Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5735/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Cəfərova X5 Sakit Abit oğlu maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, birinci tərəf olduğu (Ərizəçi) ilə ikinci tərəf olan Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2024-01327 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir: Saziş imzalandıqdan sonra ikinci tərəfin birgə ailə münasibətlərindən olan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 birinci tərəfin (ananın) himayəsində qalmasına razı olması; Saziş imzalandıqdan sonra ikinci tərəfin birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ayın 1-dən növbəti ayın 20-dək hər uşağa hər ay 100 AZN olmaqla, cəmi 200 AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razı olması və aliment məbləğini ikinci tərəfə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə ikinci tərəfin bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razı olması. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2018-ci ildə ailə münasibətlərinə daxil olmuşdur. Rəsmi nikahları olmayıb. Birgə ailə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 adını verdikləri övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaları qeyri-mümkündür. Hal-hazırda münasibətləri formal xarakter daşıyır, onunla bir ünvanda yaşamır. Odur ki, alimentin tutulması və uşaqların onun himayəsində qalması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etməli olmuşdur. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında onunla maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən aşağıdakı məzmunda barışıq sazişi imzalanmışdır: Saziş imzalandıqdan sonra ikinci tərəfin birgə ailə münasibətlərindən olan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 birinci tərəfin (ananın) himayəsində qalmasına razı olması; Saziş imzalandıqdan sonra ikinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ayın 1-dən növbəti ayın 20-dək hər uşağa hər ay 100 AZN olmaqla, cəmi 200 AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razı olması və aliment məbləğini ikinci tərəfə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə ikinci tərəfin bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razılığa gəlmişlər. Göründüyü kimi, aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş olsa da, saziş maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmir. Belə ki, sazişin bağlanmasından 47 gündən də çox müddət keçməsinə baxmayaraq, maraqlı şəxs alimenti vermir və verməyəcəyini bildirir. Bu səbəbdən də sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirmişdir ki, saziş 7 gün gecikmə ilə də olsa onun tərəfindən könüllü qaydada icra edilmişdir. İcradan yayınmır. İlk ayın aliment məbləğini uşaqla görüşməyə gedəndə ərizəçiyə əlbəəl vermişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş 670 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür, uşaqları X4 və X6 ilə birlikdə Sabunçu rayonu Pirşağı qəsəbəsi Gilavar sanatoriyasında müvəqqəti məskunlaşmışdır. - AA seriyalı 324361 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. - AZ-İV seriyalı 344667 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - AZ-İV seriyalı 652426 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01327 №-li barışıq sazişinə əsasən:
1. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən növbəti ayın 20-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşaq üçün 100 (bir yüz) AZN olmaqla, ümumilikdə 200 (iki yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır.
3. Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.
1. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən növbəti ayın 20-dək hər uşaq üçün 100 (bir yüz) AZN olmaqla, 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
3. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi üzrə xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01327 №-li barışıq sazişi aşağıdakı kimi təsdiq edilməlidir:
1. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən növbəti ayın 20-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşaq üçün 100 (bir yüz) AZN olmaqla, ümumilikdə 200 (iki yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır.
3. Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.
1. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən növbəti ayın 20-dək hər uşaq üçün 100 (bir yüz) AZN olmaqla, 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
3. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Qeyd olunan barışıq sazişində “ikinci tərəfin bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razı olması” müddəası nəzərdə tutulmadığından, həmin hissədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan, Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01327 №-li barışıq sazişi aşağıdakı kimi təsdiq edilsin:
1. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən növbəti ayın 20-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşaq üçün 100 (bir yüz) AZN olmaqla, ümumilikdə 200 (iki yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır.
3. Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.
1. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən növbəti ayın 20-dək hər uşaq üçün 100 (bir yüz) AZN olmaqla, 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
3. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Ərizə qalan hissədə təmin edilməsin. Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova