Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5654/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22.05.1992-ci il təvəllüdlü X1nun 02.05.1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, 08.05.1990-cı il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və Bakı şəhərinə köçmüşdür. Birgə nikahlarından 22.05.1992-ci il tarixdə X6 doğulmuşdur. X1 02.05.1993-cü il tarixdə vəfat etmiş və qohumları ilə birgə onu Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hal-hazırda doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasındakı torpaq sahəsini bağışlamaq istəyir. Bu səbəbdən, oğlunun ölüm faktının müəyyən edilməsi zəruridir. Qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır, birgə nikahlarından 22.05.1992-ci il tarixdə X6 doğulmuşdur. Uşaq doğulandan bərk soyuqlamış, müalicə etdirsələr də, nəticəsi olmamış, 02.05.1993-cü il tarixdə yaşadıqları Bakıxanov qəsəbəsindəki evdə vəfat etmişdir. Həmin vaxt onu Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etsələr də, hazırda onun məzarının yeri bəlli deyil. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, ərizəçinin həyat yoldaşının xalasının qızıdır. Ərizəçi ilə xalasıqızı X3 birgə nikahından 22.05.1992-ci il tarixdə X6 doğulsa da, bərk soyuqladığından, körpə ikən, yəni təxminən bir yaşında vəfat etmişdir. Onu Bakıxanov qəsəbəsində yerləşən uşaq qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, ərizəçi onun bacısının həyat yoldaşıdır. Ərizəçi ilə bacısı X3 birgə nikahından 22.05.1992-ci il tarixdə X6 doğulmuşdur. Lakin uşaq doğulduğu vaxtdan xəstə olmuş, müalicə nəticə verməmiş, körpə təxminən bir yaşında vəfat etmişdir. Onu Bakıxanov qəsəbəsində yerləşən uşaq qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1576-05/15 saylı, 01.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 08.05.1990-cı il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 08.05.1990-cı il tarixdə 14 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 birgə nikahından 22.05.1992-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1224 saylı, 01.07.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X8 vəfat edən vaxtadək ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi 22.05.1992-ci il təvəllüdlü X1 doğulduqdan təxminən bir il sonra 02.05.1993-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Hal-hazırda ərizəçi Naxçıvan Muxtar Respublikasındakı torpaq sahəsini bağışlamaq istəyir və müvafiq sənədləşmə işləri ilə əlaqədar, mərhum X1nun ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 22.05.1992-ci il təvəllüdlü X2 02.05.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.05.1992-ci il təvəllüdlü X2 02.05.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5654/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5654/2021
13.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver