Məhkəmə qərarları › İş №2(105)-936/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-936/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-936/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC (əvvəlki adı- "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 3643,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33004,83 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi aşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2448/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçıASC-nin xeyrinə 09 iyun 2015ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, iddia tələbinin digər şəxslərin sözügedən fərdi aşayış evindən çıxarılmaları və satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissələrində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh tərəfindən sözügedən qətnamədən xx.xx.2022-ci il tarixində apelyasiya şikayəti daxil olmuş və o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 2448/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixində vermiş olduğu apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qarayev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 2448/2021 saylı qərardadından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində şikayətlər verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə çıxardığı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində vermiş olduğu şikayətlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qarayev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində çıxardığı 09 dekabr 2022-ci il tarixli, 2(012)- 2448/2021 saylı qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından Cavabdeh xx.xx.2023-cü il tarixində vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qarayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2448/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayəti belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi 2021-ci il tarixdə çıxarılsa da ona rəsmi olaraq təqdim edilmədiyindən dəfələrlə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin bu müraciətləri effektini verməmiş, qətnamə yenə də rəsmi təqdim edilməmişdir. Bunun üçün Abşeron Rayon Məhkəməsi guya qətnamənin ona poçt vasitəsi ilə rəsmi təqdim edildiyini, həmin poçtun çatdırıldığını və geri qaytırmadığını bildirmişdir. Qeyd edilən bildirişdə naməlum şəxs tərəfindən imza edildiyini bildirsə də məhkəmə bu deyilənlərə məhəl qoymadığından Məhkəmə Hüquc Şurasına şikayət etmişdir. Şikayətin də nəticə vermədiyini gördüyü üçün dövlət rüsumunu ödəməklə qeyd edilən qətnaməni 21 noyabr 2022-ci il tarixdə qəbzə şəxsən imza etməklə əldə etmişdir. Qeyd edilən qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixl qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)2448/2021 saylı qərardadı ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İK ASC)-nin ona qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə onun Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixində vermiş olduğu apelyasiya şikayəti geri qaytarılmışdır. O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində şikayətlər verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə çıxardığı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İK ASC)-nin ona qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından onun xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərində vermiş olduğu şikayətlərion geri qaytarılması qərara alınmışdır. O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində çıxardığı 09 dekabr 2022-ci il tarixli, 2(012)-2448/2021 sayl qərardadın ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(012)-2448/2021 saylı qərardadı ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKİ ASC)-nin ona qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)2448/2021 saylı qərardadından onun xx.xx.2023-cü il tarixində vermiş olduğu şikayət geri qaytarılmışdır. Belə hesab edir ki, iş üzrə çıxarılan məhkəmə qərardadı qərəzli və qanunsuz olmuş, cavabdeh tərəf olaraq onun konstitusion hüquqları kobudluqla pozulmuşdur. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh şikayət ərizəsinin sonunda xx.xx.2023-cü il tarixində çıxarılmış 09 dekabr 2022ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadın ləğv edilməsini xahiş etmiş, lakin iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli qərardadın mövcud olmadığı halda, xx.xx.2023-cü il tarixli qərardadı qeyd etməklə şikayətin məzmununa əməl etməmiş, bundan başqa Cavabdeh xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, müddətin bərpa edilməsi barədə ayrıca əsaslandırılmış ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2023-cü il tarixində şikayətində xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edərək müddətin bərpa edilməsini xahiş etməklə AR MPM-nin 133-cü maddəsi ilə müəyyən edilmiş qaydaya əməl etməmişdir. Bununla da, şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsini, müddətin ötürülməsiilə şikayət verilməsini müəyyən edərək qərardaddan verilmiş şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır. Hazırki işdən görünür ki, cavabdeh şikayətin sonunda xx.xx.2023-cü il tarixində çıxarılmış 09 dekabr 2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadın ləğv edilməsini xahiş etsə də, iş üzrə xx.xx.2023-cü il tarixli qərardad mövcud olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh qərardaddan şikayt vermə müddətini ötürmüş, şikayətə müddətin bərpasına dair ərizə əlavə edərək qərardaddan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etsə də, ərizəsni əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bununla da məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh şikayətində iş materiallarında mövcud olmayan xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini xahiş etmiş, eyni zamanda qərardaddan şikayət vermə müddətini ötürsə də, müddətin bərpasına dair ərizəsini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsini əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətlər təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar