Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3819/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1936-cı il təvəllüdlü atası X1 xx.xx.1971-ci il tarixdə Vedi rayonu, Ararat kəndində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X2 məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, atası X4 1936-cı ildə Vedi rayonu, Ararat kəndində doğulmuşdur. Mərhum atası dəmir yolunda işləmişdir. İş zamanı qəza keçirmiş və nəticədə hər iki ayağını itirmişdir. Xəstəxanaya çatdırılsa da, nəticəsi olmamışdır. xx.xx.1971-ci il tarixdə Vedi rayonunda xəstəxanada vəfat etmişdir. Vəfat edən zaman anası X6 onun yanında olmuşdur. Həmin vaxt bir yaşı olmuşdur. Hazırda yaşadıqları mənzil anasının mülkiyyətindədir, anasının həmin mənzili ona bağışlaması ilə bağlı sənədləşmə işləri ilə əlaqədar atasının ölümü haqqında şəhadətnamə tələb olunur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişlər. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. Mərhum əri Əli işlədiyi dəmiryolu vağzalında qatarın altında qalmış, ayaqlarını xəstəxana amputasiya etmişlər, elə xəstəxanada xx.xx.1971-ci il tarixdə qan itirmədən dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. Özü də Vedi rayonunda yaşamışdır. Əmisi Əlini qatar vurmuş, rayon mərkəzi xəstəxanasına aparsalar da, onu xilas etmək mümkün olmamışdır. xx.xx.1971-ci il tarixdə vəfat etmiş və elə həmin tarixdə Vedi rayonu, Xalisə kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O, Vedi rayonundan 2-ci sinifdə oxuyanda atasını qatar vurmuş və nəticədə o, xx.xx.1971-ci il tarixdə dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Təsdiq edir ki, atası X4 xx.xx.1971-ci il tarixdə, Vedi rayonunda vəfat etmiş, Xalisə kəndində dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və tədqiq edilmiş: - Vedi rayonu, Avşar kənd sovetliyi tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, 1936-cı ildə Vedi rayonu, Ararat kəndində doğulmuş X4 və X6 xx.xx.1962-ci il tarixdə 11 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə ölüm akt qeydinin bərpa məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 1936-cı ildə Ermənistan SSR, Ararat rayonunda doğulmuş X1 xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Ararat rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3819/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3819/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver