Məhkəmə qərarları › İş №2(008)-3982/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3982/2022

15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3982/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Səlyan rayonunda anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində, yaşadıqları Baki şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə vəziyyəti qəfildən pisləşdi və onlar dərhal təcili tibbi yardım çağırdılar. Lakin Bakı şəhəri Təcili və TəxirəsalınmAZ Tibbi Yardım Stansiyasının 11 Saylı bölməsinin tibbi heyəti gələnə qədər artıq anası vefat etmişdi və təcili yardımın həkimləri bu faktı təstiq edən ölüm haqqında Xəbərdarlıq vərəqəsi tərtib etdilər. Anasını Ramana qəbirstanlığında dəfn etmişlər, bu barədə Ramana Bələdiyyəsinin arayışı iddiaya əlavə edilib. Ondan elavə qeyd edib ki, anası son zamanlar ürək nahiyəsində ağrılardan şikayətləndiyini bildirib. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün qediyyatda olduqları 21 saylı şəhər poliklinikasına müraciət ediblər. Lakin anasının xəstəliklə bağlı poliklinikaya müraciət etmədiyinə görə poliklinika onlara ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etdilər. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 21 nömrəli birləşmiş şəhər xəstəxanası publik hüquqi şəxs tərəfindən Sabunçu qeydiyyat şöbəsinə yönləndirilmiş xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində, yaşadıqları Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmağına baxmayaraq, heç bir xəstəliklə bağlı poliklinikaya müraciət etməyib. Ona görə mərhumun adına ölüm haqqında tibb şəhadətnaməsini verə bilmədiyini bildiriblər. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən 120 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası X3 xx.xx.2022-ci il tarixdə vefat etmişdir və Ramana qəbristanlığında dəfn olunmuşdur. - Təcili və TəxirəsalınmAZ Tibbi Yardım Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə çağırışa gələn zaman həmin ünvanda X2 məxsus meyid aşkar edilmişdir. - AZərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 07077625 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1958-ci il tarixdə Səlyan rayonunda doğulmuşdur. Məhkəmə iclasına dəvət olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur, Ramanada yaşıyır. Hadisə vaxtı maşın sürürdü, ərizəçinin zəngindən sonra dərhal evlərinə gedib. X3 xx.xx.2022-ci il tarixində vefat edəndə artıq evlərindəydi və tibbi təcili yardımın səhər saatlarında gəldiyini bildirib. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasına dəvət olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun kürəkənidir,vefat edən isə baldızı. X3 xx.xx.2022-ci il tarixində vefat edəndə evlərindəydi və tibbi təcili yardımın səhər saatlarında gəldiyini bildirib. Dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 ərizəçinin anasıdır. O, xx.xx.2022-ci ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi anası vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətəri daxilində olduğundan ərizə həmin hissədə təmin edilməməlidir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. AZərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AZərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə doğulmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar