Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4209/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlunun iştirakı ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, mediasiya prosesi (mediator X3) nəticəsində onunla Cavabdeh arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli 2021-004046 nömrəli barışıq sazişinin hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququnun təmin edilməsi hissəsində təsdiq edilməsi, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsaitin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Cavabdeh ilə 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 08 noyabr 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin nikahı 2021-ci ilin avqust ayında pozulmuşdur. Ərizəçi aralarında olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesindən keçərək mediator X2 iştirakı ilə, 19 oktyabr 2021-ci il tarixli, 2021-004046 nömrəli Barışıq Sazişi imzalamışlar. Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: Tərəflər razılaşırlar ki, hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə, anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin ediləcək. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil1 ərizənin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Maraqlı tərəf Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, ərizəni və barışıq sazişini nəzərdən keçirdərək hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli 2021-004046 nömrəli nömrəli Barışıq sazişindən görünür ki, tərəflər razılaşırlar ki, hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin ediləcək. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2653/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 atası Ərizəçi alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Sabunçu rayon icra şöbəsinin icra məmuru Məmmədova Səbirə, tələbkar Cavabdeh, borclu Ərizəçi və hal şahidi Aygün Vəliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Akta əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək iddiaçı Cavabdeh uşağı X4 ilə hər həftənin bazar günü saat 11:00 dan 15:00-dək sərbəst şəkildə görüş təyin edilmişdir. Qərarın icrası məqsədilə borclu barəsində axtarış qəbul edilmişdir. Borclu və uşaq şöbəyə gətirilmiş, tələbkar isə şöbəyə dəvət olunmuşdur. Görüş baş tutmuş, video çəkiliş aparılmış və heç bir insident yaşanmamışdır. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 19 oktyabr 2021-ci il tarixdə barışıq sazişi bağlanmasına baxmayaraq, hal-hazırda sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. 50.2-ci maddəsinə görə, valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən, valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında 19 oktyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə, Cavabdeh arasında bağlanılmış 19 oktyabr 2021-ci il tarixli barışıq sazişinin şərtləri təsdiq edilsin: Hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Ərizəçi, qızı X4 ilə anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin edilsin. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-4209/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4209/2025
19.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver