Məhkəmə qərarları › İş №2(008)-6798/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6798/2021

18.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6798/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla X1 «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı X1 «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.07.1978-ci il təvəllüdlü X1 07.03.2021-ci ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X4 16.07.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdu. O, onunla birlikdə onun evində yaşayırdı. Son vaxtlar Qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkirdi və 2-ci qrup əlil idi. Mütəmmadi olaraq xəstəliyə qarşı müalicələr alırdı. 07.03.2021-ci il tarixdə mərhum qardaşının səhhəti qəfil pisləşdi. Həmin vaxt onlar təcili tibbi yardıma zəng vurmuşlar. Lakin həkim gələnə kimi qardaşı vəfat etmişdir. Mərhum qardaşı vəfat edərkən o, həyat yoldaşı Nuriyev İlhamə və bacısı X5 da onun yanında idilər. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum qardaşı X1 ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, qardaşı X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün 4 Saylı Bakı "ASAN xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin imtina məktubunda ona qardaşı X1 ölüm haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirildi və qanunvericiliyin tələbinə əsasən müvafiq sənədi almaq üçün məhkəməyə müraciət etməyi məsləhət görüldü. X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, məhkəmə qətnaməsi ilə onun ölümünün qeyd edilmə faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmunun uyğun izahat verərək bildirdi ki, ölüm haqqında şəhadətnamə sanədlərin düzgün olması zərurətindən ona lazım olmuşdur. Ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X4 07.03.2021-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyəsinin 29 nömrəli, 29 mart 2021-ci il tarixli arayışından görünür ki, X4 07.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Təcili və təxirəsalınmaz X8 ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07.03.2021-ci il tarixdə, 21:15-də 12 saylı Bölmənin təcili tibbi yardım briqadasının tərkibi gəlmiş və həkimə qədər kişi cinsinə mənsub meyit aşkarlanmışdır. -22 nömrəli şəhər poliklinikasının 144 nömrəli, 07 iyun 2021-ci il tarixli məktubundn görünür ki, X4 “Debillik dərəcəsində kəmağıllıq, davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda olmuşdur. Mərhumun ölümünün səbəbi məlum olmadığı üçün poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. -Vətəndaşların vəziyyəti aktlarının qeydiyyat bürosunun V-ЖГ seriyalı, 424638 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 iyul 1978-ci Bakı şəhərində doğulmuş. AЕası Hüseynbala Nurəli oğlu, anası isə X6r. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 19 mart 2021-ci il tarixli 05/Q-270/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. «ölüm faktının müəyyən edilməsi» üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasına dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun əridir. Mərhumun heç bir şikayəti olmayıb, ölən gündən 2-3 gün qabaq halsızlığı var idi. 07 mart 2021-ci il tarixdə ölmüş, səhəri gün isə dəfn edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısının əridir. Mərhum ölən gün orada olmuş, səhəri gün dəfn edilmiş və o da dəfn də iştirak etmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Mərhum qardaşı 07.03.2021ci il tarixdə ölmüş, 08.03.2021-ci il tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 16.07.1978-ci il tarixdə doğulmuş X1 07.03.2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.07.1978-ci il tarixdə doğulmuş X1 07.03.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar