Məhkəmə qərarları › İş №2(008)-665/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-665/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-665/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X2, İddiaçının nümayəndəsi X3 İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.06.2021-ci il tarixinə 4487,11 manat əsas, 1727,32 manat faiz, 94,42 manat cərimə, kredit müqaviləsi bitindən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 65,10 manat faiz, cəmi 6373,95 manat borcun və 30,40 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarı, 220A saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin İnqilab filialı ilə Cavabdeh1 arasında bağlanmış 26.02.2016-cı il tarixli 25824-İF-KM-02/16 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9620 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarı, 220A saylı fərdi yaşayış evinə dair 26.02.2016-cı il tarixli, 25967-İF-İM-09/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. 11.06.2021-ci il tarixinə cavabdehin borcu iddia tələbində göstərilən məbləğdədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, ipoteka müqaviləsində göstərilən ipoteka predmetinin dəyəri tərəflər arsında razılaşdırılmış, cavabdehlər həmin məbləği məhkəmədə mübahisələndirməmişdilər, odur ki ilkin satış qiymətini həmin məbləğ həddində olmasına etiraz etmirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 18.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 izahat verərək qeyd etdi ki, o, mütəmadi olaraq borcunu ödəyirdi. Bank bağlanandan sonra növbəti borc məbləğini ödəmək istəyəndə Bank həmin məbləği qəbul etməmişdir. O, borcu hara ödəməli olduğunu bilməmiş, borcu ödəməkdən heç bir zaman yayınmamışdır. Bank bağlandıqdan sonra avtomatlar Bankın borcunu qəbul etmirdi. Onun 3000 manat borcu qalmışdır və həmin borcu ödəməyə hazırdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallırın araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 30.04.2020-ci il tarixlə qərarı ilə müflis elan edilmişdir. AmrahBank” ASC-nin İnqilab filialı ilə Cavabdeh1 arasında 26.02.2016-cı il tarixli 25824-İF-KM-02/16 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9620 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarı, 220A saylı fərdi yaşayış evinə dair 26.02.2016-cı il tarixli, 25967-İF-İM-09/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndində ipoteka predmeti qarşılıqlı razılığa əsasən 80000 manat müəyyən edilmişdir. Yüklülük DƏDRX-də qeydə alınmışdır (0737631 və ******* №-li Çıxrışlar). İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Bildirişi 16.06.2021-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə göndərmişdir. 24.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 11.06.2021-ci il tarixinə 4487,11 manat əsas, 1727,32 manat faiz, 94,42 manat cərimə, kredit müqaviləsi bitindən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 65,10 manat faiz, cəmi 6373,95 manat borcu var. Məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.04.2022-ci il tarixli, 9/1659 №-li ekspert rəyinə əsasən: 30.04.2020-ci il tarixə (Bankın müflis edilən tarixə) Cavabdeh1 əsas borc üzrə 5216,71 manat, faiz borcu 1453,87 manat; 11.06.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 5216,71 manat, faiz borcu 2730 manat təşkil edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsasla olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə əsas borc 4487, 11 manat, faiz borcu 1453,87 manat, 10 manat cərimə, kredit müqaviləsi bitindən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 65,10 manat faiz, cəmi 6016 manat borc tutulmalı, iddia qalan borcun tutulması hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bankı müflis elan olunduğu günə olan faiz borcu tutulmalı, cərimə borcu da 10 manatadək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Cavabdehlər daşınmaz əmlakın ipoteka müqaviləsində müəyyən edilən dəyərini mübahisələndirmədiklərindən, iddiaçı da həmin məbləği ilkin satış qiyməti göstərilməsinə etiraz etmədiyindən, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc 4487,11 manat, faiz borcu 1453,87 manat, 10 manat cərimə, kredit müqaviləsi bitindən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 65,10 manat faiz, cəmi 6016 manat borc 30,40 manat rüsumun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarı, 220A saylı fərdi yaşayış evinə yönəldilsin, əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən edilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin, vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulsun. Əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar