Məhkəmə qərarları › İş №2(102)-5477/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5477/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5477/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əsgərov Qürbət Ağa oğlunun sədrliyi, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, cavabdehin vəkii Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 may 2019-cu il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-296/2019 saylı, 19.02.2019- cu il qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabd eh1 və qeyrilərinə qarşı kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6677/2019 saylı, 01.05.2019-cu il tarixli qərardadına əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında qərardadın qəbul edilməsini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan hökumət ödəniş portalından olan çıxarışdan gör ündüyü kimi apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən rüsum Bakı Apellyasiya məhkəməsinə deyil, Bakı şəhəri Yasamal rayon məhkəməsinə ödənilmişdir. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası MPM-in 108.1.4 və 363.1.2-ci maddələrinini tələbləri ilə əsaslandırmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Rərhad oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(1030-6677/2019 saylı, 01.05.2019-cu il tarixli qərardadından kassasiya şkayəti vermişdir. Kassasiya şikayəti onula əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən iş materiallarını (apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında çıxarış) yalnız formal olaraq təhlil etmiş iş üzrə əhəmiyyət kəsb edən halla rı diqqətə almamışdır. Qərardadın məzmunundan da göründüyü kimi məhkəmə qəbzin çıxarışın üzərində qeyd olunan “Bakı şəhəri Yasamal rayon məhkəməsi” ifadəsini əsas götürərək şikayəti mümkünsüz hesab etmişdir. Lakin Hökumət ödəniş portalı vasitəsi ilə həyata keçirilən büdcə ödənişləri öz aralarında büdcə təsnifat koduna görə fərqləndirilir. Birinci instansiya məhkəmələrinə dövlət rüsumları ödənilərəkən 142211apellyasiya və kassasiya instansiya məhkəmələrinə isə 142214nömrəli büdcə təsnifat kodu üzrə ödəniş həyata keçirilir. Portalda ödəniş etmədən öncə rüsumun növü (1-ci instansiya və ya apellyasiya/kassasiya) seçilir və sistem dərhal müvafiq büdcə təsnifat kodu üzrə ödəniş tapşırığı hazırlayır (nümunələr kassasiya şikayətinə əlavə olunur). Yəni məhkəmənin adı təsnifat kodunun seçilməsində h eç bir rol oynamır və yalnız formal xarakter daşıyır, əhəmiyyət kəsb edən hal isə məhkəmə instansiyasının doğru seçilməsidir. Bununla yanaşı Apellyasiya məhkəməsinin əsaslandığı AR MPM-nin 108.1.4 və 363.1.2-ci maddələrində dövlət rüsumunun ödənilməsi haqqında qəbzlərdə məhkəmənin adının göstərilməsinə dair heç bir tələb yoxudur. Həmin maddələrdə rüsumun müəyyən edilmiş məbləğdə və qaydada ödənilməsi nəzərdə tutulmuşdur. Bu da özündə rüsumun dövlət büdcəsinə müvafiq təsnifat kodu üzrə ödənilməsini nəzərdə tutur. Göründüyü kimi iş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş qəbzdə-çıxarışda dövlət rüsumu müəyyən edilmiş məbləğdə və müəyyən edilmiş təsnifat kodu üzrə (142214) ödənilmişdir. Qeyd olunanları ümumiləşdirərək hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi AR MP M-nin 363.1.2-ci maddəsinin tələblərini düzgün tövsif etməyərək iş üzrə əhəmiyyət kəsb edən halları nəzərə almadan şikayətin mümkünsüzlüyü haqqında qərardad qəbul etmişdir. Kasasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materalları ilə əlaqəli yoxlayıb hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikaı MPM-nin 108.1-4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir: Həmin Məcəllıənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsi qətnaməsidən ver diyi apellyasiya şikayətinin dövlət rüsümunun ödənilməsi barədə hökümət ödəniş portalı vasitəsi ilə etdiyi ödənişin mədaxil qəbzini əavə etmişdir. (iş. V. 114). Həmin mədaxil qəbzindən görünür ki, dövlət 142211 saylı büdcə təsnifatı koduna ödənilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, iddiaçı verdiyi iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə əlavə etdiyi ödəmə tapşırığından (iş v. 18) ödənişin təyinatı kimi məhkəmə rüsumu qeyd edilərək 142211 saylı büdcə təsnifat koduna ödəmə edilmişdir və həmin ödəmə tapşırığında məhkəmənin adı barədə hər hansı br qeyd aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayarkən işin qeyd edilən halına diqqət yetirməyərək yalnız cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi dövlət rüsumunun ödənilməs i barədə qəbzdəki çıxarışın üzərində qeyd edilən –“Bakı şəhər Yasamal rayon məhkəməsi” ifadəsinə əsaslanaraq apellyasiyanı qeyri-mümkün hesab etməklə mülki prosessual qanunverciliyin yuxarıda qeyd edilən normalarını hazırki işə düzgün tətbiq və təfsir etməmişdir. Qeyd edilənlənə əsasən kollegiya kassasiya şikayətinin dəlillərini qərardadın ləğvi üçün əsaslı hesab edir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in nümayəndəsi və vəkili Vəkilin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 may 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar