Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4093/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 22 fevral 1927-ci il tarixdə anadan olmuş və 30 oktyabr 1993-cü il tarixdə ölmüş atası X1 və 25 fevral 1929-cu il tarixdə anadan olmuş və 18 may 1990-cı il tarixdə ölmüş anası X6 ölüm faktının müəyyən edilməsi və qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayır və mərhum atası X4 22 fevral 1927-ci il tarixdə həmin ünvanda anadan olmuş və 30 oktyabr 1993-cü il tarixdə ölmüş və Kürdəxanı qəsəbə qəbristanlığında dəfn edilmişdir. Eyni zamanda anası X8 25 fevral 1929-cu il tarixdə həmin ünvanda anadan olmuş və 18 may 1990-cı il tarixdə ölmüş və Kürdəxanı Qəsəbə qəbristanlığında dəfn edilmişdir. Atası və anası öldüyü günədək ərizəçi ilə eyni ünvanda yaşamışlar. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Kürdəxanı Sağlamlıq Mərkəzinin 127 saylı xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, 1993-cü ildə vəfat etmiş X4 və 1990-cı il tarixdə vəfat etmiş X8 barəsində müəssisədən ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından X1 və X6 qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin 50 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.1990-jı ildə Kürdəxanı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. - İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin 51 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.1993-cü ildə Kürdəxanı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. - İş materiallarında olan İİİ-ЖГ seriyalı 607381 saylı SSR-nin pasportundan görünür ki, X4 xx.xx.1927-сi ildə Bakı şəhərində anadan olmuşdur. - İş materiallarında olan İV-ЖГ seriyalı 680553 saylı SSR-nin pasportundan görünür ki, X9 xx.xx.1929-сi ildə Bakı şəhərində anadan olmuşdur. - İş materiallarında olan İ-İE saylı 914628 saylı doğum haqqında şəhadətnaəmnin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-сı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası Quliyeva Ağсagül Əjdər qızı və atası X2r. Məhkəmə iclasına dəvət olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır. X5 atasıdır. Quliyev Mirzəqulu xx.xx.1993-cü il tarixdə ərizəçi ilə birlikdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Bu vaxta qədər atalarının ölüm haqqında şəhadətnamələrinin olmadığını bilmirdi atası Kürdəxana qəbirsanlığında dəfn olunmuşdur. Quliyeva Ağсagül Əjdər qızı isə onların anasıdır. Anaları isə xx.xx.1990-cı ildə həmin evdə vəfat etmişdir. Oda Kürdəxana qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Quliyeva Ağсagül Əjdər qızı onun qaynanası olmuşdur. O xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Qaynatsı isə X7 isə xx.xx.1993-cü ildə vəfat etmişdir. Onların hər ikisi Kürdəxana qəbirsanlığında dəfn edilmişlər. Yas mərasimini onlar vermişlər. Nə qaynatasının nədəki qaynanasının hər hansı bir ciddi xəstəliyi olmamışıdr. Məhkəmə iclasına dəvət olunmuş Şahid3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynıdır. Quliyeva Ağсagül Əjdər qızı onun qaynanası olmuşdur. O xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Qaynatsı isə X7 isə xx.xx.1993-cü ildə vəfat etmişdir. Onların hər ikisi Kürdəxana qəbirsanlığında dəfn edilmişlər. Onların hər hansı bir xəstəliyi olmamışdır. Sadəcə yaşlı adamlar idi Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ərizəçinin atasıdır. X4 xx.xx.1993-cü ildə yaşadığı evdə Bakı şəhərində vəfat etmişdir. X8 ərizəçinin anasıdır. X8 18 may 1990-cı il tarixdə yaşadığı evdə Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi atası və anası vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətəri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1927-ci il tarixdə doğulmuş X1 xx.xx.1993-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. xx.xx.1929-cu il tarixdə doğulmuş X6 xx.xx.1990-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4093/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4093/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver