Məhkəmə qərarları › İş №2(008)-5050/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5050/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5050/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24.06.1987-ci il təvəllüdlü oğlu X5 16.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini bununla əsaslandırmışdır ki, 24.06.1987-ci il təvəllüdlü oğlu X12 16.05.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etmişdir. Həmin vaxt çağırılmış Təcili və X4 Stansiyasının həkimləri gəldikdə oğlu artıq vəfat etmişdir. Həkim onlara yalnız müşayiət vərəqəsi vermişdir. Poliklinikda xəstəliklə bağlı qeydiyyatı olmadığından, oğlu barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. O, bu məqsədlə, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsindən tərəfindən ona oğlu X5 ölüm haqqında akt qeydi aşkar edilməməsi səbəbindən, məsələnin həllinin qeydiyyat şöbəsində mümkün omadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, o, ərizəçinin qonşusudur. 16.05.2021-ci il tarixdə ərizəçinin oğlu X7 işdən gəldikdən sonra həyətdə görümüşdür. Elə həmin gün də vəziyyəti pisləşdiyindən, təcili tibbi yardım xidmətinin həkimləri gəlib onu müayinə etmişlər. Müayinədən sonra həkimlər onun artıq keçindiyini, ölümün səbəbini qəfil ürək dayanması olduğunu bildirmişlər. Mərhum Maştağa qəsəbəsindəki Keçənlər qəbistanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçi onun qonşusudur. 16.05.2021-ci il tarixdə, təxminən axşam saat 6-7-dən sonra həyətlərində təcili tibbi yardım maşınının olduğunu görmüşdür. Yaxınlaşıb nə baş verdiyini aydınlaşdırmaq istəyəndə, həkim ona X5 ürək tutmasından qəfil keçindiyini bildirmişdir. Mərhum Maştağa qəsəbəsindəki Keçənlər qəbistanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, o, ərizəçinin qonşusudur. 16.05.2021-ci il tarixdə axşam saatlarında ağlaşma səsi gəldiyindən ərizəçinin yaşadığı mənzilə yaxınlaşmışdır. Mənzilə daxil olduqda, X5 bihuş halda uzandığını görmüşdür. Təcili tibbi yardım xidmətinin həkimləri gəldikdə onun artıq keçindiyini bildirmişlər. Mərhum 17.05.2021-ci il tarixdə Maştağa qəsəbəsindəki Keçənlər qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri X8 tərəfindən verilmiş 1397-05/15 saylı, 10.06.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, ərizəçi R.N.Qasımovun ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Təcili və X4 Stansiyasının 14 saylı yardım stansiyası tərəfindən verilmiş müşayiət vərəqəsindən görünür ki, 16.05.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə X5 meyiti aşkar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X12 24.06.1987-ci il tarixdə Kalinin rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 24.06.1987-ci il tarixdə Kalinin rayonunda anadan olmuş, atası X13, anası Ərizəçidır. İş materiallarında olan Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 528 saylı, 14.06.2021-ci il tarixli arayışdan görünür ki, X12 16.05.2021-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsindəki Keçənlər qəbistanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzardaşının fotoşəkli ilə də 24.06.1987-ci il təvəllüdlü X1 16.05.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi oğlu 24.06.1987-ci il təvəllüdlü oğlu X12 16.05.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı mənzildə ürək çatışmazılığından vəfat etmişdir. Ona görə də, onun 16.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.06.1987-ci il təvəllüdlü X5 16.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar