Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6364/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi, məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, aliment tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator Orxan Eyvazovu özlərinə mediator seçərək, xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Onun saxlanması üçün Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən (aprel ayı daxil olmaqla) hər ay (həmin ayın 15-dən 20-sinədək) 200 manat sabit məbləğində aliment ödəməyə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. Müəyyən olunmuş 10 günlük könüllü icra vaxtı keçmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ərizəni qəbul edərək bildirmişdir ki, o, kirayədə qalır, kredit borcu var, maddi imkanı olduqca zəifdir. Bununla belə, anasının saxlanması üçün ondan aliment tutulması barədə bağladığı barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, onlar Ərizəçi saxlanılması üçün Maraqlı şəxs tərəfindən xx.xx.2023cü il tarixdən etibarən hər ay 200 manat məbləğində alimenti Ərizəçi hesabına ödəməsi barədə razılamışlar. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1 anasıdır. İşdə olan, Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasəm, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-82.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü ki, əgər barışıq sazişini bağlamış tərəflərdən biri həmin sazişi könüllü qaydada icra etmədikdə və ya onun könüllü icrasından imtina etdikdə, digər tərəfin barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə məhkəmə müraciət edə bilmə imkanı nəzərdə tutulur. Lakin iş üzrə Maraqlı şəxs anasının maddi ehtiyaclarının qarşılanmasından imtina etmir və sazişin icrasından boyun qaçırmır. Digər tərəfdən, ailə qanunvericiliyində yetkinlik yaşına çatmış övladın o halda valideyni saxlamaq vəzifəsi müəyyən edilmişdir ki, valideynin maddi yardıma ehtiyacı olub, əmək qabiliyyəti olmasın. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslərə əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları aid edilmişdir. Hazırkı iş üzrə isə xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi sadalanan kateqoriyalardan hər hansı birinə aid olmadığını aşkar görünür. Eləcə də, ərizəçi bunun əksini təsdiq edən hala istinad etməmiş və bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı X3 Maraqlı şəxs qarşı alimentin təyin edilməsi barədə iddiası Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1732/2023 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən o da görünür ki, Maraqlı şəxs "xxxx" MMC-də işləyib, aylıq əmək haqqı 450 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi oğlu Maraqlı şəxs alimentin tutulması barədə onunla bağladığı barışıq sazişinin təsdiq edilməsinin qanuni əsası yoxdur. Ona görə də, Ərizəçi və Maraqlı şəxs bağladığı barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi rədd edilsin, Ərizəçi Maraqlı şəxs alimentin tutulması barədə sonuncu ilə bağladığı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6364/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6364/2023
15.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver