Məhkəmə qərarları › İş №2(008)-678/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-678/2022

31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-678/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.08.1948-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çernyaxovski küçəsi, 2 saylı evdə yaşamış X8 21.11.2019-cu il tarixdə vəfat etməsini hüquqi fakt kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin atası – X13 21.08.1948-ci ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çernyaxovski küçəsi, 2 saylı evdə yaşamışdır. Ərizəçi xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuşdur. Valideyinləri ilə birgə yuxarıda göstərilən ünvanda yaşamışdır. X13 21.11.2019-cu ildə yaşadıqları evdə vəfat etmişdir. Atasının dəfn mərasimi və yas məclisləri pasport qeydiyyatında olmaqla yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Çernyaxovski küçəsi, 2 saylı evdə keçirilmişdir. X2 qəsəbəsi, Müsəlman qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək,işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 521986 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X6, anası X1r. -Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 21.11.2019-cu il tarixdə çağırışa gələn zaman həmin ünvanda X9 məxsus meyid aşkar edilmişdir. - 11 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 16.07.2021-ci il tarixli məktubdan görünür ki, 21.11.2019-cu ildə rəhmətə getmiş mərhum X8 ölümü ilə bağlı gec (25 gündən sonra) müraciət edilməsi səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qohumlarına məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. - Sabunçu Bələdiyyəsinin 01.09.2021-ci il tarixli 91 nömrəli arayışından görünür ki, X13 21.11.2019-cu il tarixində vəfat etmiş, Sabunçu Müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X7 məhkəmədə ifadə verərək bildirdi ki, X13 onun həm uzaq qohumu olmuşdur, həmdə onlar bir həyətda ayrı-ayrı evlərdə yaşamışlardır. X13 21.11.2019-cu il tarixində yaşadığı Sabunçu rayonunda yerləşən evində vəfat etmişdir. Ölümü qəflətən olmuşdur. Ölüm səbəbi barədə məlumatı yoxdur. Sabunçu qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X7 məhkəmədə ifadə verərək bildirdi ki, X13 onun həm uzaq qohumu olmuşdur, həmdə onlar bir həyətda ayrı-ayrı evlərdə yaşamışlardır. X13 21.11.2019-cu il tarixində yaşadığı Sabunçu rayonunda yerləşən evində vəfat etmişdir. Ölümü qəflətən olmuşdur. Ölüm səbəbi barədə məlumatı yoxdur. Sabunçu qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 məhkəmədə ifadə verərək bildirdi ki, X13 onun həm uzaq qohumu olmuşdur. X13 21.11.2019-cu il tarixində yaşadığı Sabunçu rayonunda yerləşən evində vəfat etmişdir. Ölüm səbəbi barədə məlumatı yoxdur, ancaq o içki aludəçisi olmuşdur. Sabunçu qəbirsanlığında dəfn edilmişdir. Yas jmərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X13 ərizəçinin atasıdır. O, 21.11.2019-cu ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi atası vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 avqust 1948-ci il tarixdə doğulmuş X8 21.11.2019-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar