Məhkəmə qərarları › İş №2(008)-5162/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5162/2022

13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5162/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü mərhum həyat yoldaşı X2 03 iyun 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, D.Kişvəri küçəsində yerləşən fərdi yaşayış evində ev şəraitində səhhətində olan xəstəliyi səbəbindən ölməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1968-ci il tarixində Gədəbəy rayonu, Göyəlli kəndində doğulmuş və hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, D.Kişvəri küçəsində olan fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Mərhum onun həyat yoldaşıdır. Mərhum həyat yoldaşı X7 xx.xx.1961-ci il tarixində Gədəbəy rayonu, Göyəlli kəndində doğulmuşdur. Mərhum həyat yoldaşı X7 03 iyun 2022-ci il tarixində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, D.Kişvəri küçəsində olan fərdi yaşayış evində ev şəraitində səhhətində olan xəstəliyi səbəbindən vəfat etmişdir. Hətta həkim çağırmış və onlar gələnə kimi vəfat etdi. Onu da qeyd edir ki, mərhum həyat yoldaşı X5 04 iyun 2022-ci il tarixində qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Sabunu rayon Zabrat qəbirstanlığında dəfn etmişdir. Bir müddət sonra o, mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət gördülər. Hətta bundan əlavə olaraq şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 nömrəli şəhər poloklinikasına da rəsmi müraciət etmişdir. Lakin onlarda şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirdilər. O isə bu səbəbdən mərhum həyat yoldaşı X2 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan İİİ-ЖГ seriyalı 475910 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 ilə 29 yanvar 1987-ci ildə nikaha daxil olmuşlar. Nikah aktı qeydi 01 nömrəsi ilə qeyd edilmişdir. -Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-cu il tarixdə çağırışa gələn zaman həmin ünvanda X6 məxsus meyid aşkar edilmişdir. - 12 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1961-ci ildə rəhmətə getmiş mərhum X2 ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid1 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun qaynanasıdır. X7 03 iyun 2022-ci il tarixdə beynində şiş olduğundan Sabunçu rayonunda yerləşən evdə ölmüşdür. Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X9 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəç onun anasıdır. X1 03 iyun 2022-ci il tarixdə beynində şiş olduğundan Sabunçu rayonunda yerləşən evdə ölmüşdür. Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 ərizəçinin əridir. O, xx.xx.2022-cu ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi oğlu vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə doğulmuş X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar