Məhkəmə qərarları › İş №2(008)-5960/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5960/2024

27.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5960/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilərək, birinci tərəf olduğu Ərizəçi ilə ikinci tərəf olan Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2024-00923 xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi: Birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 ananın yanında qalmasına cavabdehin razı olması, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay uşağa 500 manat olmaqla, cəmi 1000 manat alimentin iddiaçıya ödənilməsi ilə bağlı razı olması, xx.xx.2018ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 ata ilə xx.xx.2024-cü ildən etibarən ayda 8 dəfə olmaqla şənbə və bazar günləri (gecə qalmamaq şərti ilə), (uşağın mənafeyi nəzərə alınmaqla) istənilən vaxt ünsiyyətdə olmasına dair tərəfindən şəraiti yaradacağına dair öhdəlik götürərək razı olmasınin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adını verdiyi övladları anadan olmuşdur. İlk vaxtlardan münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmışdır. Bir ailə kimi yaşamağı qeyri-mümkündür. Nikah formal xarakter daşıyırdı və ailənin bərpası mümkün deyildi. Belə ki, aralarında nikahın pozulması üçün ciddi əsaslar mövcud idi. Bununla bağlı qanunvericiliyin tələblərinə görə ilk öncə 8 saylı Mediasiya Təşkilatına nikahın pozulması, övladın ananın himayəsinə verilməsi və aliment ilə bağlı müraciət etmişdir. Bakı Şəhəri 8 saylı Mediasiya Təşkilatı maraqlı şəxs arasında xx.xx.2024-cü ildə aşağıdakı məzmunda barışıq sazişi imzalanmışdır: Birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 ananın yanında qalmasına cavabdehin razı olması, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay uşağa 500 manat olmaqla, cəmi 1000 manat alimentin iddiaçıya ödənilməsi ilə bağlı razı olması, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 ata ilə xx.xx.2024-cü ildən etibarən ayda 8 dəfə olmaqla şənbə və bazar günləri (gecə qalmamaq şərti ilə), (uşağın mənafeyi nəzərə alınmaqla) istənilən vaxt ünsiyyətdə olmasına dair tərəfindən şəraiti yaradacağına dair öhdəlik götürərək razı olması. Odur ki, həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə edərək, cavabdeh tərəfindən alimentin ödənilmədiyini qeyd etmiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, "Birinci tərəf" – Ərizəçi və "İkinci tərəf" – Maraqlı şəxs mediator X1 iştirakı ilə aşağıdakı şərtlər barədə bu sazişi imzalamışlar: -Birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 ananın yanında qalmasına cavabdehin razı olması, -Birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay uşağa 500 manat olmaqla, cəmi 1000 manat alimentin iddiaçıya ödənilməsi ilə bağlı razı olması, -xx.xx.2018ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 ata ilə xx.xx.2024-cü ildən etibarən ayda 8 dəfə olmaqla şənbə və bazar günləri (gecə qalmamaq şərti ilə), (uşağın mənafeyi nəzərə alınmaqla) istənilən vaxt ünsiyyətdə olmasına dair tərəfindən şəraiti yaradacağına dair öhdəlik götürərək razı olması. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-4338/2024 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs arasında Bakı Şəhəri 4 saylı "ASAN xidmət" X3 835 nömrəli akt qeydi ilə xx.xx.2018ci ildə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, hazırda təsdiq edilməsi xahiş edilən xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən ərizəçi bildirdi ki, barışıq sazişi sadəcə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay uşağa 500 manat olmaqla, cəmi 1000 manat alimentin iddiaçıya ödənilməsi ilə bağlı razı olması hissəsində şərtləri pozulur. Digər şərtlərlə bağlı mübahisə mövcud olmadığından, ərizə qismən təmin edilməlidir. Məhkəmə barışıq sazişinin nikahın pozulması hissəsində təsdiqinə münasibət bildirərək qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4338/2024 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulması icra edilmişdir və onların birgə nikahından olan övladları da sazişə uyğun olaraq ananın himayəsindədirlər. Belə olan halda isə bu hissədə barışıq sazişinin təsdiq edilməsinə lüzum qalmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı məzmunda olan hissəsi təsdiq edilməlidir: - Birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay uşağa 500 manat olmaqla, cəmi 1000 manat alimentin iddiaçıya ödənilməsi ilə bağlı razı olması. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi “birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən etibarən hər ay uşağa 500 manat olmaqla, cəmi 1000 manat alimentin iddiaçıya ödənilməsi ilə bağlı razı olması” hissəsində təsdiq olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar