Məhkəmə qərarları › İş №2(008)-7073/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7073/2024

16.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7073/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Kərimli X5 Qiyas Qnyaz oğlu maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/8/2023-02269 nömrəli barışıq sazişinin İkinci tərəfin aliment öhdəliyi hissəsində olan şərtlərinin təsdiq edilməsi və barışıq sazişinin bu hissədə məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/8/2023-02269 nömrəli barışıq sazişinin şərtlərinə əsasən ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övlarları xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdü X2 yetkinlik yaşına çatana kimk saxlanılması üçün xx.xx.2023-cü il tarxdən etibarən birinci tərəf Ərizəçi hər uşağa görə 235 (iki yüz otuz beş) AZN olmaqla, ümumilikdə hər ay 470 (dörd yüz yetmiş) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Lakin qeyd edilən saziş bağladıqdan sonra Maraqlı şəxs qanunsuz hərəkətsizlik göstərərək üzərinə götürdüyü aylıq aliment ödənişinin icrasından qərəzli şəkildə yayınmağa başlamışdır. Bundan sonra tərəfindən Maraqlı şəxs öhdəliyini könüllü qaydada icra etməsini dəfələrlə təklif etsə də o, telefon əlaqəsi saxlayarq ona ümumiyyətlə ödəniş ödəməyəcəyinə dair fikir bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 618422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - AZ-İV seriyalı 087131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - AZ-İ seriyalı 499384 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 231 nömrə ilə qeyd edilmişdir. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02269 №-li barışıq sazişinə əsasən:

1. Birinci tərəf: Kərimli X3 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə № 1547 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.

2. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.

3. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və İkinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır.

4. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X6 ilə (uşaqların mənafeyi nəzərə alınaraq) İkinci tərəf (atası) Maraqlı şəxs ilə (ananın iştirakı olmadan) istənilən vaxt ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.

5. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.

1. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə № 1547 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.

2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 Birinci tərəf (anası) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır.

3. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər ay Birinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür.

4. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 ilə (uşaqların mənafeyi nəzərə alınaraq) İkinci tərəf (atası) Maraqlı şəxs ilə (ananın iştirakı olmadan) istənilən vaxt ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

5. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi, aliment və uşaqla ünsiyyət tələbləri üzrə xx.xx.2023-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini aliment tələbinə dair hissədə könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02269 №-li barışıq sazişinin bir hissəsi aşağıdakı kimi təsdiq edilməlidir:

1. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və İkinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır.

2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər ay Birinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02269 №-li barışıq sazişinin İkinci tərəfin aliment öhdəliyi hissəsində olan şərtləri təsdiq edilsin:

1. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və İkinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır.

2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər ay Birinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar