Məhkəmə qərarları › İş №2(008)-4586/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4586/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4586/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı ildə anadan olmuş X2 xx.xx.2022-cu il tarixdə Bakı şəhərində vəfat etməsini hüquqi fakt kimi müəyyən edilməsi və ölüm haqqında şıhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2022-cu ildə birgə yaşadıqları Bakı şəhərindəki evdə qəfildən vəziyyəti pisləşmiş bu səbəblə X7 çağırmışdırlar. Lakin təcili tibbi yardım gələnədək artıq oğlu vəfat etmişdir və 6 saylı TTY stansiyasının həkim briqadası onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Qeyd etmişdir ki, oğlu ürək nahiyəsində olan ağrılardan şikayət edirdi, lakin səhlənkarlıq edib həkimə müraciət etmirdi. Ölüm haqqında tibbi şahadətnamənin alınması üçün qeydiyyatda olduqları 12 saylı şəhər polikilinikaslna müraciət etmiş, lakin oğlu polikilinikada qeydiyyatda olmadığına görə polikilinika onlara tibbi şəhadətnamı verməkdən imtina etmişdir .Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şahadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan XV-ЖГ seriyalı 403419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 oğlu xx.xx.1980-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası X1r. -Təcili və X3 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-cu il tarixdə çağırışa gələn zaman həmin ünvanda X4-ə məxsus meyid aşkar edilmişdir. - 12 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-cu ildə rəhmətə getmiş mərhum X6 ooğlunun ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid1 məhkəmədə ifadə verərək bildirdi ki, X4 onun qonşusu olmuşdur. O Bakı şəhərində Razində yaşayırdı. X4 xx.xx.2022-cu il tarixində yaşadığı Sabunçu rayonunda yerləşən evində vəfat etmişdir. Ölümü qəflətən olmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi və onun oğlu X4 qonşusu olmuşdur. Onlar stansiya Razin yaxınlığında həyat evlərində yaşayırlar. Cəmil xx.xx.2022-ci il tarixdə yaşadığı evdə qəflətən halı pisləşmiş və ölmüşdür. Onlar səsə gedərkən artıq Cəmil vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ərizəçinin oğludur. O, xx.xx.2022-cu ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi oğlu vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə həmin hissədə təmin edilməlidir. Bundan başqa tələbin ölüm haqqında şəhadətnamənin veilməsi hissəsinə münasibət bildirərk qeyd edir ki, ölüm haqqında şəhadətnamənin verilməsi inzibati orqanın səlahiyyətinə daxil olduğundan ərizə həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1980-cı il tarixdə doğulmuş X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar