Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5880/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə arasında bağlanmış MŞB/8/2025-01283 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə bağladığımış MŞB/8/2025-01283 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində **********0 qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixili Çıxarışa əsasən mülkiyyətində olan Baki şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 məhəllə ev 4. mənzil 63 (yeni qaydalarla: AZ 1040, Baki şəhəri, Sabunçu rayonu, ünvan 1 notariat qaydada 10(on) gün ərzində onun adına rəsmləşdirəcəyinə (mülkiyyətinə keçiriləcəyinə) dair, həmçinin həmin daşınmaz əmlakla bağlı ona qarşı heç bir iddia və tələblərdə çıxış etməyəcəyinə, o, cümlədən mülkiyyətində olan mənzil 63 (yeni qaydalarla: AZ 1040, Baki şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından aidiyyəti üzrə DİN orqanlarına müraciət etməklə mübahisəsiz qaydada 10 (on) gün müddətində könüllü şəkildə çıxacağına dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin şəxs X5 üzərinə götürdüyü öhtəliyi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməmələrin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçi ilə Maraqlı şəxs arasında 8 saylı Mediyasiya Təşkilatında bağlanmış MŞB/8/2025-01283 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Birinci tərəf: X1 imzalamaqla İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri və İkinci tərəf: Maraqlı şəxs xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il qeydiyyat tarixli) Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, mənzil 63 (yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu,Sabunçu qəsəbəsi,Yavər Əliyev küçəsi,28,M7,m 9) mənzilin notarial qaydada 10 (on) gün ərzində onun Birinci tərəf: Ərizəçi adına rəsmiləşdirəcəyinə (mülkiyyətinə keçirəcəyinə) dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu daşınmaz əmlakla bağlı İkinci tərəf: Maraqlı şəxs ona qarşı heç-bir iddia və tələblərdə çıxış etməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: İsayeva X3 imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri və İkinci tərəf: Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, mənzil 63 (yeni qaydalarla: AZ1040, ünvan 2 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından aidiyyəti DİN orqanına müraciət etməklə, mübahisəsiz qaydada 10 (on) gün müddətində könüllü şəkildə çıxacağına dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Azərbayacn Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, 63 (yeni qaydalarla: AZ1040, ünvan 2 nömrəli mənzilin mülkiyyətçisi Maraqlı şəxsdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasənuşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-ci maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 8 saylı Mediyasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01283 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Birinci tərəf: X1 imzalamaqla İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri və İkinci tərəf: Maraqlı şəxs xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il qeydiyyat tarixli) Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, mənzil 63 (yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu,Sabunçu qəsəbəsi,Yavər Əliyev küçəsi,28,M7,m 9) mənzilin notarial qaydada 10 (on) gün ərzində onun Birinci tərəf: Ərizəçi adına rəsmiləşdirəcəyinə (mülkiyyətinə keçirəcəyinə) dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu daşınmaz əmlakla bağlı İkinci tərəf: Maraqlı şəxs ona qarşı heç-bir iddia və tələblərdə çıxış etməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. Birinci tərəf: İsayeva X3 imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri və İkinci tərəf: Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 5, mənzil 63 (yeni qaydalarla: AZ1040, ünvan 2 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından aidiyyəti DİN orqanına müraciət etməklə, mübahisəsiz qaydada 10 (on) gün müddətində könüllü şəkildə çıxacağına dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır.
Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli