Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1666/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin Cavabdeh qarşı “borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC (əvvəlki adı- "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 3643,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33004,83 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi aşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2448/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçıASC-nin xeyrinə 09 iyun 2015ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, iddia tələbinin digər şəxslərin sözügedən fərdi aşayış evindən çıxarılmaları və satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissələrində rədd edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində qətnamədən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2448/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixində vermiş olduğu apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində şikayətlər verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə çıxardığı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində vermiş olduğu şikayətlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qarayev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində çıxardığı 09 dekabr 2022-ci il tarixli, 2(012)- 2448/2021 saylı qərardadın ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından Cavabdeh xx.xx.2023-cü il tarixində vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qarayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2448/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 15 mart 2023-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Cavabdeh qətnamədən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixində vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2448/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü hesab edərək, müddəti bərpa etməklə şikayəti apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin ötürülməsini üzürlü hesab edərək ötürülmüş müddəti bərpa edib apellyasiya şikayətini aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 2448/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh Qarayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2448/2021 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2448/2021 saylı qərardadının ləğv edilməsini, işdə olan xəbərnamədəki imzanın kimə məxsus olmasını araşdırmaq üçün məhkəməxəttşünaslıq ekspertizası keçirərək ötürülmüş prosessual müddəti bərpa edib, apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2448/2021 saylı qətnaməsi 2021-ci il tarixdə çıxarılsa da onlara rəsmi olaraq təqdim edilmədiyindən dəfələrlə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Lakin, bu müraciətləri effektini verməmiş, qətnamə yenə də ona rəsmi təqdim edilməmişdir. Bunun üçün Abşeron Rayon Məhkəməsi guya qətnamənin ona poçt vasitəsi ilə rəsmi təqdim edildiyini, həmin poçtun çatdırıldığını və geri qaytırmadığını bildirmişdir. Qeyd edilən bildirişdə naməlum şəxs tərəfindən imza edildiyini bildirsə də məhkəmə bu deyilənlərə məhəl qoymadığından o, Məhkəmə Hüquq Şurasına şikayət etmişdir. Şikayətin də nəticə vermədiyini gördüyü üçün dövlət rüsumunu ödəməklə qeyd edilən qətnaməni 21 noyabr 2022-ci il tarixdə qəbzə şəxsən imza etməklə əldə etmişlər. Sözügedən qətnamədən xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2448/2021 saylı qərardadından xx.xx.2023-cü il və xx.xx.2023-cü i tarixlərində şikayətlər verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixdə çıxardığı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)2448/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə vermiş olduğu şikayətlər geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətini mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına verilməsini xahiş etmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin hakimi ona qarşı qərəzliliyini davam etdirərək xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı xx.xx.2023-cü il tarixində vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan da xx.xx.2023-cü il tarixdə şikayət vermis, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2448/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, onun Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadından xx.xx.2023cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 2(105)-936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, onun tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Təəssüflər olsun ki, apellyasiya instansiyası məhkəməsi də iş yükünün çoxluğundan işi mahiyyəti üzrə araşdırmamış, şablon və əsassız qərardad çıxarmışdır. MPM-nin tələbləri baxımından bu qərardaddan şikayətin nəzərdə tutulmaması, yekunda onaqarşı bu haqsızlığın baş verməsi ilə nəticələnmişdir. Məhz bu halı nəzərə alaraq, sonradan tərəfindən yenidən apellyasiya şikayəti verilmiş və ötürüldüyü məhkəmələr tərəfindən "qeyd edilən" (əslində isə bu hal mübahisəli olsa da heç bir məhkəmə instansiyası bunu araşdırmadı) müddətin bərpasına dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş və şikayətində Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə qətnamədən xx.xx.2023-cü il tarixində vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2448/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü hesab edərək, müddəti bərpa etməklə şikayəti aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Onu da qeyd edir ki, bu apellyasiya şikayəti məhkəmənin icraatına verilərkən tərəfindən müddətin bərpasına dair ərizə verilsə də məhkəmə qərəzliliyini davam etdirərək, ondan MPM-nin tələblərinə zidd olaraq əlavə müddətin bərpasına dair ərizə istəmişdir. Məhz bu halı nəzərə alıb o, hakimin istəyini yerinə yetirərək, xx.xx.2023-cü il tarixində qətnamədən yeni apellyasiya şikayəti vermiş, həmçinin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin ötürülməsini üzürlü hesab edərək ötürülmüş müddəti bərpa edib apellyasiya şikayətini aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2448/2021 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəm təmin olunmamışdır. Çıxarılan məhkəmə qərardadını qanunsuz və əsassız hesab edir. Bu qənaətdədir ki, məhkəmənin istinad etdiyi hallar prosessual qanunvericiliyin tələbləri baxımından düzgün əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh sözügedən qətnaməni xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinın axımı qətnamənin Cavabdeh qətnaməni aldığı gündən, xx.xx.2021-ci ildən başlamış və həmin müddət xx.xx.2021-ci ildə qurtarmışdır. Cavabdeh qətnaməni alması barədə xx.xx.2021-ci il tarixli xəbərnamədə onun imzası olmadığını bildirsə də, işin faktiki halları ilə həmin izahatın inandırıcı olmasına hər hansı bir əsas müəyyən edilməmişdir. Bundan başqa cavabdehin MPM-in tələblərinə uyğun olmayan apellyasiya şikayətləri geri qaytarılarkən həmin çatışmazlıqlar Cavabdeh nəzərinə çardırılsa da, sonuncu həmin çatışmazlıqları aradan qaldırmaq və MPM-in 361-ci maddəsinin tələblərinə uyğun apellysaiya şikayəti vermək vəzifəsi daşıdığı halda, bunu etməmiş, nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2448/2021 saylı qətnaməsinin icra olunmasına maneçilik yaranmışdır. Bundan əlavə iş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı Cavabdehlər İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələri protokolunun etibarsızlığı” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3371/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, hazırki iş üzrə Cavabdeh sözügedən qətnaməni xx.xx.2021-ci il tarixdə rəsmi qaydada aldığından qətnamədən şikayət vermə müddətinın axımı qətnamənin Cavabdeh qətnaməni aldığı gündən, xx.xx.2021-ci ildən başlamış və həmin müddət xx.xx.2021-ci ildə qurtarmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən dəfələrlə qətnamədən apellyasiya şikayəti verilmiş, məhkəmə qərardadları ilə şikayətlər geri qaytarılsa da qərardadlarda qeyd edilən çatışmazlıqlar cavabdeh tərəfindən aradan qaldırılmamış, qətnamənin icra olunmasına maneçilik yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müracitə edərək qətnaməni rəsmi qaydada almadığını, qətnamənin təqdim edilməsi və iş materialları ilə tanış olması üçün şərait yaradılmasını xahiş etmiş, qətnamənin surətini xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə almışdır. Cavabdeh şikayətində qətnaməni xx.xx.2022-ci il tarixdə aldığını bildirərək həmin tarixdən 1 ay müddətinə apellyasiya şikayətini verdiyini bildirmişdir. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı ASC-yə qarşı fərdi yaşayış evinin eal qiymətinin müəyyənləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərkən iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi qət edilmişdir. əmlakın bazar qiyməti 150000 manatdır. Qeyd edilən qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilənədək cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etmişdir ki, bu da xx.xx.2022-ci il tarixdə həmin qətnamə qəbul edilənədək məhkəmə icraatının aparılması müddəti də nəzərə alınarsa onun xx.xx.2022-ci il tarixdən ən azı 2-3 ay əvvəldən Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən məlumatlı olmasını göstərir. Bununla məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilənədək həmin qətnaməyə istinad edib məhkəməyə müraciət etməsinə dair cavabdehin qətnaməni xx.xx.2022-ci il tarixdə alması barədə dəlilləri ağlabatan sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1666/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1666/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver