Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6318/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə mülki MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs ilə 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixində 1931 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına, birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2022-ci il tarixli X1 ananın yanında (himayəsində) qalmasına, Ərizəçi bu Saziş imzalandıqdan sonra ikinci tərəf həyatyoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il tarixli X2 ilə uşağın üç yaşına çatanadək xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyini nəzərə alaraq ayda 4 dəfə olmaqla hər həftənin bazar günləri saat 14.00-dan 17.00-a dək ananın iştirakı ilə 3 yaşına çatdıqdan sonra bazar günləri saat 13.00-dan 18.00-a dək ünsiyyətdə olmasına dair ikinci tərəf Maraqlı şəxs ona şərait yaradağına dair hissəsində məcburi icra olunması üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, xüsusi icraata dair ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizənin xahiş etdim hissəsindən görünür ki, ərizəçi barışığ sazişinin təsdiq edilməsi məqsədi ilə məkəməyə xüsusi icraat qaydasında müraciət etmiş olsa belə, ərizənin xahiş etdim hissəsində tərəflər arasında bağlanmış barışığ sazişinin təsdiq olunmasına dair xahiş ilə yananşı, tərəflər arasında bağlanmış nikahın pozulmasınıda məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə ərizəçinin diqqətinə çatdıraraq qeyd edir ki, barışığ sazişinin təsdiq edilməsinə dair ərizə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, nikahın pozulmasına dair tələb isə iddia icraatı formasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Ərizəçi tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6318/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6318/2024
09.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver