Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6228/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı Sadı̇ qov Nı̇ yaməddin Məmmədəlı̇ oğlunun və onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı X11 cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7maqla "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı və əmək haqqının ödənilməsini, mediasiya xərclərinə görə 60 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilən 300 manat məbləğlərin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7maqla "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı və əmək haqqının ödənilməsini, mediasiya xərclərinə görə 60 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilən 300 manat məbləğlərin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikasının, Sədərək (Şərur) rayonunda doğulmuş, orta təhsillidir. 2019-cu ildən "xxxx" MMC-də anbardar vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. xx.xx.2024cü ildə (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Fuad Seyfullayev onu və MMC-də hüquqşünas işləyən X8 çağırıb bildirmişdir ki, hazırki MMC-nin digər təsisçi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlar. Özü isə "xxxx" Şirkəti açır. Buna görə də onların xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını istəmiş və onları xx.xx.2024-cü ildən yeni açılacaq "xxxx" Şirkətinə işə götürəcəklərini demişdir. Onlar direktorun sözlərinə inandıqları üçün onun dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmin gün xx.xx.2024-cü ildən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMCnin HR işləri ilə məşğul olan Hilalə xanımın işçisi Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar xx.xx.2024-cü ildə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Fuad Seyfullayevin özünə göndərmişlər. X16 məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, məktubun alınmasından imtina edilmişdir. Hətta cavabdehə kollektiv müraciət ünvanlayaraq, işdən çıxarılmağının Əmək Qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. F.Seyfullayevin xx.xx.2024-cü il tarixli əmri ilə o, işdən azad edilmişdir. Həmin əmr bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir. İşdən çıxarılmağı qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, təsisçi yeni şirkət açdığını, orada iddiaçını işə qəbul edəcəyini, ona görə də iddiaçıya işdən çıxma ərizəsi yazmasını söyləmişdir. İddiaçı bu halın yalan olduğunu gördükdən sonra dərhal işdən çıxma ərizəsinin geri götürülməsi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.4-cü maddəsinin pozuntusu vardır. Bundan başqa iddiaçının nümayəndəsi əmək haqqı və əmək haqqının ödənilməsi tələbinib nədən ibarət olmasını soruşulduqda, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsini, bunların qətnamə çıxanadək olan müddət üçün tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı başqa işi keçirilməsi ilə barədə ərizə yazdığını desə də, iş materiallarında olan işdən azad olma ilə bağlı ərizə vermişdir. Poçtun qəbzində direktorun yalnız adı yazılmışdır, imzası yoxdur, bu o deməkdir ki, işdən çıxma ərizəsinin geri götürülməsi barədə ərizə təqdim edilməmişdir. Mail yazılsa idi, dərhal ona cavab veriləcəkdir. İşdən çıxma ərizəsi şəxsə Fuada təqdim edilmişd, işdən çıxma ərizəsinin qəbulu ilə bağlı iddiaçıya heç bir sənəd təqdim edilməmişdir. MMC-də kadrllar şöbəsi olmadığına görə ərizə qeydiyyatdan keçməyib, lakin iddiaçı ərizəni mühasibə vermiş, mühasibin isə elə bir səlahiyyəti olmamışdır. Qeyd olunanlara görə iddia əsassız və rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, iddiaçı xalaoğludur. O, əvvəl "xxxx" MMC-də hüquqşünas işləmişdir. İşdən çıxma ilə bağlı ərizə yazmış. Belə ki, "xxxx" MMC-nin 50 faiz payı qardaşının, 50 faizi isə Fuad Seyfullayevindir. Fuad həcc ziyarətindən qayıtdıqdan sonra onlara bildirmişdir ki, yeni şirkət yaradır, buna görə onlar ərizə yazıb işdən çıxaraq, yeni yaranmış şirkətdə işə qəbul olsunlar. O, ərizə yazmış, sonra ərizənin geri götürülməsi barədə ərizə təqdim etmiş, həmin ərizənin surətlərini həm MMC-yə, həm direktora, həm Ağ şəhərdə yerləşən ünvana göndərmişdir. X9 ilə birlikdə vermişdir. İşdən çıxma, həmdə ərizənin etibarsız hesab edilməsi barədə ərizəni də Lamiyə xanıma vermişdir. Heç bir ərizələrin qeydiyyatı ilə bağlı bizə sənəd ona təqdim edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin "İşə qəbul" barədə 020 nömrəli xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən "anbardar" vəzifəsinə təyin olunması əmr edilmişdir. - "xxxx" MMC-yə ünvanlanmış İddiaçı ərizəsindən görünür ki, o, xx.xx.2024-cü ildə öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. - "Əmək müqaviləsinə xitam verilməsi barədə" 004/X/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC-də "anbardar" vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə "AR ƏM-nin 68.2 "a" – tərəflərdən birinin təşəbbüsü" maddəsinə əsasən xx.xx.2024-cü ildən xitam verilmişdir. İşçinin xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər istifadə edilməmiş 95 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. - İddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü ildə işdən azad üçün müraciət etdiyi həmin tarixli ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. "Azeri Express"in A352033 nömrəli qaimədə İddiaçı xx.xx.2024cü il tarixli X3 ünvanlanmış məktub alınmaqdan imtina edilmişdir. - İddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, əmək müqaviləsinin surətini və işdən azad olunma ilə bağlı əmək müqaviləsinə xitam bildirişi, xitam əmrini və əmək kitabçasını ona təqdim edilməsini xahiş etmişdir. "Azeri Express"in 278104 nömrəli qaimədə İddiaçı xx.xx.2024-cü il tarixli X3 ünvanlanmış göndərişi xx.xx.2024-cü ildə Seyfullayev F. tərəfindən alındığı və imza etdiyini göstərilmişdir. - X14 Xidmətinə ünvanlanmış İddiaçı və X2 müraciətindən görünür ki, onlar "xxxx" MMC-nin direktoru X4 tərəfindən aldadılaraq işdən çıxarıldığını bildirmişlər və əvvəlki vəzifələrinə bərpa olunmaqlarını xahiş etmişlər. - 29.08.2024-cü il tarixli MN0023409 nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar"dan görünür ki, X15 Xidmətinin rəis müavini X12 "xxxx" MMC-nin baş direktoru X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmiş, X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Hüquqpozmanın aradan qaldırılmayacağı təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməli olduğu qeyd edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu ildə "xxxx" MMC-də "anbardar" vəzifəsinə keçmişdir. O, xx.xx.2024-cü ildə öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ərizənin götürülməsi barədə yeni ərizə ilə müraciət etmiş cavabdehə, lakin "xxxx" MMC tərəfindən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "a" bəndinə əsasən xitam verilmiş, xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər istifadə edilməmiş 95 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Hal-hazırda İddiaçı əmrinin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə əmrin ləğv edilməsinə dair tələbə münasibət bildirərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69 (5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü ildə ərizənin geri götürülməsi barədə ərizə göndərmişdir. Lakin ərizəsinin etibarsız hesab edilməsi barədə ərizənin qəbul edilməsindən qərəzli şəkildə imtina edilmiş, xx.xx.2024-cü il tarixdə işdən çıxarılma barədə əmr qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə, işçi işdən çıxma barədə ərizə təqdim etdikdə işəgötürən əmək müqaviləsini iki qaydada ləğv edə bilər: işçi 1 aylıq müddətinin sonunadək ilkin ərizənin etibarsız hesab edilməsi barədə ərizə təqdim etmədikdə və ya işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdikdə. Hazırki işdə də cavabdeh tərəfindən 1 aylıq müddəti tamam olmadan, işçini ərizənin etibarsız sayılması barədə ərizəni qəbul etmədən əmək müqaviləsilə ləğv edilmiş işəgötürən göstərilən müddət bitməmiş yalnız işçinin vəzifəsinə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olsun. Cavabdeh hazırki işdə bu faktı təsdiq edən sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən əmək qanunvericiliyin pozulması faktı həmçinin X15 Xidmətinin "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar"ı ilə də təsdiq olunur. Bundan başqa, məhkəmə iclasında cavabdehin nümayəndəsi belə bir dəlil gətirmişdir ki, iddiaçı ərizəsinin ləğv olunması barədə ərizəni onlara verməyib, çnki versəydi o zaman ərizə şirkət tərəfindən qəbul olunardı. Məhkəmə “bəs işdən çıxma ərizəsini də qəbul etdikdə iddiaçıya şirkət tərəfindən bu barədə hansısa təsdiqedici sənəd verilmişdirmi” sualına “xeyr, şirkətdə kadr çatışmazlığı olduğuna görə o sənəd də qəbul olunduqda təsdiqedici sənəd iddiaçıya verilməmişdir” deyə cavab vermişdir. Bu isə onu göstərir ki, iddiaçının təqdim etdiyi həmin ərizə həqiqətən də qərəzli olaraq cavabdeh tərəfindən qəbul olunmadığından iddiaçı məcbur qalıb poçt vasitəsilə o məktubu cavabdehə göndərmiş, həmin qəbzi də məhkəməyə sübut kimi təqdim etmişdir. Həmçinin, cavabdeh daha bir dəlil irəli sürmüşdür ki, N.Sadıqov qeyd olunan ərizəni onların elektron ünvanına göndərməli idi. Məhkəmə həmin dəlilə də qiymət verərək qeyd edir ki, məhz elektron qaydada çatdırılmanın zəruriliyi barədə heç bir tələb yoxdur. Bu da həmin dəlilin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə hesab edir ki, işəgötürən əmək qanunvericiliyin tələblərini pozduğunan "xxxx" MMC-nin 004/X/2024 nömrəli xx.xx.2024-cü il tarixli "Əmək müqaviləsinə xitam verilməsi barədə" əmri ləğv edilməli və iddiaçı "anbardar" vəzifəsinə bərpa edilməlidir. İddianın məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsinə dair münasibət bildirərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. İlk öncə məhkəmə onu qeyd edir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı “məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsi” qeyd etdikdə texniki səhvə yol vermişdir və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsini də nəzərdə tutmuşdur. İddia ərizəsinin başlığında da bu öz təsdiqini tapır. Məhkəmə həmin tələbə aşağıdakı qaydada münasibət bildirir. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Sadalanan normalardan görünür ki, işəgötürən əmək müqaviləsini ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək münasibətlərinə xitam vermişdirsə işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı alma hüququ vardır. Hazırki işdən görünür ki, "xxxx" MMC əmək müqaviləsinin ləğv edilməsi qaydalarını pozmuş, ona görə də iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqını tələb etməkdə haqlıdır. Beləliklə, iddia bu hissədə də təmin edilməlidir. Eyni zamanda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İş materiallarından göründüyü kimi iddiaçıya son haqq-hesab və ödənilməmiş 95 günlük məzuniyyət pulu hesablanaraq verilmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən iddia bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə bildirir ki, cavabdeh idarə tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, işçi İddiaçı işdən çıxmağa dair ərizəsini etibarsız hesab etməsi barədə ərizə versə də, bunu nəzərə almamış, işçinin razılığı olmadan onun ərizəsinə əsasən işdən azad etmişdir. Ona görə də, iddia işə bərpa olunmağa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi dair hissədə təmin edilməli, əmək haqqının gecikdirilməsinə görə 1% ödənc tələbi təmin edilməməlidir. İddianın mediasiya üçün ödənilmiş 50 manat, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə aid məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə 50 manat Bakı 9 saylı Mediasiya Təşkilatına, 300 manat Bakı şəhəri "Mərkəz" Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Ona görə iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir, lakin iddiaçı bu rüsumu ödəməkdən azad edildiyinə və iddia tələbi qismən təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2024cü il tarixli 004/X/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-də "anbardar" vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq ödənilsin. Mediasiya xərci üçün ödənilmiş 50 manat, hüquqi xidmətin göstərilməsi üçün 300 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" MMC-dən 100 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-6228/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6228/2024
27.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver