Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4738/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında olan rəsmi nikahın pozulması zamanı “uşaqların atanın yanında qalması, ikinci tərəfdən aliment tələbinin olmaması, qarşılıqlı olaraq heç kimin əmlak tələbi olmaması, uşaqların ünsiyyət vaxtlarının müəyyənləşdirilməsi barədə” Bakı şəhər 8 saylı Mediasya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00221 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə rəsmi qaydada xx.xx.2011-ci il tarixdə Bakı Nikah Evi tərəfindən nikahı rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşayıblar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmağını sübut etmişdir. Onlar Ağdam rayonundan məcburi köçkün olaraq ünvan 1 ünvanında məskunlaşıblar. Uşaqlar da həmin ünvanda yaşayırlar. Cavabdehlə aralarında olan mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya Təşkilatına gələrək iddia tələbini tələbini qəbul etmiş: aralarında olan nikahın pozulmasına və birgə nikahdan doğulan uşaqların yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmasına razılıq vermişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə rəsmi qaydada xx.xx.2011-ci il tarixdə Bakı Nikah Evi tərəfindən bağlanmış № 1419 nikahın pozulmasına, birgə nikahdan doğulan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmasına dair qətnamə qət olunmasını xahiş etmişdir. Lakin Sabunçu Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(008)-2349/2024 nömrəli qərardad çıxararaq “birgə nikahdan doğulan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmasına” hissəsinə dair mübahisə mediasiyada öz həllini tapdığı üçün iddia ərizəsinin həmin hissəsinin icraatına xitam verilmişdir. Sabunçu Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(008)-2349/2024 nömrəli Qətnamə ilə cavabdehlə aralarında olan nikahın pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs barışıq sazişini qəbul etmişdir. Tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Əlimədədli ərazi nümayəndəliyi Ağdam rayonu tərəfindən verilmiş doğum aktında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən verilmiş doğum aktında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən edir ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir. Birinci tərəf olan Ərizəçi Maraqlı şəxs ilə aralarında olan nikahın pozulması zamanı birgə nikahdan doğulan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 birinci tərəfin, yəni atanın himayəsində qalır. Tərəflərin birgə nikahdan doğulan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək tərəflərin aliment tələbinin olmadığını təsdiq edir. Birinci tərəf olan Ərizəçi saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 (atanın iştirakı ilə) hər ay 4 dəfə olmaqla həftənin şənbə günləri saat 11:00-dan, saat 15:00dək ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Tərəflərin qarşılıqlı razılığına əsasən daşınar və daşınmaz əmlak xarakterli tələblərinin olmadığı təsdiq edilir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4738/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4738/2024
20.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver