Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5590/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi, X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi 09.02.1929-cu il təvəllüdlü X4 23.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, nənəsi 09.02.1929-cu il təvəllüdlü X9 23.06.2021-ci il tarixdə 92 yaşında yaşadığı ünvan 1 ünvanında vəfat etmiş, Sabunçu qəsəbəsində yerləşən rus qəbiristanlığında dəfn edilmişdir. Nənəsi xroniki ürək çatışmazlığı və hipertoniya xəstəliyindən əziyyət çəkmişdir. Bununla əlaqədar, xəstəxana şəraitində müalicə olunmuşdur. Nənəsinin vəziyyəti pisləşən zaman Təcili və X11 xidmətinə çağırış etsələr də, həkimlər gələnədək nənəsi keçinmişdir. Nənəsinin ölümü haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbədən ona imtina cavabı verilmişdir. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, ərizəçi onun qızı, mərhum X9 isə, qayınanası olmuşdur. Qızı həmin nənəsi ilə qonşuluqda yaşamışdır. Mərhum uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkmiş, 23.06.2021-ci il tarixdə axşam saatlarında isə, yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt orada olmuş, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, 2011-ci ildən ərizəçi ilə yaxın rəfiqədir. Ərizəçinin nənəsi X9 23.06.2021-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evdə vəfat etmişdir. O, özü həmin vaxt işdə olmuş, ölüm xəbərini eşidib onlara getmişdir. Mərhum ertəsi gün Sabunçu qəsəbəsində yerləşən rus qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 1546-05/15 saylı, 25.06.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Təcili və X11 Stansiyasının 12 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında 23.06.2021-ci il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, 23.06.2021-ci il tarixdə, saat 16:55-də ünvan 3 ünvanında X4 meyiti aşkar edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası qrafasında X3, anası qrafasında isə X8 yazılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 anası X5. İş materiallarında olan 02.08.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 29.07.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZE 02063749 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 09.02.1929-cu il tarixdə Saratov vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan 3 saylı X6 şöbəsinin 91 saylı epikrizdən görünür ki, X9 ÜİX Stabil gərginlik stenokardiyası diaqnozu ilə müalicə olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi 09.02.1929-cu il təvəllüdlü nənəsi X9 23.06.2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 09.02.1929-cu il təvəllüdlü X4 23.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.02.1929-cu il təvəllüdlü X4 23.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5590/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5590/2021
08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver