Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3958/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3958/20 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması ) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-14440/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 123 XZKK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqaviləyə əsasən, borcalana şəxsi məqsədlər üçün 24 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir.
2. RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində istifadədə olan 0.17415 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 10 mərtəbəli binanın 3-cü girişində, 10-cu mərtəbəsində, 1 14.31 kv.m ümumi, 72.25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 93 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. xx.xx.2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişinə əsasən cavabdehə bank tərəfindən xəbərdarlıq edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
4. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 9987 manat əsas, 8884 manat faiz olmaqla, cəmi 18871 manat borcun, dövlət rüsumlarının əvəzi olaraq 88 manat pulun tutulm ası, tələbin Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 93-ə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin iddia tələbi həcmində iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rafıq qızının, Cavabdeh3, X4 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait iddia tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini dəqiqləşdirmiş, digər tələblər yerində qalmaqla Cavabdeh1 9987 manat əsas, 3523,75 manat faiz, xx.xx.2017-ci il tarixdən xx.xx.201 8-ci il tarixə kimi illik 5 faizlə əsas borca hesablanmış 507,65 manat faiz olmaqla, cəmi 14018,40 manat borcun tutulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 123 XZKK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə bağlanıb.
8. Müqaviləyə əsasən, borcalana şəxsi məqsədlər üçün 24 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1. bəndinə əsasən, bu müqaviləyə görə borc verən borcalana kredit xətti açmaq və kredit xətti üzrə ayrılmış pul vəsaiti ilə əməliyyatlar aparmaq üçün kredit kartı verməyi, borcalan isə kredit xətti üzrə verilmiş krediti qəbul edib ondan müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə istifadə etməyi, krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə qüvvəyə mindikdən sonra, kredit xətti üzrə ayrılmış kredit 3.1-ci bəndi ilə müəyyən olunan məbləğdən çox olmamaq şərtilə borc alana kredit kartı üzrə açılan ssuda hesabına «borcverən tərəfındən köçürülmə yolu ilə verilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, borcalanın kreditdən istifadə etdiyi tarixdən növbəti ayın 7-dək olan müddət imtiyaz müddəti adlanır və bu müddət ərzində ötən ay üçün istifadə etdiyi kredit məbləğini borcverənin hesabına nağd və ya köçürmə yolu ilə tam qaytardıqda həmin məbləğə görə heç bir faiz ödəmir. Müqavilənin 3.4-cü bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən imtiyaz müddəti ərzində borc alan istifadə etdiyi kredit məbləğini borcverənin hesabına nağd və ya köçürmə yolu ilə ödəmədikdə, imtiyaz müddətinin bitdiyi ayın 1-dən hesablamaq şərtilə kredit kartı üzrə yaranmış borcun məbləğinə illik 28 % dərəcəsi ilə faiz hesablanır. Müqavilənin 5.3-cü bəndinə əsasən, borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən kredit kartı üzrə açılmış kredit xəttini bağlayır və (və ya) kredit kartının mülkiyyətçisi kimi,onun geri qaytarılması üçün müvafıq tədbirlər görür.
9. Kredit müqaviləsinin təminatı qismində,Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 93 banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə qeydiyyata alınaraq xx.xx.2015-ci il tar ixli, RX seriyalı, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir.
10. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
11. İddiaçı borcun məbləği barədə maliyyə arayışı təqdim etmişdir. Maliyyə arayışına əsasən xx xxxxxxxx 2017-ci il tarixinə cavabdehin 9987 manat əsas, 3523,75 manat faiz, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi illik 5 faizlə əsas borca hesablanmış 507,65 manat faiz olmaqla, cəmi 14018,40 manat borcu vardır.
12. Cavabdeh1 vəkili və nümayəndəsi borc məbləğinin hesablanması və ipoteka predmetinin qiymətləndirilməsi barədə vəsatət vermişdir.
13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 14. “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 0951/18/ATAB saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti 165000 manat məbləğində qiymətləndirilmişdir.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-296/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 9987 manat əsas, 3523,75 manat faiz, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi illik 5%-lə əsas borca hesablanmış 507,65 manat faiz olmaqla, cəmi 14018,40 (on dörd min on səkkiz manat qırx qəpik) manat məbləğində borc və 88 (səksən səkkiz) manat məhkəmə xərcləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuş, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində istifadədə olan 0.17415 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 10 mərtəbəli binanın 3-cü girişində, 10-cu m ərtəbəsində, 114.31 kv.m ümumi, 72.25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 93 nömrəli mənzilə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 165000 (bir yüz altmış beş min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 əşyaları ilə birlikdə mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edlmişdir. (hakim Emin Mehdiyev)
16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 123 XZKK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə İddiaçı ASC-yə 9987 ma nat əsas, 3523,75 manat faiz, xx.xx.2017-ci iltarixdən xx.xx.2018-ci il tarixə kimi illik 5%-lə əsas borca hesablanmış 507,65 manat faiz olmaqla, cəmi 14018,40 manat borcu var.Buna görə də borcun cavabdehdən tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində iddia təmin edilməlidir.
17. Məhkəmə ipoteka predmetinin hərracda ilkin satış qiymətini “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 0951/18/ATAB saylı qiymətləndirmə hesabatına əsasən 165000 manat məbləğində müəyyən etmişdir.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 319.1, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1., 448,2, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 59.3.1, 59.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müdd əalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh (borclu, ipotekaqoyan) Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib.
20. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, borcun müəyyən edilməsi üçün ekspertiza keçirilməyib, ipoteka predmetinə tutma barədə bildiriş cavabdehə təqdim edilməyib.
21. Cavabdehləri ipoteka predmetindən çıxarılması da düz deyil, çünki ipoteka predmetinin satılıb-satılmayacağı bir ehtimaldır.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14440/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər R. Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışınski)
23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində borcun məbləğini mübahisələndirmiş, ondan əsassız olaraq artıq pul vəsaitinin tutulmasını göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Buna görə də apelyasiya instansiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşmamışdır.
24. Apelyasiya instansiy ası məhkəməsi ekspertiza təyin edilməli olması barədə dəlili həm də ona görə qəbul etməmişdir ki, ekspertizanın təyin olunması üçün real əsasların mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməlidir.
25. Bununla yanaşı, işdə olan sübutlarla apelyasiya instansiyası müəyyən etmişdir ki, cavabdeh sonuncu dəfə xx xxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək kartdan 9987 manat pul (kredit) çıxarmış, lakin ondan sonra ödəniş etməmişdir. Cavabdehin nümayəndəsinə ödənişlərlə bağlı sübutların təqdim olunması təklif olunsa da, hər hansı ödəniş sənədi təqdim olunmamışdır.
26. Apelyasiya instansiyası kredit kartı üzrə yaranmış borcun məbləğinə illik 28 dərəcə ilə faiz hesablanmasına əsasən cavabdehin götürdüyü 9987 manat kreditə görə illik 2769,36 manat faiz ödəmək öhdəliyini daşımasını, kredit kartı üzrə kredit xəttinin açılması haqqında tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin müddətinin xx xxxxxxxx 2017-ci il tarixdə bitməsi nəzərə alınmaqla, cavabdehin həmin tarixədək (454 gün gecikmə müddəti) sadə riyazi hesablama yolu ilə faiz borcunun 3523,75 manat olmasının aşkar olmasını müəyyən etmişdir.
27. Müqavilə müddəti bitəndən sonrakı vaxt üçün iddia tələbi ilə bağlı apelyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən ed ilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məc əlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə ödənilməmiş qalıq borcuna (9987 manat) və 366 gün gecikmə gündərinin sayına (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) görə illik 5 faiz hesablanmaqla 507,65 manat faizlərin mövcudluğu müəyyən edilmişdir.
30. Apelyasiya məhkəməsi işini faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etmədiyindən iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələ b etmək hüququna malikdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır.
31. İpoteka predmetinə tutma yönəldilməsi barədə müvafiq bildirişin cavabdehə təqdim olunmaması barədə dəlil əsassız sayılmışdır. Apelyasiya məhkəməsi cavabdehə xx xxxxxx 2017-ci il tarixli müvafiq bildiriş göndərilməsini, sonuncunun həmin bildirişi xx xxxxxx 2017-ci il tarixdə rəsmi qaydada almasını müəyyən etməklə, qeyd edilən dəlilin təkzib edilməsini müəyyən etmişdir.
32. Həmçinin cavabdeh apelyasiya şikayətində qətnaməni ipoteka qoyulmuş mənzılə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində əşyaları ilə birlikdə mənzildən çıxarılması hissədə də mübahisələndirmişdir. Apelyasiya məhkəməsi «İp oteka haqqında» Qanunun 59-cu maddəsinə əsasən həmin hissədə apelyasiya şikayətini dəlillərini əsasız saymışdır. Çünki həmin normaya görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qo-yan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən iddia tələbi irəli sürərkən hesablamalar qeyri-dəqiq həyal keçirilmiş, ciddi yanlışlıqlara, aşkar hesab səhvlərinə yol verilmişdir. Kredit borclarını dəqiq hesablanması üçün xüsusi biliklər tələb olunmasını nəzərə alaraq cavabdeh dəfələrlə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək iş üzrə iş üz məhkəmə mühasibatlıq ek spertizasının təyin edilməsini xahiş etmişdir. Lakin həm vəsatət məhkəmə tərəfindən heç bir hüquqi əsas göstərilmədən rədd edilmişdir. Cavabdeh tərəf apellyasiya məhkəməsi qarşısında yenidən vəsatət qaldıraraq iddia tərəfindən tələb olunan borc məbləğlərinin dəqiq və hərtərəfli araşdırılması üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin bu vəsatət məhkəmə tərəfindən heç bir hüquqi əsas göstərilmədən rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 35 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi və vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahuiş etdi.
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyiöhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirl ər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlə dən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş etsə də, kassasiya şikayətinin dəlili yalnız tələb edilən məbləğin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsi barədədir. Başqa sözlə, kassasiya şikayətində tutulan borc məbləği mübahisələndirilir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız mübahisələndirilən həmin hissədən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
42. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit və kredit öhdəliklərinin təminatı olaraq ipoteka müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Cavabdehin müqavilə müddəti tarixinə 9987 manat əsas, 3523,75 manat faiz borcu, müqavilə müddəti bitəndən (xx.xx.2017-ci il tarixdən) xx.xx.2018-ci il tarixədək isə illik 5 faizlə hesablanmaqla 507,65 manat faiz borcu vardır.
43. Cavabdeh1 bankın tələb etdiyi məbləğlə razılaşmadığını göstərsə də, bununla bağlı hər hansı əsaslı dəlil irəli sürmədən ekspertiza təyin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası cavabdehin bu dəlilini, hər hansı sübuta söykənmədiyi üçün qəbul etməmişdir.
44. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin işin hər hansı halı ilə razı olmaması özü-özlüyündə həmin halla bağlı ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi işin mübahisələndiyi halı ilə razı olmamasını, bununla bağlı ekspertiza təyin edilməli olmasını əsaslandırmaldır. Hazırki işdə isə Cav abdeh1 borcun məbləği ilə razı olmamasını bildirsə də, bu barədə dəlillərini əsaslandırmamış, irəli sürdüyü bu dəlinin təsdiqi kimi sübut təqdim etmədiyi üçün apelyasiya instansiyası düzgün olaraq həmin dəlili əsassız hesab etmişdir.
45. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
479. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14440/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.