Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6306/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya 4000 manat dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işdə olan sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. İddia ərizəsinə əlavə edilmiş ********** №-li xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş ********** №-li xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** №-li xx.xx.2023-cü il tarixli qəbz əsasında ödənilmiş 60 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6306/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6306/2023
07.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver