Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6251/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” barədə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi 18.10.1902-ci il təvəllüdlü X3 08.11.1972-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək izahatında bildirdi ki, onun 18.10.1902-ci il təvəllüdlü nənəsi X5 08.11.1972-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki "Keçənlər Qəbristanlığı"nda dəfn edilmişdir. 12.05.2021-ci il tarixdə mərhum nənəsinin ölüm haqqında akt qeydinin verilməsinə dair Bakı şəhər Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsinin 31.05.2021-ci il tarixdə verdiyi arayışda nənəsi barəsində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydinin aşkar olunmaması bildirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin Maştağa "X23" məscidinin imam axundu tərəfindən 08.05.2021-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, X1 qəsəbəsindəki “Keçənlər Qəbristanlığı"nda dəfn edilmişdir. Doğum haqqında şəhadətnaməsindən görünür ki, atası X15, anası X10r. Atasının doğum haqqında şəhadətnaməsindən görünür ki, “atası” qrafasında X11, “anası” qrafasında isə X4 qeyd edilmişdir. Hazırda qeydiyyatda olduğu və yaşadığı ev nənəsi X3 adına olduğundan, nənəsinin ölüm faktının müəyyən edilməsi ona vərəsəlik qaydasında həmin evin öz adına sənədləşdirilməsi ilə əlaqədar tələb olunur. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçi onun həm əmisi qızının oğlu, yəni əmisi nəvəsi, həm də qonşusudur. Ərizəçinin nənəsi X5 1972-ci ildə yaşadığı Maşatağa qəsəbəsindəki evində vəfat etmişdir. Dəfn mərasimində mərhum atası və digər qohumları iştirak etmişlər. X3 Maştağa qəsəbəsindəki “Keçənlər Qəbristanlığı"nda dəfn edildiyi ona məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum nənəsi Məryəm xanımın altı övladı olsa da, hər biri vəfat etmişdir. Özü isə, 1972-ci ildə yaşadığı Maşatağa qəsəbəsindəki evində vəfat etmiş, həmin qəsəbəsindəki “Keçənlər Qəbristanlığı"nda dəfn edilmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri X18 tərəfindən verilmiş arayışda bildirilmişdir ki, 1972-ci il təvəllüdlü X3 ölümü haqqında Maraqlı şəxsndə akt qeydi tapılmamışdır. İş materiallarında olan İİ-ЖГ seriyalı, 413120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi İddiaçı atası X15, anası X10r. İş materiallarında olan AA seriyalı, 621113 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 atası X11, anası X2r. İş materiallarında olan 24.11.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21.11.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 29.10.1955-ci il tarixli pasportun surətindən müəyyən olunur ki, X5 1902-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Qafqaz Müsəlmanları İdarəsinin Maştağa "X23" məscidinin imam və axundu tərəfindən 08.05.2021-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, X1 qəsəbəsindəki “Keçənlər Qəbristanlığı"nda dəfn edilmişdir. İş materiallarında olan məzardaşının fotoşəkilləri ilə də 18.10.1902-ci il təvəllüdlü X3 08.11.1972-ci il tarixdə vəfat etdiyi müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, 12 saylı evə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən görünür ki, həmin sənəd X6 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı nənəsi X5 08.11.1972-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçinin qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, 12 saylı evin sənədləri nənəsi X3 adına tərtib olduğundan, həmin evi öz adına sənədləşdirməsi ilə əlaqədar, ərizəçiyə nənəsinin ölüm faktının müəyyən edilməsi tələb olunur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, X3 08.11.1972-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 08.11.1972-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6251/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6251/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver