Məhkəmə qərarları › İş №2(008)-377/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-377/2022

02.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-377/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “keçid yolunun verilməsi, maneənin aradan qaldırılması, tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “keçid yolunun verilməsi, maneənin aradan qaldırılması, tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvazasının yeri) daşla hörülmüş yeri onun hesabına sökülərək açılması, bağ sahəsinin 40 metr uzunluğunda bir cərgədə sökülmüş mişar daşların cavabdehin hesabına yerinə tikilərək bərpa edilməsi, bağ sahəsinin giriş-çıxış qapısının (darvazanın) qarşısındakı yolda cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, onun bağ sahəsinə gələn yolun, giriş çıxış qapısının qarşısında cavabdeh tərəfindən inşa etdiyi qanunsuz daş hasarın cavabdehin hesabına sökülməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə adına xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. O, bağ sahəni dörd tərəfdən 1 metr hündürlüyündə daş hasara almışdır. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixdə onun bağ sahəsinə gələrək daş hasarın üzərindəki 40 metr uzunluğunda bir daş cərgəni uçurtmuş və uçurtduğu daşlarla onun bağ sahəsinin giriş çıxış qapısını mişar daşı ilə hörmüş, onun bağ sahəsinin giriş-çıxış yolunu bağlayaraq orada olan torpaq sahəsini zəbt etmiş və özünə daş hasar tikərək onun öz bağına gedən yolunu bağlamış və onun bağ sahəsinə gedib gəlməyinə manəçilik yaratmışdır. O, cavabdehə onun törətdiyi qanunsuz əməllərlə bağı öz etirazını bildirsə də bunun heç bir əhəmiyyəti olmamış, zəbt etdiyi torpaq sahəsinin sənədlərini nə ona, nə də ki polisə təqdim etməmiş, giriş çıxış qapısının qarşısındakı yolun guya ki, onun dədə-baba torpağı olduğunu bildirmişdir. Beləliklə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun onun bağ sahəsinin daş hasarını uçurtduğu üçün və giriş çıxış qapısının yerini hördüyü üçün ona 200 manat məbləğində zərər dəymişdir. O, cavabdehin qanunsuz hərəkətləri barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona dəymiş zərər xeyli miqdarda olmadığından cinayət işinin başlanması rədd edilmiş və işin mülki xarakter olduğundan ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Belə olan halda o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixdə ərizə verərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X12ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X12 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha ) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi, keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin girişçıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yeri sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi, ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəni onunla əsalandırmışdır ki, o Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X12ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvazasının yeri) daşla hörülmüş yeri onun hesabına sökülərək açılması, bağ sahəsinin 40 metr uzunluğunda bir cərgədə sökülmüş mişar daşların cavabdehin hesabına yerinə tikilərək bərpa edilməsi, bağ sahəsinin giriş-çıxış qapısının (darvazanın) qarşısındakı yolda cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, onun bağ sahəsinə gələn yolun, giriş çıxış qapısının qarşısında cavabdeh tərəfindən inşa etdiyi qanunsuz daş hasarın cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Məhkəmə Ekespertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ona məxsus 3065 A saylı bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsinin ərazisi oluduğu və ona məxsus bağ sahəsinin qapısının 3065 saylı bağ ərazisinə açıldığı müəyyən olunur. Həmin bağ sahəsi də X1 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 30563 saylı müqaviləsi ilə Cavabdeh2 icarəsinə verilmişdir. Mütəxəssis və ekspert rəyinə əsasən onun bağ sahəsinin qapısı 3065 saylı bağ sahəsinin ərazisinə açılır. Onun həmin bağ sahəsindən ictimai yola çıxmaq üçün eni 3 metr, uzunluğu 51,77 (cəmi 0,0154 ha) keçid verilməlidir. Bu barədə sxem də çəkilmişdir. Lakin iş üzrə Cavabdeh1 həmin keçidin ortasında qanusuz olaraq daş hasar tikmişdir və mənim həmin keçiddən istifadə etməyinə açıq aşkar maneəçilik törədir. Həmin torpaq sahəsinin ona heç bir aidiyyatı yoxdur, 3065 saylı torpaq sahəsi Cavabdeh2 icarəsindədir. Ona veriləcək keçidin dəyərinin qiymətləndirilməsi üçün o, AECS Azərbaycan qiymətləndirmə konsaltinq xidmətinə müraciət etmişdir. Onların əməkdaşı tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə hesabat tərtib edimişdir. Həmin hesabata əsasən Cavabdeh2 məxsus Sabunçu rayonu, X12 3065 saylı bağ sahəsinin keçid yolu üçün nəzərdə tutulmuş 0,0154 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 770 manat təşkil edir. O, keçid üçün həmin kompensasiyanı Cavabdeh2 ödəməyə hazırdır. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə tikinti ekseprtizasının rəyi məhkəməyə daxil olduqdan sonra o, bilmiş ki, onun bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsindən keçir, həmin bağ sahəsi də Cavabdeh2 məxsusdur. Həmin əsaslar ekseprt rəyini aldıqdan sonra məhkəmə baxışında ona məlum olmuşdur. İş üzrə məhkəmə ekspertinin rəyini almadan iddia tələbinin həcminin artırılmasını o, bu işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan yuxarıda göstərilən səbəblərə görə mümkün olmamışdır. Ona görə də iddia tələbinin həcmini artırır və hesab edir ki, Cavabdeh2 da iş üzrə cavabdeh qismində cəlb olunmalıdır. İddia tələbinin həcminin artırılması və Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə dair ərizə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə uyğun hesab edildiyindən məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X12ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 edilən maneənin aradan qaldırılmasına, onun bağ sahəsinə giriş-çıxış qapısının daşla hörülmüş yeri cavabdehin hesabına sökülərək açılması, bağ sahəsinin giriş-çıxış qapısının (darvazasının) qarşısındakı yolda Cavabdeh1 edilən maneələrin aradan qaldırılması, onun bağ sahəsinə gələn yolun, giriş-çıxış qapısının qarşısında cavabdehin inşa etdiyi qanunsuz daş hasarın sonuncunun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyində qeyd etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, X12 3065 A saylı bağ sahəsinin mövcüd keçid yolunun Cavabdeh2 adına olan 3065 saylı bağ sahəsinin ərazisi olduğu müəyyən olunmuşdur. Bundan sonra məhkəmə Cavabdeh2 cavabdeh qismində tanımışdır. İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Ərizəçi Azərbaycan Republikası Mülki Məcəlləsinin 175-ci maddəsinə istinad etməklə məhkəmədən o cümlədən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X12 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın iddiaçıdan tutularaq Cavabdeh2 ödənilməsini xahiş etmişdir. Məhkəmədə qaldırılmış iddia tələbi ilə bağlı qeyd etmək istəyir ki, İddiaçı cavabdeh qismində tanımış Cavabdeh2 məxsus 3065 saylı bağ sahəsindən yola özbaşına keçid açmışdır. Halbuki yan tərəfdən iddiaçıya məxsus torpaq sahəsinə yol mövcüddur. X12ndə bağ sahələri o qaydada ayrılıb ki, hər bir bağ sahəsinin yola çıxışı var. İddiaçı verilmiş iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3065a saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində xx.xx.2020-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN Seriyalı 495760 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3065 a saylı bağ sahəsinin hüquqi sahəsi İddiaçıdur. 16 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, tərəflər arasında yaranmış mübahisə ilə bağlı olaraq mülki qaydada məhkəmə orqalarına müraciət etmələri tövsiyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3064 saylı bağ sahəsi Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində xx.xx.2016-cı il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı Ərazi İdarəsinin 062880 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surəindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3064 saylı bağ sahəsinin hüquqi sahəsi Cavabdeh1dur. 3065 saylı bağın icarəyə verilməsi haqqında 30563 nömrəli xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Sərəncamının 825 nömrəli protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarədar” adlanan Cavabdeh2 Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsik icarəyə vermişdir. xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 ona 30563 saylı müqavilə ilə ayrılmış və faktiki istifadəsində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, gələcəkdə qanunla nəzrdə tutulmuş qaydada tam özəlləşdirilməyə və.s hərəktlərin edilməsinə xx.xx.2070-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi 3065 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış xx.xx.2001-ci il 30563 nömrəli müqavlə arxiv qovluğunda mövcuddur. Həmin müqavilənin qüvvədə olmaması barədə hər hansı məlumat arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 10/2873 nömrəli rəyin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X12 3065 saylı bağ sahəsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065 A bağ sahəsinin qərb qonşusudur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065 A saylı bağ sahəsinin sxemdə göstərilən mövcud keçid yolu 3065 saylı bağın ərazisi olduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065 A saylı bağ sahəsinin sxemdə göstərilən mövcud qapısı 3065 saylı bağın ərazisinə açıldığı müəyyən olunmuşdur. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin FY 05-078/22 nömrəli, xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X12 Bağ 3065 ünvanında yerləşən torpaq sahəsinin keçid yolu üçün nəzərdə tutulmuş 0.0154 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 770 (yeddi yüz yetmiş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh2 yönələn hissəsinə (Bakı şəhəri, Sabunçu rayonu, X12ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X12 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha ) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi) münasibət bildirərək qeyd edir ki, iddia tələbi ilkin olaraq qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, mülki iş matriallarına əlavə edilmiş icarəyə müqaviləsindən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3065 saylı bağ sahəsi qanunvericliyintələbinə uyğun olaraq Cavabdeh2 qanuni istifadəsindədir. Həmiçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan 3065 a saylı bağ sahəsinin mövcud keçid yola hazırki vəziyyətdə keçidi yalnızca Cavabdeh2 hazırda qanuni istifadəsində olan 3065 saylı bağ sahəsinin ərazisi olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsini əsas götürərək cavabdehdən birdəfəlik 770 manat məbləğində kompensasiya ödənilməklə, ona 3065 saylı bağ sahəsindən 0154 ha olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi tələb edilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, mülkiyyət hüququ müdafiəsi Azərbaycan Respublikası Konistitusiyası ilə qorunur. Mülkiyyət hüququnun məhdudlaşdırlıması və ya mülkiyyətdən məhrumetmə yalnız mülkiyyətçinin bütün əsaslı mənafeylərini nəzərə alınmaqla qanunvericlik ilə nəzərdə tutulmuş kokret əsaslarla mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsində nəzərdə tutulmuş zəruri keçid yolunun verilməsi hər iki tərəfin zəruri mənafeylərinə nəzərə alınmaqla aparıla bilər. Hazırki vəziyyətdə iddiaçının tələb ediyi 0154 hektar keçid yolunun cavabdehdən iddiaçının xeyrinə ayrılması, cavabdehin qanuni istifadəsindəki olan torpağa müdaxilə edilmək ilə mülkiyyətin müdafiəsi hüququn pozulmasına gətirib çıxarır. Bundan da başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə zəruri keçid yolunun ayrılması müqabilində ona 770 manat məbləğində birdəfəlik kompensasiya ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsinin məzmunundan da aydın olur ki, birdəfəlik kompensasiyanın ödənilməsi yalnız tərəflərin hər ikisinin razılığı olduğu halda həyata keçirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin ilkin hissəsini əhatə edənbirdəfəlik kompensasiya ödənilməklə zəruri keçid yolunun ayrılması hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh1 Ağarəfi oğluna yönələn hissəsinə (keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yeri sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi, ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması) hissəsinə münasibət bildirərk qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 ona 30563 saylı müqavilə ilə ayrılmış və faktiki istifadəsində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi və.s kimi hərəkətlərin edilməsi ilə bağlı X4 etibarnamə vermişdir. Hazırdı iddiaçının cavabdehə qadağan edilməsi tələb etdiyi hərəkətlər iddia tələbinin ilkin hissəsini əhatə edən zəruri keçid yolunun ayrılması ilə əlaqədar olduğundan məhkəmə hesab edir ki, nəqədər ki, iddiaçının ilkin tələbi yəni 3065 saylı bağsahəsindən iddiaçının xeyrinə keçid yolu ayrılmamışdır, cavabdehlərin iddiaçıya münüsibətdə həmin keçid yolunun açılmasına maneə olan hərəkətlərin edilməsi qadağan edilə bilməz. Belə ki, qeyd edilən hissə hazırkı vəziyyətdə yalnız cavabdehlərin qanuni istifadəsindədir. Bundan başqa məhkəmə iddiaçıya onuda izah etməyi zəruri hesab edir ki, iddiaçı hazırki vəziyyətin aradan qaldırılması üçün onun zəruri yola çıxışını təmin etmək məqsədi ilə məhkəməyə “Servitut tələbi” ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “keçid yolunun verilməsi, maneənin aradan qaldırılması, tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar