Məhkəmə qərarları › İş №2(008)-5968/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5968/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5968/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə (maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi) ilə məhkəməyə müraciət edərək, atası X3 04.04.2021-ci il tarixdə Bakı şəhərində Koronavirus (“COVİD-19”) xəstəliyindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, mərhum atası X6 04.04.2021-ci il tarixdə yaşadıqları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində Koronavirus (“COVİD-19”) xəstəliyindən vəfat etmişdir. Həkim çağırsalar da, onlar gələnəd’k atası keçinmişdir. Mərhum atası 05.04.2021ci il tarixdə Abşeron rayon qəbiristanlığında dəfn edilmişdir. Bir müddət sonra atasının ölümü haqqında şəhadətnaməni almaq üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və ona imtina cavabı verilmiş, həmçinin 12 nömrəli şəhər poloklinikasınada rəsmi müraciət etmişdir. Lakin oradan da şəhadətnamənin verilməsi mümkünsüz hesab edilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, o, ərizəçinin qohumudur. Ərizəçinin atası X6 insult xəstəsi olmuşdur. 04.04.2021-ci il tarixdə Sabunçu qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Mərhum Müşfiqabad qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 oğlu bildirdi ki, ərizəçi ilə qonşudur. 04.04.2021-ci il tarixdə axşam saatlarında ona qonşusu X3 vəfat etdiyi bildirilmişdir. Mərhum Müşfiqabad qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, ərizəçi onun iş yoldaşıdır. Ərizəçi gecə saatlarında ona zəng edərək, atası vəfat etdiyindən, işə gələ bilməyəcəyini bildirmişdir. Səhər açılanda Elşəngilə getmiş, dəfn mərasimində iştirak etmişdir. Mərhum Müşfiqabad qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 07.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 nömrəli Şəhər Poliklinikasının 16.05.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, 12.05.1964-cü il təvəllüdlü X7 həmin poliklinikada qeydiyyatda olmadığı üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan Təcili və X10 Stansiyasının 12 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 04.04.2021-ci il tarixdə, saat 22:16 dəqiqədə ünvan 1 ünvanında X4 meyiti aşkar edilmişdir. İş materallarında olan Sabunçu RİHB Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1248 saylı, 21.05.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsində özbaşına tikilidə qeydiyyatsız yaşayır. X1 vəfat edənə kimi həmin ünvanda qeydiyyatsız yaşamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuş, atası X7, anası X5r. İş materiallarında olan AZE seriyalı, 16891034 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 12.05.1964-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş məzardaşının fotoşəkilləri ilə də 12.05.1964-cü il təvəllüdlü X4 vəfat etdiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş 06.04.2021-ci il tarixli SMS-xəbərdarlıqdan çıxarışdan müəyyən olunur ki, X2 05.04.2021-ci il tarixdə götürülmüş “COVİD-19” xəstəliyi ilə bağlı testin nəticəsi pozitiv çıxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi atası X6 04.04.2021-ci il tarixdə Bakı şəhərində Koronavirus (“COVİD-19”) xəstəliyindən vəfat etmişdir. Mərhum müvafiq poliklinikada qeydiyyatda olmadığı üçün ölümü haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 12.05.1964-cü il təvəllüdlü X4 04.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.05.1964-cü il təvəllüdlü X4 04.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar