Məhkəmə qərarları › İş №2(008)-4703/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4703/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4703/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla əri X6 «vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi əri X6 «vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.06.1968-ci il təvəllüdlü X6 20.05.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri 01.06.1968-ci il təvəllüdlü X13 20.05.2021-ci il tarixində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinizdə qəfildən vəziyyəti pisləşmiş və TTY-ın həkimləri gələnə qədər artıq yoldaşı vəfat etmişdir. Əri uzun müddət idi ki, ağ ciyər xəstəliklərindən əziyyət çəkirdi. Dəfələrlə xəstəxana və ev şəraitində müalicələr almışdı. Sonuncu dəfə onkoloji xəstəxanada müayinə zamanı ona ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. Bu barədə tibbi epiqrizləri və tibbi müayinə sənədlərini iddiaya əlavə edir. Vaxtında xəstə kimi qeydiyyata düşmək üçün poliklinikaya müraciət etmədiyindən əri barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmunun uyğun izahat verərək bildirdi ki, ölüm haqqında şəhadətnamə sanədlərin düzgün olması zərurətindən ona lazım olmuşdur. Ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X5 ifadəsində bildirmişdir ki, mərhum gəlinlərinin qardaşı olmuşdur. 1968-ci ildə doğlumuş, bu ilin 20 mayında ölmüşdür. Öləndə orada olmamışdır. Onkoloji xəstə olmuşdur, 7-8 ay müalicə almışdır. Zabrat qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid X7 ifadəsində bildirmişdir ki, mərhum X13 ilə qonşu olmuşlar. X13 6-7 ay olardı ki xəstə yatdığında, 20 may 2021-ci il tarixdə öz yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə ölmüşdür və Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, mərhum onun atasıdır. X1 01.06.1968-ci il tarixdə doğulduğunu, sona 6 ay xəstə olduğunu, yaşadaığı ünvan 1 ünvanında yerləşən mənzildə səhər saat 4-5 radələrində vəfat etdiyini və Zabrat qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Vİİ ЖГ seriyalı, 431949 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X4 ilə 16.02.2002-ci il tarixdə nikaha daxil olmuşlar. Ərə Rəhimov, arvada isə İskəndərova soyadı verilmişdir. -Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat bürosunun İ- ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 iyun 1968-ci ildə doğulmuş. X2, anası isə X3r. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 22 may 2021-ci il tarixli, 1217-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. «vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi» üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -16.05.2021-ci il tarixli Milli Onkoloji Mərkəzin İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin arayışına əsasən müəyyən olunur ki, X6 ağciyərində onkolji xəstəlik aşkar edilmişdir. -Bakı şəhəri Təcili və X18 Yardım stansiyası 12 saylı bölməsinin təcili tibbi yardım biriqadasının 20 may 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 20 may 2021-ci il tarixdə 07:09-da ünvan 3 ünvanında həkimə qədər kişi cinsli meyit aşkar olunmuşdur. -Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Baçşısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 24.05.2021-ci il tarixli, 1533 nömrəli arayışının surətindən görünür ki, X14 arvadı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Qafur Məmmədov küçəsində ölən günə qədər qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 01.06.1968-ci il tarixdə doğulmuş X6 20 may 2021ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətəri daxilində olduğundan ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 01.06.1968-ci il tarixdə doğulmuş X6 20.05.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsi. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar