Məhkəmə qərarları › İş №2(008)-6001/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6001/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6001/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla 04.02.1951-ci ildə Bakı şəhərində doğulmuş X1 05.06.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04.02.1951-ci ildə Bakı şəhərində doğulmuş X1 05.06.2021ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 04.02.1951-ci il təvəllüdlü X2 05 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Qanunvericilikdə müəyyən olunmuş müddəti buraxdıqları üçün ərazi poliklinikası ona mərhumun ölümü ilə bağlı tibbi arayışı verməkdən imtina etmişdir. Ona görə də, mərhumun ölümünün qeydə alınması xahişi ilə o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, həkim ölüm şəhadətnaməsinin olmaması səbəbindən şöbə mərhumun ölümünü qeydə almaqdan imtina etmişdir. Bu səbəbdən, mərhumun ölüm faktının məhkəmə qaydasında tanınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid Səlimov Gasan ifadəsində bildirmişdir ki, X2 onun qaynatasıdır. X2 ürək əməliyyatı keçirmiş, həmçinin onkoloji xəstəliydən əziyyət çəkmiş, xəstə olduğu müddət ərzində onlarla birlikdə yaşamışdır. 05.06.2021-ci il tarixdə evdə səs-küy olduğu üçün yuxudan oyanmış, qaynatası X1 öldüyü ona bildirilmişdir. Daha sonra X2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbiristanlığda dəfn edilmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, Səlimov Gasan onun dostudur. O, Gasanla telefon vasitəsi ilə danışdığı zaman Gasan ona qaynatasının öldüyünü bildirmişdir. O, X1 dəfn mərasimdə iştirak etməsə də, Sabunçu rayonunda keçirilən yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - AZE seriyalı, 04195654 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 04 fevral 1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanı qeyd edilmişdir. -Bakı şəhəri Təcili və X10 Yardın stansiyası 06 saylı bölməsinin təcili tibbi yardım biriqadasının 05 iyun 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 05 iyun 2021-ci il tarixdə, saat 09:27-də ünvan 3 ünvanında həkiməqədər kişi cinsli meyit aşkar olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi etibarnaməsinə əsasan X5 ünvanladığı 03 iyul 2021-ci il tarixli 1592-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Bakı şəhəri Nizami rayon prokurorluğunun 23 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 05 iyun 2021-ci il tarixdə, saat 09 radələrində ünvan 3 ünvanında ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2289 nömrəli, 15 iyul 2021-ci il tarixli arayışından görünür ki, X2 05 iyun 2021-ci il tarixdə Saray qəsəbə qəbirstanlığında dəfn edilmişdir. - İş materiallarına əlavə edilmiş qəbir daşının fotosundan görünür ki, X2 04.02.1951ci il tarixdə doğulmuş, 05.06.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 04.02.1951-ci il tarixində Bakı şəhərində doğulmuş X1 05.06.2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.02.1951-ci ildə Bakı şəhərində doğulmuş X1 05.06.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar