Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4641/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/ÖM/11074 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli aktla özünəməşğulluq fəaliyyəti ilə məşğul olmaq üçün
1. BFE ESD- 8A. 1kameralı 4səviyyəli konveksiya bişirmə sobası :1 kameralı va 4 mərtəbəli, avadanlıq ölçüsü LxWxH(mm)835x575mm,220V/50Hz,tava miqdarı 4,tava ölçüsü:40smx60sm-1 ədəd; 2. EB-EB-1701X.Mikser:həcmi 7 litr, mühərrik surəti 1500- 2000 rpm,220V/50Hz,1,5KW-1 ədəd; 3.BFE WG-6D mayalanma kabinəsi:6 mərtəbəli,ölçüsü Lx GxH(mm)590x690x910mm, 220V/50Hz, güc 1,9kw,konteyner ölçüsü:40smx60smx5sm,əlavə-bir avadanlıq üçün 6 ədəd qab- 1 ədəd; 4.BFEW- 17B,kündə qabları ölçü 66smx40smx14sm,poliuretan material – 5 ədəd; 5.ASLANMAKiNA OTD. 18065.125.Vitrin soyuducu (soyuq displey):şüşə(ön tək qat şüşədir)2sıra şüşə+1 sıra paslanmayan polad, Aisi430,Güc- 220V/50Hz,ön və 2 yanı sinkləmniş təbəqə,enerji sərfiyyatı 1,5K Wh/24h, soyuducu qaz R134A,həcmi550L,temperatur diapazonu+4/+10C,kompressor gücü(Hp)-3/8(Marka-Embraqo, Kompressor Model-FFİ 12 HBK) Diksel Emko3712-1 ədəd; 6. SaintFire ZZDT-8,Elektron tərəzi:40kq-a qədər,LCD displey, dəmir korpus-1 ədəd; 7.ASLANMAKİNA VCT.10060.90.iş masası, aşağı rəfsiz,üst masa və ayaq materialı-paslanmayan polad,avadanlıq paneli materiali- xam MDF- 12mm,üst-material 0,8mm, 1000x600x900/60-1 ədəddən ibarət olan Un məmulatları istehsalı avadanlığının, habelə dövlət rüsumu kimi ödədiyi 100 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasandırılmışdır ki, adı çəkilən avadanlıqlar yararlı vəziyyətdə iddiaçıya təhvil verilsə də, evində yer olmadığı üçün həmin avadanlıqlar X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının əməkdaşı X3 iştirakı ilə qonşu olan Cavabdeh razılığı ilə müvəqqəti onun həyətinə yerləşdirilmişdir. Lakin bir müddət sonra iddiaçı avadanlıqları tələb etmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməklə avadanlıqları qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iş üzrə izahat verərək, qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 əməkdaşı Cəfərov Sənan tərəfindən 4 dəfə Cavabdeh məxsus həyətə baxış keçirilmişdir. Bununla bağlı X2 əməkdaşı Cəfərov Sənan tərəfindən müşahidə səfəri üzrə qeydlər tərtib edilmişdir, həmin qeydlərdə iddiaçının ərizəsində adı qeyd olunan avadanlıqların Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən həyətində yerləşdirildiyi təsdiqini tapmışdır. Bundan başqa həmən avadanlıqların Cavabdeh həyətinə yerləşdirilən zaman iddiaçının iş yoldaşı X5 da orda olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə izahat verərək qeyd etdi ki, bütün sənəd və sübutları məhkəməyə təqdim edərək iddia tələbinə etiraz edir. İddiaçı ilə öhdəlik münasibətinə girmədiyini bu tələbin yalan və böhtan olduğunu bildirdi. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanmış müqavilə ilə müvafiq olaraq xx.xx.2023cü il tarixində adları qeyd olunan müxtəlif avadanlıqlar alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə bağlanmış müqavilə əsasında özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktı ilə avadanlıqların ünvan 2 ünvanına çatdırılması qeyd edilmişdir. Hazırda iddiaçı X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən aldığı avadanlıqların cavabdehdən alınıb iddiaçıya verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edildiyi kimi, iddia faktiki olaraq ibarətdir: Alınan və cavabdehin evinə yerləşdirilən avadanlıqların qaytarılması. İddia tələbə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə cavabdeh arasında həmin əşyaların müvəqqəti yerləşdirilməsinə, o əşyaların sonradan iddiaçıya təhvil verilməsinə dair hər hansı bir razılaşma mövcud olmamışdır. Beləliklə iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmamışdır. Bundan başqa iddiaçı əşyaların cavabdehin həyətinə qoyulduğunu və bu halın watsap yazışmaları və şəkillərlə sübut olunduğunu bildirmiş və bu haqda yazışmaları və əşyaların görüntülərini özündə əks etdirən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, yazışmalardan tərəflərin kimliyi məhkəməyə məlum olmur, cavabdeh iddianı və bu halları etiraf etmir, bundan başqa fotoşəkillərdə əşya və avadanlıqlar görünür. Həmin şəkillərlə əşyaların cavabdehin ünvanında olması görünmür. Məhkəmə qeyd edir ki, əşyalar (əmlak) cavabdehin ünvanında olsa belə həmin əmlak cavabdeh tərəfindən təhvil alınmamış və bu haqda hər hansı bir sənəd mövcud deyil. Məşğulluq orqanından verilən əmlaka görə iddiaçı məsuliyyət daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslandırılması üçün məhkəməyə kifayət qədər və işin hallarını tam sübut edən dəlillər təqdim olunmadığından, iddia tələbi sübutların yetərsiz olması əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fuad Babaşov