Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-655/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X9 27 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhrum qardaşı X13 27 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Həmin vaxt yas mərasiminə başları qarışdığından ölüm haqqında tibbi şəhadətnamə almamışlar. O, mərhum qardaşının adına öüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda isə müvafiq sənədləşdirilmə işlərinin aparılması üçün qardaşının ölüm faktının təsdiq edilməsi və bunun əsasında ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun yeznəsidir, bacısı axşam ona zəng eləyib ki, X13 rəhmətə gedibdir. Mərhum keçən il yay aylarında rəhmətə gedibdir. İnfakt keçirmişdir, Tovuz rayonunun Ağdam kəndində dəfn olunubdur, dəfnində və yas mərasimlərində iştirak edibdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X18 ifadəsində bildirmişdir ki, ərizəçi onun iş yoldaşıdır. Mərhum təxminən 6-7 ay əvvəl rəhmətə getmişdir. Ərizəçi gecə saat 12 radələrində ona yığaraq, qardaşının rəhmətə getdiyini bildirmişdir. O, ərizəçigilə gedəndə evdə meyiti görübdür. Mərhumu rayonda dəfn etdikləri üçün dəfnində iştirak etməsəm də, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tovuz rayonu Ağdam bələdiyyəsi tərəfindən verilmiş 39 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Ağdam kənd qəbirstanlığında dəfn edilmişdir. - AZ-İ seriyalı 118806 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 iyul 2008-ci il tarixdə X6 doğulmuş X7 atası hesab edilmişdir. - AZ-İ seriyalı 175136 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 avqust 2011-ci il tarixdə X6 doğulmuş X3 atası hesab edilmişdir. - AZ-İ seriyalı 212184 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 yanvar 2013-cü il tarixdə X6 doğulmuş X14 atası hesab edilmişdir. - AZ-İİ seriyalı, 261248 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 yanvar 2***-ci il tarixdə Gədəbəy rayonunda ölmüşdür. - AZ-İ seriyalı, 178008 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 avqust 2013-cü il tarixdə 371 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 05/2219-15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından ölüm faktını müəyyən etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Xİİİ-ЖГ seriyalı, 351457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 fevral 1972-ci il tarixdə Gədəbəy rayonunun İsalı kəndində doğulmuşdur, atası X5, anası X2r. - AZ-T seriyalı, 232321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1973-cü il tarixdə Tovuz rayonunda doğulmuşdur, atası X5, anası X2r. - 024450 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. - Təcili və X10 Stansiyasının 27 iyul 2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 və X10 gələnə qədər ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X9 27 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X9 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 fevral 1972-ci il tarixdə Gədəbəy rayonunun İsalı kəndində doğulmuş X9 27 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 29 fevral 1972-ci il tarixdə Gədəbəy rayonunun İsalı kəndində doğulmuş X9 27 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-655/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-655/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver