Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4439/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı "ASAN Xidmət" X6 qeyd edilməklə ölüm faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı "ASAN Xidmət" X6 qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək atası X3 20.05.2021-ci il tarixdə yaşadıqları ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X8 yaşadıqları ünvanda 20.05.2021ci il tarixdə vəfat etmişdir. Təcili tibbi yardıma mərhum atasının adına çağırış edilmiş, lakin həkim gələnə qədər atası vəfat etmişdir Atasının anidən ölümü onları mənəvi və psixioloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadları olmadığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamənin alınması üçün 4 saylı Bakı "ASAN Xidmət" X2 müraciət etsə də, Qeydiyyat Şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs 4 saylı Bakı "ASAN Xidmət" X6 məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə məktubla müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf 4 saylı Bakı "ASAN Xidmət" X1 nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi Bayandar oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli RPŞ tərəfindən 23.03.2006-cı il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 08.03.1928-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyası 12 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 20.05.2021-ci il tarixdə X3 adına çağırış daxil olmuş, çağırışı 12 saylı bölmənin təcili tibbi yardım birqadası yerinə yetirmiş və həkimə qədər ölüm, kişi cinsli meyid aşkar edilmişdir. Hazırda ərizəçi atası X420.05.2021-ci il tarixdə yaşadıqları ünvanda ölməsi faktının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı 4 saylı Bakı "ASAN Xidmət" X2 ərizə ilə müraciət etmişdir. 4 saylı Bakı "ASAN Xidmət" X6 tərəfindən ərizəçiyə ünvanlanmış 24.05.2021-ci il tarixli məktubla ölüm faktınının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı X4 ölməsi faktı ərizəçinin izahatı, Bakı şəhəri Təcili və X7 Stansiyası 12 saylı bölməsi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli arayışı ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 10.01.1953-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş X420.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X3 20.05.2021-ci il tarixdə yaşadıqları ünvanda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4439/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4439/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver