Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 153315-1-17977 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə banka borclu olduğu 20190,85 ABŞ dolları məbləğində əsas borc, 2445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 22759,83 ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsatin İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsinə əsasən T.K.Mahmudova 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 28813 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh T.K.Mahmudov mülkiyyətində olan “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **- FM-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqavilə əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə T.K.Mahmudov arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli əlavə razılaşmaya əsasən xx.xx.2013-cü il 117233-1-8761 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alan qismində çıxış edən T.K.Mahmudovun müraciəti və bankın kredit komitəsinin xx.xx.2015-ci il tarixli 54 nömrəli protokoluna əsasən;
1. xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 153315-1-17977 saylı razılaşmaya əsasən yeni kredit alan qismində Cavabdeh müəyyən edilmişdir.
2. xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 153315-1-17977 saylı razılaşmaya əsasən əvvəlki kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh ötürülmüşdür.
3. Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli əlavə razılaşma bağlanmışdır və xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində çıxış edən T.K.Mahmudovun müraciəti və bankın xx.xx.2015-ci il tarixli 54 nömrəli protokoluna əsasən;
1. xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqaviləsi üzrə yeni ipoteka qoyan qismində Cavabdeh müəyyən edilmişdir.
2. xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqaviləsi üzrə yeni ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh ötürülmüşdür.
3. Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2016-cı il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka 20190,85 ABŞ dolları məbləğində əsas borc, 2445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 22759,83 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini, imzanın cavabdehə məxsus olmadığını bildirmişdir. İddiaçı "xxxx" (Azərbaycan) ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" (Azərbaycan) ASC ilə X1 arasında xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsinə əsasən T.K.Mahmudova 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 28813 ABŞ dolları məbləğində kredit verilmişdir; -"xxxx" (Azərbaycan) ASC ilə X1 Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh T.K.Mahmudov mülkiyyətində olan “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqavilə əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 20190,85 ABŞ dolları məbləğində əsas borc, 2445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 22759,83 ABŞ dolları borcu mövcuddur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4/359 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi dəyişikliklər edilməsi barədə 01 saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsinə əsasən T.K.Mahmudova 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 28813 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh T.K.Mahmudov mülkiyyətində olan “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1172xx-xx-12523 saylı ipoteka müqavilə əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə T.K.Mahmudov arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117233-1- 8761 saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 saylı xx.xx.2015ci il tarixli əlavə razılaşmaya əsasən xx.xx.2013-cü il 117233-1-8761 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alan qismində çıxış edən T.K.Mahmudovun müraciəti və bankın kredit komitəsinin xx.xx.2015-ci il tarixli 54 nömrəli protokoluna əsasən bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən müqaviləninin imza edilməməsi ilə bağlı dəlilləri yoxlamaq üçün məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/359 nömrəli rəyinə əsasən xx.xx.2015-ci il tarixli avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi dəyişikliklər edilməsi barədə 01 saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən müqavilənin cavabdeh tərəfindən imza edilməsinə dair sübutlar təqdim edilməmişdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.1-ci maddəsinə əsasən, Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən, Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən, Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021- ci il 12 aprel tarixli Qərarlar).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Beləliklə, məhkəmə hesab edir ki, Bank VTB ASC ilə T.K.Mahmudov arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117233-1-8761 saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli əlavə razılaşma cavabdeh tərəfindən imzalanmadığından, yəni, qanunvericiliyin tələblərini pozduğuna görə Mülki Məcəllənin 337.1 və 337.3-337.4-cü maddələrinə əsasən özlüyündə bağlanan adan etibarsız müqavilədir və bu, hər hansı hüquqi nəticəyə səbəb olmamışdır. Bu səbəbdən iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin edilmədiyi halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Adilə Paşayeva