Məhkəmə qərarları › İş №2(008)-4454/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4454/2021

30.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4454/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun, Cavabdeh1 , Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “maneənin aradan qaldırılması və torpaq sahəsinin çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “maneənin aradan qaldırılması və torpaq sahəsinin çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X7, Həsən Əliyev küçəsi, 86 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh1 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması və mənim torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1988-ci ildə Ermənistan SSR-dən qaçqın kimi Azərbaycan SSR məskunlaşmışdır. Ailə tərkibinin sayının çox olması və yaşayış yerlərinin yaxşılaşdırması məqsədilə 2003-cü il tarixdə torpaq sahəsi ayrılması üçün Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə müraciət etmiş, müraciətinin nəticəsi kimi Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin 125/A saylı, 28 noyabr 2003-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi X7ndə Həsən Əliyev küçəsi, 86 ünvanda şəxsi ev tikmək üçün ona 600 kv.m torpaq sahəsi ayırmışdır. Bundan sonra, Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsi 27 noyabr 2006-cı il tarixli torpaq sahəsinin yerləşməsinə dair eskiz sxem verilmişdir. 2021-ci ilin əvvəlinə kimi o, istifadəsində olan torpağa qulluq etmiş, ağac əkmiş, torpaq vergisini ödəmiş və maddi imkanın düzələndən sonra müvafiq razılıqlar alıb fərdi yaşayış evi tikmək niyyətində olmuşdur. 2021-ci il tarixdə özünü Cavabdeh1 adlı şəxs kimi təqdim edən, hazırkı iş üzrə cavabdeh onun 2003-cü il tarixdən sahiblik və istifadə etdiyi torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmaqdadır. Cavabdeh1 mübahisə edilən torpaq sahəsinin cavabdehə Bələdiyyə tərəfindən 2007-ci il tarixdə satıldığı qeyd etsə də, o, həmin şəxsi mübahisə edilən torpaq sahəsində bircə dəfə görmüşdür. Hazırda Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etmiş və onun torpaq sahəsi üzərində istifadə və sahibliyinə maneə yaratmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X7, Həsən Əliyev küçəsi, 86 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh1 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması və mənim torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahis edilən torpaq sahəsi- Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi X7ndə Həsən Əliyev küçəsi, 86 ünvanında 600 kv.m torpaq sahəsi 2003-cü ilin 28 noyabr tarixində X1 əsasında hüquqlarını müdafiə etdiyim şəxsə şəxsi ev tikmək üçün ayırılmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-352/2012 saylı qərarı ilə də bu hal öz təsdiqini tapmışdır. Və bundan sonra iddiaçı vaxtı-vaxtında torpaq sahəsinə dair vergiləri ödəmişdir. Lakin buna baxmayarq cavabdehlər əlbir olub həmin torpaq sahəsini hansısa maraqlar müqabilində Cavabdeh1 verməyə çalışmışlar. Əgər cavabdehlərin qeyd etdiyi kimi Simuzər xanıma verilmiş sərəncam qanunsuz və əsassızdırsa nəyə göə Simuzər xanım torpaq vergisini ödədiyi zaman Balaxanı Bələdiyəsi bundan imtina etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxıxrılmasın xahiş etdi, Və eyni zamanda Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu izhatını diqqət edilməsini, cavabdeh və bələdiyyə işçiləri vəzifə səlahiyyətlərdən sui-istifadə və aşma halları mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tərkibinin əlamətləri aşkar olunduğu üçün bu barədə prokurora məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, o, 2007-ci ilin iyun ayında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində torpaq sahəsi almaq niyyətində olmuş, bu məqsəd ilə orada olan maklerlər (rieltorlar) ilə torpaq sahələri barədə maraqlanmış, torpaq sahəsinin onlarda satış qiyməti yüksək olduğu üçün Balaxanı Bələdiyyəsindən torpaq sahəsi almaq qərarına gəlmişdir. O, torpaq sahəsi almaq məqsədi ilə Balaxanı Bələdiyyəsinin sədri ilə görüşərək razılığa gəlmiş və torpağın satış qiymətini banka köçürməklə həmin qəsəbədən 600,0 kv.m torpaq sahəsi almışdır. Torpaq sahəsinin pulunu 2007-ci ilin iyun ayında ödəməsinə baxmayaraq, torpaq sahəsini vaxt olmadığı üçün həmin ilin dekabr ayında sənədləşdirmişdir. Bundan başqa, torpaq sahəsi Bələdiyyə əməkdaşları tərəfindən ona göstərilərkən həmin torpaq sahəsinə bitişik olan qonşu torpaq sahələri ilə maraqlanmış, qonşu torpaq sahələrin sahibləri ona bildirmişlər ki, ona verilən torpaq sahəsinin Simuzər xanım adlı sahibi vardır, bu məsələni Bələdiyyə sədrindən aydınlaşdırmaq istəyərkən, bələdiyyə sədri ona bildirmişdir ki, həmin xanımda olan torpağa dair bələdiyyə sənədləri saxtadır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, İddiaçı Hüseyn qızının adına olan 125 nömrəli 28 noyabr 2003-cü il tarixli sərəncamın, bələdiyyədə qeydiyyatı və hüquqi əsası yoxdur. Haradan, necə əldə edilməsi bələdiyyəyə məlum deyil. Sərəncama əlavə edilmiş 27 noyabr 2006-cı ıl tarixli, (protokol nömrəsi məlum deyil) cizgidə Balaxanı Bələdiyyəsinin torpaq komissiyasının sədrinin imzası yoxdur. 29 iyun 2001-ci il tarixli Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanununun 17-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqlardan istifadə pulludur. İddiaçı torpaq rüsumunu, bütün illər ərzində torpaq haqqını ödəməmişdir. Bundan başqa bələdiyyə torpaqları bardəd qərar Bələdiyyə sədrinin Sərancamı əsasında deyil bələdiyyənin ümümi yığıncağı əsasında Pratokul tərtib edilir və bunun əsasında isə Bələdiyyə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Digər cavabdeh və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyək bildirmişdir ki, vətəndaş İddiaçı adına Balaxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə hər hansı bir Sərancam və ya Qərar üçün əsas olmuş səndələr Balaxanı Bələdiyyəsinin arxivində aşkar olunmamışdır. Eyni zamnada bildirir ki, Balaxanı Bələdiyyəsi tərəfindən Sərancam, Qərar və icarə müqavilələri Milli Arxiv İdarəsinədə verilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir Cavabdeh1 Balaxanı Bələdiyyəsinin 14.12.2007-ci il taixli 554/07 saylı Qərarı əsasında fərdi yaşayış evinin tkintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış və bu torpaq sahəsinin müvafiq eksiz planı tərtib edilmişdir. Cavabdeh1 23.01.2008-ci ildə 1056 manat (qeyd edilən bələdiyyə qərarı əsasında) Balaxanı Bələdiyyəsinin bank hesabına birdəfəlik dövlət rüsumu ödəmişdir. Cavabdeh1 torpaq sahəsinin ayrılması 08.06.2007-ci il tarixli 13 saylı Balaxanı Bələdiyyəsi üzvülərinin iclas protokolunda öz əksini tapmışdır. Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü ehtimal olunan torpaq sahəsindən istifadəyə görə S.Abullayevanın adına tədiyyə bildirişinin verilməsi vəzifəsinin Balaxanı Bələdiyyəsinə həvalə edilməsi barədə iddiası əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 01.05.2012-ci il tarixli qərar qəbul etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli sərəncamından görünür ki, İddiaçı ərizə ilə Balaxanı Bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, Yeni Balaxanı yaşayış sahəsində yerləşən 600 kv.m torpaq sahəsindən istifadə etdiyinə görə torpaq vergisinə cəlb edilmə onun adına rəsmiləşdirilsin. Balaxanı qəsəbəsi, X7, H.Əliyev 86 ünvanında şəxsi mülk tikmək üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X3 Komissiyası tərəfindən İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmasına dair torpaq sahəsinin eskiz planı verilmiş lakin eksiz olanda imza yoxdur. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-352/2012 saylı, 01 may 2012-ci il tarixli qərarından görünür ki, torpaq sahəsindən istifadəyə görə qanunvericilik ilə müəyyən edilmiş vergi borcunun hansı üsulla ödənilməsi və tədiyyə bildirişinin İddiaçı təqdim edilməsi vəzifəsi Sabunçu rayon Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş materiallarında olan 06 fevral 2013-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Balaxanı Bələdiyyəsinin hesabına 125/A 28.11.2003-cü il tarixli sərancam əsasında 1480 manat torpaq vergisi ödənilmişdir. İş materiallarında olan 392 nömrəli 29.08.2019-cu il tarixli tədiyyə bildirişindən görünür ki, İddiaçı Balaxanı Bələdiyyəsi tərəfindən tədiyyə bildirişi təqdim edilmişdir. İş materiallarında olan 06 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Balaxanı Bələdiyyəsinin hesabına 3.60 manat torpaq vergisi ödənilmişdir. İş materiallarında olan Balaxanı Bələdiyyəsinin sədri V.M.Səlimovanın məktubundan görünür ki, Bakı şəhəri,Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 14.12.2007-ci il tarixli, 554-07 saylı Qərarı əsasında vətəndaş Cavabdeh1 alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış və bu barədə torpaq sahəsinin müvafiq eskiz planı tərtib edilmişdir. Vətəndaş Cavabdeh1 da 23.01.2008-ci il tarixində 1056 (bir min əlli altı) manat (qeyd edilən Bələdiyyə Qərarına əsasən) Balaxanı Bələdiyyəsinin bank hesabına köçürmüşdür. İş materiallarında olan 08.06.2007-ci il tarixli, 13 saylı Balaxanı Bələdiyyəsi üzvlərinin iclas protokolun görünür ki, Cavabdeh1 Balaxanı Bələdiyyəsi 600 kv.m torpaq sahəsi ayrılmısı gündəliyə daxil edimişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 24 dekabr 2007-ci il tarixli, 554/07 nömrəl qərarından görünür ki, Balaxanı Bələdiyyəsi fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqısatqı yolu ilə Cavabdeh1 ayrılmışdır. İş materiallarında olan X3 Komissiyası tərəfindən Cavabdeh1 600 kv.m torpaq sahəsi ayrılmasına dair eskiz planı verilmişdir. İş matriallarında olan 23.01.2008-ciil tarixli qəbzdən görünür ki, Cavabdeh1 1056 manat məbləğində Balaxanı Bələdiyyəsinin hesabına torpaq haqqı ödəmişdir. İş materiallarında olan Balaxanı Bələdiyyəsi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin 24.12.2007-ci il tarixli, (ərizənizdə 08.06.2007-ci il kimi göstərilmişdir) 554/07 saylı qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin digər şəxsə aid olub-olmamasının dmlaşdırılmasma köməklik göstərilməsi barədə Balaxanı Bələdiyyəsinə ünvanlanmış ərizəyə baxılmış, ərizədə qaldırılmış məsələ ilə bağlı müvafiq araşdırmalar aparılmış və Bələdiyyədə saxlanılan arxiv sənədlərinə əsasən fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Cavabdeh1 ayrılmış torpaq sahəsinin başqa bir şəxsə verilib-verilməməsi barədə isə arxiv nədlərində hər hansı bir məlumat aşkar olunmamışdır. Araşdırma zamanı o da, məlum olmuşdur ki, torpaq sahəsindən (Sizə ayrılmış torpaq sahəsi ilə üs-üstə düşdüyü ehtimal olunan) ifadəyə görə İddiaçı adına tədiyyə bildirişinin verilməsi vəzifəsinin Balaxanı Bələdiyyəsinə həvalə edilməsi barədə AR 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 01.05.2012-ci il tarixli Qərar qəbul edilmişdir. Bununla yanaşı bir daha qeyd edirik ki, İddiaçı adına Balaxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə hər hansı bir Sərəncam ya Qərar üçün əsas olmuş sənədlər Bələdiyyənin arxivində aşkar olunmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-153 saylı, 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Balaxanı bələdiyyəsinin Cavabdeh1 torpaq sahəsi ayrılması barədə 08.06.2007-ci il tarixli 13 saylı qərarının Ədliyyə Nazirliyinin X2 qeydiyyata alınıb-alınmaması və bələdiyyə qərarlarının hansı tarixdən etibarən Mərkəzdə qeydiyyata alındığı barədə məlumatın təqdim edilməsinə dair məktuba baxılmışdır. Bildirilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu 13.05.2003-cü il tarixdə qəbul olunmuş və həmin qanunun 6-cı maddəsinə əsasən mütləq təqdim olunmalı bələdiyyə aktları inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunur ki, Balaxanı bələdiyyəsinin 08.06.2007-ci il tarixli 13 nömrəli qərarı X2 aşkar edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-142 saylı, 19 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Balaxanı bələdiyyəsinin 28.11.2003-cü il taqrixli 125/A nömrəli və 24.12.2007-ci il tarixli 554/07 nömrəli qərarlarının X2 qeydiyyata alınıb-alınmaması barədə sorğunuza baxılaraq bildirilir ki, sorğuda göstərilən qərarlar X2 aşkar edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/5-216 saylı, 18.09.2021-ci il tarixli Vəkil2 ünvanlanmış məktubundan görünür ki, bələdiyyələr tərəfindən göndərilmiş ilk qərar (iclas protokolu) 2004-cü ilin may ayından qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 2.1-ci maddəsinə əsasən Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Balaxanı Bələdiyyəsinin 28.11.2003-cu il tarixli 125/A saylı sərəncam əsasında İddiaçı şəxsi mülk tikmək üçün ayrılmış torpaq sahəsi ilə Balaxanı Bələdiyyəsinin 24.12.2007-ci il tarixli 554/07 saylı qərarı əsasında Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılması nəzərdə tutulan torpaq sahəsi eynidir. Beləliklə, məlum olur ki, bir torpaq sahəsi ilə bağlı inzibati orqan iki fərqli inzibati akt qəbul etmişdir. Və hal-hazırda hər iki inizbati aktdan hansının qanunun tələblərinə uyğun olaraq qəbul edilməsi tərəflərin heç biri tərəfindən inzibati məhkəmədə mübahisləndirilməmiş və hər iki inzibati akt hüquqi qüvvəsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “maneənin aradan qaldırılması və torpaq sahəsinin çıxarılma” dair hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad qəbul edilməsinə dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdehlərin əməlində cinayət tərkibinin əlamətlərinə dəlalət edən kifəyyət qədər sübutlar olmadığından vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məslələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi X7, Həsən Əliyev küçəsi, 86 ünvanda yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh1 tərəfindən iddiaçının istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılaması, iddiaçının torpaq sahəsinə istifadə və sahiblik hüququnun bərpa olunması ” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar