Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3835/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atasının babası 1855-ci il təvəllüdlü Abdin Aslan oğlunun 1923-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 16 dekabr 2010-cu il tarixdə vəfat etmiş atası X1 babası Abdin Aslan oğlundan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinə dair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 4 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 4 saylı notariat ofisi xx.xx.2021-ci il tarixli 58/2021 nömrəli məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, mirasın ardıcıl olaraq, babası, atası və onun tərəfindən qəbulu faktının, həmçinin Abdin Aslan oğlunun ölüm faktını təsdiq edən sənədlərin və miras əmlak üzərində Abdin Aslan oğlunun mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edilmədiyi bildirilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan faktın müəyyən edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, icra edilməsi üçün notariat kontoruna göndərilmiş, lakin notarius tərəfindən miras qoyanın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün məhkəmədən müvafiq hüquqi faktı təsdiq edən qətnamə təqdim edilməsi tələbi edilmişdir. Notariat kontoru tərəfindən ölüm haqqında şəhadətnamə tələb etdiyi Abdin Aslan oğlu 1855-ci ildə doğulmuş və 1923-cü ildə ölmüşdür. 1855-ci ildə doğulmuş şəxsin hələ sağ olması qeyrimümkündür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin ulu babasını tanımır, onun haqqında heç bir məlumatı yoxdur. O, ərizəçinin atasını tanımış, ataları dost olmuşlar. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin ulu babasını tanımır, sonuncu vəfat edəndə o, doğulmamışdır. Ərizəçinin ulu babasının vəfat etməsi barədə heç bir məlumatı yoxdur. Ərizəçinin yalnız atasını tanıyır, atası onun atası ilə bir yerdə oxumuşlar. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçinin ulu babasını tanımır, sadəcə adını eşitmişdir. Ərizəçinin ulu babası haqqında heç bir məlumatı yoxdur. Eşitdiyinə görə ərizəçinin ulu babasının adı Abidin olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında Abdin Əli (sənəddə olduğu kimi) Aslan oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1855-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Atası: X17. Anası: sənəddə olduğu kimi qeyd olunmayıb. - Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Namdar Abdin oğlu 1894-cü ildə doğulmuşdur, atası Abdin Aslan oğludur. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-ci ilə dair Bakı şəhəri Balaxanı qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında 26 noyabr 1931-ci ildə Namdar Abdin oğlunun vəfatı qeyd olunur. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1920-1927-ci illərə dair Bakı şəhəri Balaxanı kəndi üzrə doğum haqqında bərpa kitablarında 16 iyul 1923-cü ildə doğulan Abdin Namdar oğlunun təvəllüdü qeyd olunur. Atası: Namdar Abdul oğlu, anası: Bibi xanım Çimər qızı. - AZ-İ seriyalı 443519 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 771890 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təbiyə Həbib qızı xx.xx.1988-ci ildə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 2636 nömrəli xx.xx.2015-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Təbiyə Həbib qızı xx.xx.1947-ci il tarixdə Bakı şəhərində nikahlarını bağlamışlar. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaq sahələri olan şəxslərin 15 may 1916-cı ilə dair siyahılarından məlum olur ki, Abdin Aslan oğlunun Kürdəxanı kəndində 1800 kv.sajina bərabər olan torpaq sahəsi olmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1949-cu ildə Bakı şəhərində doğulmuşdur, atası Abdin Nəmdər oğlu, anası Təbiyə Həbib qızıdır. - Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3295 nömrəli xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Rəhimova X6 qəsəbəsi P.Məmməd küçəsi ev 7 ünvanında yaşayır. X12 1894-cü ildən 1931-ci ilə kimi (Balaxanı qəsəbəsi Yanardağ ev 18) vəfat edən günə kimi qeydiyyatda olub, yaşayıb. Atası X5 vəfat edən günə kimi (xx.xx.2010) Yanardağ 18-də qeydiyyatda olub, yaşayıb. - AZ-İİ seriyalı 346347 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2348/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, ərizəçinin təşəbbüsü ilə dindirilmiş şahidlər isə Abdin Aslan oğlu haqqında hər hansı məlumatlarının olmadıqlarını bildirmişlər. Bundan başqa, qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2348/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Abdin Aslan oğlunun ölümü haqqında mühafizə edilən sənədlərdə 1923-1924-cü illərə dair məlumat aşkar edilməmiş, 1919-1922-ci illərə dair isə ölüm haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3835/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3835/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver