Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3761/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 1945-ci ildə və X2 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi və X1 və X2 ölümü haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Sabunçu Rayon Qeydiyyat Çöbəsinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, iddia tələbindən aşkar surətdə göründüyü kimi, ərizəçi eyni anda həm X1 həm də X2 ölmələri faktının müəyyən edilməsi tələblərini birləşdirmişdir. Halbuki, bu tələblər ayrı-ayrılıqda araşdırılmalıdır və bir biri ilə əlaqəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda məhkəmə tələbin “X3 və X2 ölümü haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Maraqlı şəxs üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, ölüm haqqında şəhadətnamələrin verilməsi tələbi, inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulması tələbi olduğu üçün həmin hissədə işə Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3761/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3761/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver