Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6128/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək 1892-ci ildə doğulmuş babası X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır və həmin evdə ailəsi ilə birlikdə yaşıyır. 1892-ci il təvəllüdlü mərhum babası X3 xx.xx.1968-ci il tarixində Sabunçu Rayonu, Bilgəh qəsəbəsində vəfat etmişdir. Halhazırda yaşadıqları ev mərhum babası X1 adınadır. xx.xx.1937-ci il təvəllüdlü mərhum atası X7 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bundan sonra babasının adında qalan evə dair vərəsəlik üçün notariat ofosinə müraciət etmiş, lakin babası X1 ölüm haqqında şəhadətnaməsini tapa bilməmiş, bunun üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamə tapa bilinməmiş və məhkəməyə müraciət etməli olduğu bilıdirilmişdir. Babası X3 xx.xx.1968-ci il tarixində Sabunçu Rayonu, Bilgəh qəbirsanlığında basdırılmışdır. Bu barədə Bilgəh qəbirdsanlığından arayış almışdır. Həmçinin Sabunçu rayonu, Bilgəh Sağlamlıq mərkəzindən heç bir məlumatın olmaması səbəbindən həkim tibbi şəhadətnaməsi verməmişdir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmış, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsiin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, babasının ölüm faktının müəyyən edilməsi babasından qalan əmlakı öz adına keçirilməsi üçün lazımdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AZE № 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və İV-JQ № 458076 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası X7, anası X10r, o, ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Arxifvi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1937-ci il tarixdə doğulmuş X4 (ərizəçinin atası) atası 1892ci ildə doğulmuş Əliyev Əlipulat, anası 1900-cu ildə doğulmuş X2r. AZ-İİ № 358108 ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin atası X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Sabunçu rayonu, Bilgəh Sağlamlıq mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, heç bir sənəd aşkar olunmadığından X1 xx.xx.1968-ci il tarixdə ölməsi barədə tibbi şəhaədtnamənin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bilgən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.1968ci il tarixində ölmüş və Sabunçu rayonu, Bilgəh qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahidlər xx.xx.1950-ci il tarixdə doğulmuş X6 (mərhumun gəlini), xx.xx.1953-cü il tarixdə doğulmuş X15 (mərhumun qohumu) X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq etdilər. Ərizəçinin qeydiyyatda olduğu ünvan 1 ünvanındakı evə dair texniki pasport X1 adına verilmişdir. Hazırda ərizəçi 1892-ci ildə doğulmuş babası X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisəloğlu tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1892-ci ildə doğulmuş X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6128/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6128/2023
02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver