Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6359/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X7, Ərizəçi, onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X23 Bağırovun 1935-ci ildə ölməsi, eyni zamanda X23 Bağırovun ərizəçinin atası X2 atası, ərizəçinin də babası olması faktının müəyyən edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, 1865-ci ildə Kürdaxanı kəndində anadan olmuş X23 Bağırov atası X3 oğlu ərizəçinin isə babasıdır. Babası X23 1935-ci ildə ölmüş və Kürdəxanı qəbiristanlığında dəfn edilmişdir. Atası X8 1927-ci ildə doğulmuş və xx.xx.2001-ci ildə vəfat etmişdir. X25 Hüseyn Bağırov vəfatından sonra Kürdəxanı kəndində həyətyanı torpaq sahəsi miras qalmışdır. Babasının adına miras torpaq sahəsinin qalması Azərbaycan Respublikası Milli Arxivinin arayışı ilə təsdiq olunur. Belə ki, Azrbaycan Respublikası Milli Arxiv İdarəsinə ünvanan ərizəyə cavab olaraq 9/09 saylı xx.xx.2006-cı il tarixli cavab məktubunda Azərbaycan Respublikası Dövlət tarix Arxivinin “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaqları olan şəxslərin 15 may 1916-cı il qədər olan siyahılardan məlum olur ki, X23 Bağırov və qardaşı Salam Kürdəxanı kəndində 4 desyatin 756 kv. Sajina (1.433 ha) bərabər olan torpaq sahəsinin sahibləri olmuşdular. İstifadələrində olan torpaq onlara miras qalmışdır. Lakin X25 Hüseyn Bağırovun ölümünü və atasının doğumunu təsdiq edən sənədlər olmadığından ərizəçi babasından qalmış miras torpaq sahəsinə vərəsəliyi rəsmiləşdirə bilmir. Bununla bağlı olaraq o, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinə ərizə ilə müraciətinə cavab olaraq 16 iyun DA-01012- 2022 saylı məktubda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Kürdəxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında X5 təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, X25 Hüseyn Bağırovun ölümünü təsdiq edən və atası X3 X26 Bağırova münasibətdə oğlu olması faktını təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından babasından qalmış miras torpaq sahəsini adına vərəsəlik qaydasında rəsmiləşdirə bilmir. Həmin sənədləri əldə etmək zəruri olduğundan və əldə etmək imkanım xaricində olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi (vəkili) Vəkil ərizənin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərərk, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahidlər X11, X13, X12 hər biri ayrı-ayrılıqda ifadə verərək qeyd etdilər ki, onlar Ərizəçi bacılarıdılar. Onların ataları X8 1927-ci ildə doğulmuş və xx.xx.2001-ci ildə ölmüşdür. X18 Hüseyn Bağırovun 1865-ci ildə Kürdaxanı kəndində doğulduğunu və 1935-ci ildə öldüyünü qəbr daşından bilirlər, çünki hər il qəbrstanlığa gedirlər, eysan verirlər. Məhkəmə iclasında ifadə verən şahid X9 bildirdi ki, o, ərizəçinin əmisi oğludur. Onun atasının adı doğum haqqında şəhadətnamədə Hacıbala Əbdulrahim oğlu kimi qeyd edilmişdir, yəni X23 Bağırov kimi deyil, halbuki X1rın ikisinin də babasıdır. Bunun səbəbi ondan ibarətdir ki, o vaxtlar kənddə qan davası olub və qardaşların ata adları, soyadları dəyişdirilibdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi xx.xx.1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, onun atası X10, anası X6r (AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsi, İİ-JQ seriyalı 412760 №-li doğum haqqında şəhadətnamə). Şahid Mirzəyeva (Bağırova) Əzizə Tağı qızı xx.xx.1953-cü il tarixdə doğulmuşdur, atası X10, anası X4r (AZE seriyalı 18033025 №-li şəxsiyyət vəsiqəsi, İJ seriyalı 407347 №-li doğum haqqında, İ-JQ seriyalı 277421 №-li nikahın bağlanması haqqında şəhadətnamələr). Şahid Əzimova (Bağırova) Cəmilə Tağı qızı xx.xx.1955-ci il tarixdə doğulmuşdur, atası X10, anası X4r (AA1009006 №-li şəxsiyyət vəsiqəsi, AZ-T seriyalı 216045 №-li doğum haqqında, İ-JQ seriyalı 374649 №-li nikahın bağlanması haqqında şəhadətnamələr). Şahid Mirzəyeva (Bağırova) İradə Tağı qızı xx.xx.1961-ci il tarixdə doğulmuşdur, atası X10, anası X6r (AZE seriyalı 18510195 №-li şəxsiyyət vəsiqəsi, AZ-T seriyalı 216046 №-li doğum haqqında, İİ-JQ seriyalı 447879 №-li nikahın bağlanması haqqında şəhadətnamələr). Beləliklə, ərizəçi və üç şahid doğma qardaş-bacıdılar. Ərizəçinin atası X10 xx.xx.2001-ci il tarixdə 74 yaşında (yəni doğum ili 1927) ölmüşdür (AZ seriyalı 115449 №-li ölüm haqqında şəhadətnamə). Məhkəməyə təqdim edilmiq qəbr daşının fotoşəkilindən görünür ki, Kərbəlayı ƏlHüseyn Əbdülrəhim oğlu 1865-ci ildə doğulmuş, 1935-ci ildə ölmüşdür. “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaqları olan şəxslərin 15 may 1916-cı il qədər olan siyahılardan məlum olur ki, X23 Bağırov və qardaşı Salam Kürdəxanı kəndində 4 desyatin 756 kv. Sajina (1.433 ha) bərabər olan torpaq sahəsinin sahibləri olmuşdular. İstifadələrində olan torpaq onlara miras qalmışdır (Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş 9/09 №-li xx.xx.2006-cı il tarixli məktub). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Kürdəxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında X5 təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir (Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli DA-01012-2022 №-li məktub). Hazırda ərizəçi X23 Bağırovun 1935-ci ildə ölməsi, eyni zamanda X23 Bağırovun ərizəçinin atası X2 atası, ərizəçinin də babası olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, ərizəçinin bacıları və əmisi oğlu həmin faktları təsdiq etmişdilər. Qeyd edildiyi kimi faktın təsdiqi vərəsəlik işinin açılması üçün tələb olunur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi vərəsəlik işinin açılması ilə əlaqədar tələb olunur Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X23 Bağırovun 1935-ci ildə ölməsi, eyni zamanda X23 Bağırovun Ərizəçi atası X2 atası, ərizəçinin də babası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6359/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6359/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver