Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6583/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə doğulmuş övladı X4 xx.xx.2017-ci il tarixində Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli X5 xəstəlik səbəbindən ölməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Nərimanov X3 Sevinc Fədail qızı ilə 03 mart 2017-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxs Maştağa qəsəbə bölməsində 21 nömrə ilə qeydə alınan rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 05 mart 2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Ərizəçi qızı Əsnad Nərimanova 23 avqust 2017-ci il tarixdə preaqonal vəziyyətdə təcili tibbi yardımla xəstəxanaya aparılmış, aparılan terapiyaya baxmayaraq xəstəxanada ölmüşdür. Belə ki, Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli X6 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına ünvanladığı 11 sentyabr 2017-ci il tarixli 267 nömrəli məlumat məktubundan da göründüyü kimi, 23 avqust 2017-ci il tarixdə ünvan 1 ünvanından təcili yardımla preaqonal vəziyyətdə 05 mart 2017-ci il təvəllüdlü X1 12:40-da xəstəxanaya daxil olmuşdur. Aparılan intensiv terapiyaya baxmayaraq uşaq saat 13:05-də KRVİ hipertoksik forma, idiopatik trombositopeniya, kardioresperator sindrom diaqnozu ilə bioloji ölüm baş vermişdir. Ərizəçi qızı Əsnad Nərimanovanın ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyət üzrə müraciət etsə də, nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, tərəfindən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına sorğu ilə müraciət edilərək X4 23 avqust 2017-ci il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə" tərtib edilərək uşağın atası Ərizəçi təqdim edilməsi xahiş olunmuşdur. 7 saylı Birləşmiş Şəhər Xəstəxanası 10 avqust 2022-ci il tarixli, 437 nömrəli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X9 poliklinikada tibbi qeydiyyatda olmuş və ölümündən əvvəl 20 gün ərzində ünvan 2 ünvanında nənənin yanında olmuş, həmin vaxt uşaq xəstələnmiş və xx.xx.2017-ci il tarixində 8 saylı BUX-na müraciət olunmuşdur. Uşağın ölümündən bir neçə ay sonra poliklinikaya müraciət olunduğundan “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. Bundan sonra tərəfindən Maraqlı şəxsnə sorğu ilə müraciət edilərək 05 mart 2017-ci il təvəllüdlü X4 23 avqust 2017-ci il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamənin tərtib eilərək uşağın atası Ərizəçi təqdim olunmağı xahiş olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs 11 avqust 2022-ci il tarixli, 0512047-15 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmçinin bildirilmişdir ki, təqdim etdiyi sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyat üzrə müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan AZ İİ seriyalı 166211 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 03 mart 2017-ci ildə nikaha daxil olmuşlar. Nikah aktı qeydi 21 nömrəsi ilə qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs Maştağa qəsəbə Bölməsinin AZ İİİ seriyalı, 917594 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə X9 doğulmuşdur. Atası Ərizəçi, anası isə X2r. - 8 nömrəli X6 267 nömrəli, xx.xx.2017-ci il tarixli məlumatından görünür ki, xx.xx.2017-ci il tarxində ünvan 3 ünvanından təcili yardımla predaqonal vəziyyətdə xx.xx.2017-ci il təvəllüdlü X9 xəstəxanaya saat 12:40-da daxil olmuşdur. Aparılan intensiv terapiyaya baxmayaraq uşaq saat 13:05-də KRVİ hipertoksik forma, idiopatik trombositopeniya, kardioresperator sindrom diaqnozu ilə bioloji ölüm baş vermişdir. - 7 saylı BŞX X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdən X9 7 nömrəli BŞX-nin poliklinika şöbəsində tibb qeydiyyatında olmuşdur. -7 nömrəli Birləşmiş Xəstəxananın xx.xx.2022-ci il tarixli, 437 nömrəli məktubundan görünür ki, uşağım ölümündən bir neçə ay sonra polklinikaya müraciət olunduğundan “Ölüm haqqında şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 ərizəçinin qızıdır. O, xx.xx.2017-cu ildə 7 saylı BŞX X7 vəfat etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixdə doğulmuş X4 xx.xx.2017-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6583/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6583/2022
02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver