Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6870/2022 05.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi Ağayevnanın X1 iştirakı ilə, Ərizəçi Ağayevnanın maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ağayevna maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun bacısı xx.xx.1946-cı il təvəllüdlü X11 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən bağ evində vəfat etmişdir. Sabunçu Bələdiyyəsinin arayışından da göründüyü kimi Sabunçu qəsəbəsində yerləşən "Müsəlman Qəbristanlığı"nda dəfn edilmişdir. Bacısının ölümü ilə bağlı Bakı Şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2021-ci il tarixli arayışı da mövcuddur. Bundan sonra tibbi şəhadətnamə almaq üçün mərhum bacısının yaşadığı yer üzrə Sabunçu rayonu 11 saylı polikilinikaya müraciət etsə də, onlara bacısı poliklinika ərazisindən kənarda vəfat etdiyi üçün tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirildi. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı Şəhəri Maraqlı şəxsnə müraciət etmişlər. Qeydiyyat şöbəsinin xx.xx.2021- ci il tarixli məktubu ilə onlara bacısının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin təmin olunmağının mümkün olmadığı bildirilərək, ölüm haqqından şəhadətnamənin verilməsindən imtina edildi. Hazırda qeyd etdiyi hallarla bağlı bacısı mərhum X7 adına ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan qabaq bir-neçə dəfə texniki səbəblərə görə ərizəsi məhkəmədən geri qaytarılmışdır. Həmin səbəbləri aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi Ağayevna ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan 25 yanvar 1947-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. X4, anası isə X2. - 20 iyul 1958-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə 17 iyul 1958-ci il tarixdə doğulmuşdur. X4, anası isə X2. -Təcili və X6 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-cu il tarixdə çağırışa gələn zaman həmin ünvanda X8 məxsus meyit aşkar edilmişdir. - 11 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci ildə rəhmətə getmiş mərhum X7 ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun xalasıdır. X7 xx.xx.2021-ci il tarixdə Mərdəkanda rəhmətə getmişdir. 2 oğlu olub. 1-i ölüb, digəri Rusiya Federasiyasında yaşayır. Bakıxanovda dəfn edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid1 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun xalasıdır. X11 da onun xalasıdır. Xalası xx.xx.2021-ci il tarixdə Mərdəkanda rəhmətə getmişdir. Ürək tutmasından rəhmətə getmişdir. Dəfndə iştirak etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 Ərizəçi Ağayevnanın bacısıdır. O, xx.xx.2021-cu ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Həkim gələnə kimi bacısı vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il tarixdə doğulmuş X7 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6870/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6870/2022
05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver