X7 onun yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Onunla Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/6-00584 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs övladları - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X10 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay ümumilikdə 150 manat aliment məbləğini onun adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs həmin vaxtdan indiyə kimi heç bir ödəniş etməyərək, aliment ödəməkdən yayınır. Belə olan halda hesab edir ki, barışıq sazişi məcburi icra olunması üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş 593 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Xocalı rayonundan (Yuxarı Quşçular kəndi) məcburi köçkündür və Sabunçu rayonu Pirşağı qəsəbəsi Gilavar sanatoriyasında müvəqqəti məskunlaşmışdır. - AZ-İ seriyalı 867787 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası X4r. - AZ-İİ seriyalı 680931 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2465/2009 nömrəli xx.xx.2009cu il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Əhmədova (Mursalıyeva) Aynur Valeh qızı arasında 20 dekabr 2005-ci ildə Kürdəmir rayon VVADQ şöbəsində 368 № ilə qeyd olunmuş nikahın pozulması, 20 mart 2007-ci ildə doğulmuş X2 Əhmədova (Mursalıyeva) Aynur Valeh qızının yanında saxlanılması, Maraqlı şəxs xx.xx.2009-cü il tarixdən hesablanmaqla hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq 20 mart 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Əhmədova (Mursalıyeva) Aynur Valeh qızına ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 091904 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 264 nömrə ilə qeyd edilmişdir. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00584 №-li barışıq sazişinə əsasən İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X10 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay ümumilikdə 150 (yüz əlli) AZN olmaqla aliment miqdarını Birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00584 №-li barışıq sazişi qanuna zidd olduğundan, onun təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, X10, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikah pozulduqdan sonra, yəni xx.xx.2011-ci il tarixdə doğulmuş, lakin atalığın müəyyən edilməsi haqqında şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, barışıq sazişində xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün alimentin məbləği hər uşaq üçün ayrı-ayrılıqda deyil, ümumi olaraq göstərilmiş, eyni zamanda, alimentin hansı müddətədək tutulması göstərilməmişdir ki, bu da sazişin şərtlərinin qeyri-müəyyən olduğunu əks etdirməklə yanaşı, gələcəkdə hazırkı qətnamənin icrasını mümkünsüz edən hallardır. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2465/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs xx.xx.2009-cü il tarixdən hesablanmaqla hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq 20 mart 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Əhmədova (Mursalıyeva) Aynur Valeh qızına ödənilməsi qət edilmişdir. Hazırda bu saziş 20 mart 2007-ci ildə doğulmuş X5 münasibətdə aliment təyin edilməsi deyil, alimentin miqdarının artırılması barədə ola bilərdi. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması da mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hazırkı şərtlər əsasında barışıq sazişinin təsdiq edilməsi qanuna zidd olduğundan, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi rədd edilməli, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00584 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-00584 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar